Showing posts with label Xəmir işləri. Show all posts
Showing posts with label Xəmir işləri. Show all posts

Aug 21, 2014

Quymaq

Lazım olan ərzaqlar:
  • 2 yemək qaşığı qarğadalı unu,
  • 2 yemək qaşığı kərə yağı,
  • 1 su stəkanı su,
  • Holland pendiri,
  • Duz,
Hazırlanma qaydası:
  • Quymaq hazırlamaq üçün əvvəlcə kərə yağını bir tavada əridin.
  • Kərə yağı əriyincə üzərinə qarğadalı unu əlavə edərək vam odda sürətli qarışdıpraraq qovurmaya başlayın.
  • Un bir az qovrulduqdan sonra üzərinə su və duz əlavə edərək möhkəm qarışdırın.
  • Quymaq içərisində topa qalmasın deyə möhkəm qarışdırın.
  • Qarışdırdıqdan sonra qapağı  örtüb bir neçə dəqiqədən  bir nəzarət  edərək  bişirin.
  • Qarğadalı unu qovrularkən suyunu çəkdikdən sonra pudinqq qatılığına gəlir.
  • Tam bu qatılıqda ikən pendiri quymaq üzərinə yayın.
  • Daha sonra quymağı vam odda pendir əriyənə qədər qarışdırmadan bişirin.
  • Bundan sonra quymaq ocaqdan alınır və yüngülcə qarışdırılaraq servis edin.

Ət qutabı

Lazım olanlar:
  • 400 qr quzu və ya dana əti,
  • 2 baş soğan,
  • 20 qr lavaşana və ya 40 qr nar,
  • 440 qr buğda unu,
  • 100 qr yağ,
  • sumaq,
  • darçın,
  • duz
  • istiot
Hazırlanma qaydası
Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Aug 19, 2014

Əriştəli mərcimək şorbası

Tərkibi: 

1 st. yaşıl mərcimək
4 st. su
1 baş soğan 
3 x.q. qarğıdalı yağı
1 x.q. tomat pastası
duz
qara istiot
1 armudu st. əriştə

üzərinə:
qatıq 

Xırda doğranmış soğanları qovurun, tomat pastasını əlavə edin. Mərcimək, su, duz, qara istiotu əlavə edib 15-20 dəqiqə bişirin. Mərcimək bişdikdən sonra əriştəni əlavə edin, təxminən 10 dəqiqə, yumşalanadək bişirin. 

Şorbanı süfrəyə verərkən yanında qatıq qoyun. 

Qeyd: Şorba qatılaşarsa, qaynar su əlavə edin. 

Milli.Az 

Mar 27, 2014

Balıq qutabı

Hazırlama Vaxtı:  15 Dəqiqə
Bişirmə Vaxtı:  20 Dəqiqə


Ərzaqlar

400 qr balıq əti
2 baş soğan
20 qr lavaşana və ya 40 qr nar
440 qr buğda unu
100 qr yağ
sumaq, darçın, duz və istiot

Hazırlanması

Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrun, sonra 1 mm qalınlığında yayın. Boşqab ölçüsündə dairələr kəsin. Balıq əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırın. Ədviyyatlar əlavə edin. (istəyinizə görə)  Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş balıq əti qoyun o biri tərəfi üstünə qatlayın, kənarları bükün və qızdırılmış tavada yağda qızardırın. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpəbilərsiniz.

Nuş olsun!

reseptlerim.com

Lahmacun

Əgər istəsəniz, içərisinə doğranmış cəfəri də qoyub yeyə bilərsiniz. Ayran içməyi isə yaddan çıxarmayın.
Tərkibi:
Xəmir üçün:
1 kq un;
1 paket yaş maya duz;
1 desert qaşığı şəkər tozu;
1/2 çay stəkanı maye yağ;
ala bildiyi qədər ilıq su.
İçi üçün:
1/2 kq dana qiyməsi;
1/2 dəstə cəfəri;
4 ədəd pomidor;
7 ədəd soğan;
1 yemək qaşığı qırmızı istiot;
3 qaşıq maye yağ;
3 qaşıq tomat pastası.
Hazırlanması:
Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Yarım saat acımağa qoyun. Sonra içini hazırlayın. 1/2 kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə birlikdə qarışdırın.
Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra kürədə bişirin.
Əgər istəsəniz, içərisinə doğranmış cəfəri də qoyub yeyə bilərsiniz. Ayran içməyi isə yaddan çıxarmayın.

Mar 7, 2014

Şorqoğal

Tərkibi:
3 kq un
200 qr "Wellington" əridilmiş kərə yağı 
1 litr süd
3 ədəd yumurta
Sarıkök
Duz
Razyana
Su
İçi üçün:
250 q "Wellington" əridilmiş, dağ olunmuş kərə yağı
Sarıkök
Razyana
Cirə
Duz, stiot
Aparana qədər un
Arasına sürtmək üçün:
 "Wellington" əridilmiş kərə yağı 
Üzəri üçün:
Yumurta
Küncüt
Hazırlanması:
Unun üzərinə ərzaqları tökürük və yoğururuq (süd ilıq olsun) və mayalanmağa qoyuruq.


Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)
Mayalandıqdan sonra 20 ədəd kündəyə bölürük. 1 pors üçün 10 kündədən istifadə edirik.
Un töküb xəmiri yayırıq və taxtanın üzərinə səririk, qıraqlarından tutub genişləndiririk, üzərini yağlayırıq, qalan 9 kündəni də bu formada edirik.


Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)
Sonra bu formada kəsirik və bükürük.


Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)
İçlik hazırlamaqdan ötrü yağı tavaya töküb əridirik, üzərinə cirə, razyana, duz və istiotu əlavə edirik, aparana qədər un qatıb əlimizlə ovuruq və qazın üzərində qovururuq.


Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)

Kəsdiyimiz formaları əlimizlə açırıq, içinə içlik qoyub bükürük və üzərindən basıb qoğalı böyüdürük.


Şorqoğal (foto resept)
Listə yığırıq və üzərinə yumurta sarısı çəkib küncüt səpirik.


Şorqoğal (foto resept)
Şorqoğal (foto resept)
180-200 dərəcəlik sobada bişiririk.


Şorqoğal (foto resept)
Şorqoğal hazırdır.


Şorqoğal (foto resept)

Nuş olsun!

Ən çox oxunulan