Lazım olan ərzaqlar:
- 2 yemək qaşığı qarğadalı unu,
- 2 yemək qaşığı kərə yağı,
- 1 su stəkanı su,
- Holland pendiri,
- Duz,
Hazırlanma qaydası:
- Quymaq hazırlamaq üçün əvvəlcə kərə yağını bir tavada əridin.
- Kərə yağı əriyincə üzərinə qarğadalı unu əlavə edərək vam odda sürətli qarışdıpraraq qovurmaya başlayın.
- Un bir az qovrulduqdan sonra üzərinə su və duz əlavə edərək möhkəm qarışdırın.
- Quymaq içərisində topa qalmasın deyə möhkəm qarışdırın.
- Qarışdırdıqdan sonra qapağı örtüb bir neçə dəqiqədən bir nəzarət edərək bişirin.
- Qarğadalı unu qovrularkən suyunu çəkdikdən sonra pudinqq qatılığına gəlir.
- Tam bu qatılıqda ikən pendiri quymaq üzərinə yayın.
- Daha sonra quymağı vam odda pendir əriyənə qədər qarışdırmadan bişirin.
- Bundan sonra quymaq ocaqdan alınır və yüngülcə qarışdırılaraq servis edin.
0 comments:
Post a Comment