Tərkibi:
3 kq un
200 qr "Wellington" əridilmiş kərə yağı
1 litr süd
3 ədəd yumurta
Sarıkök
Duz
Razyana
Su
İçi üçün:
250 q "Wellington" əridilmiş, dağ olunmuş kərə yağı
Sarıkök
Razyana
Cirə
Duz, stiot
Aparana qədər un
Arasına sürtmək üçün:
"Wellington" əridilmiş kərə yağı
Üzəri üçün:
Yumurta
Küncüt
Hazırlanması:
Unun üzərinə ərzaqları tökürük və yoğururuq (süd ilıq olsun) və mayalanmağa qoyuruq.
Mayalandıqdan sonra 20 ədəd kündəyə bölürük. 1 pors üçün 10 kündədən istifadə edirik.
Un töküb
xəmiri yayırıq və taxtanın üzərinə səririk, qıraqlarından tutub
genişləndiririk, üzərini yağlayırıq, qalan 9 kündəni də bu formada
edirik.
Sonra bu formada kəsirik və bükürük.
İçlik
hazırlamaqdan ötrü yağı tavaya töküb əridirik, üzərinə cirə, razyana,
duz və istiotu əlavə edirik, aparana qədər un qatıb əlimizlə ovuruq və
qazın üzərində qovururuq.
Kəsdiyimiz formaları əlimizlə açırıq, içinə içlik qoyub bükürük və üzərindən basıb qoğalı böyüdürük.
Listə yığırıq və üzərinə yumurta sarısı çəkib küncüt səpirik.
180-200 dərəcəlik sobada bişiririk.
Şorqoğal hazırdır.
Nuş olsun!
0 comments:
Post a Comment