Showing posts with label Salatlar. Show all posts
Showing posts with label Salatlar. Show all posts

Aug 22, 2014

Noxudlu kabak salatı

Lazım olan ərzqlar:
  • 5 ədəd kabak,
  • 2 su stəkanı bişmiş noxud,
  • 4 dənə közdə bişmiş qırmızı bibər,
  • 2 dənə  quru soğan,
  • Cəfəri,
  • Şüyüd,
  • Duz,
  • Limon,
Hazırlanma qaydası:

  • Kabakları yuyub küp-küp doğrayın.
  • Tavaya zeytun yağı qoyub soğanları qovurun.
  • Azacıq bişəndən sonar kabakları da əlavə edib qovurun.
  • Kabak suyunu çəkənə qədər bişirin.
  • Sonar ocaqdan alın.
  • Soyuyan kabaklara noxudu əlavə edin.
  • Göyərtiləri yuyub doğrayın.
  • Bibəri də əlavə edin.
  • Bir dənəsini üzərini bəzəmək üçün ayırın.
  • Limon və duzunu da əlavə edərək dadına baxın.
  • Qırmızı bibərlə bəzəyərək üzərinə pomidorla gül düzəldin.


Ucuz ADSL modemlər burada

Mimoza salatı

Lazım olan ərzaqlar:
  • 5 orta boy kök,
  • 5 orta boy kartaf,
  • 5 yumurta sarısı,
  • 4-5 dənə toyuq budu(balıq, yaxud ət),
  • 250 q mayonez,
  • 250 q smetan,
  • Bir parça holland pendiri,
Hazırlanma qaydası:
  • Kartofların qabıqlarını soyub iri-iri doğrayın.
  • Qazana qoyub üzərinə isti su əlavə edib 10-15 dəqiqə bişirin.
  • Bir süzgəcin içinə qoyub süzün.
  • Kökü iri –iri rəndələyərək üzərinə isti su əlavə edərək kartof kimi bişirib süzün.
  • Toyuğu da bişirin.
  • Əvvəlcə didin, sonra robortdan keçirdin.
  • Yumurtanı bişirib soyun.
  • Sarılarını çəngəllə möhkəm əzin.
  • Smetanla mayonezi möhkəm qarışdırın.
  • Salatı hazırlayacağımız qabın alt qisminə əzilmiş kartof yayın.
  • Duz və istiot səpilib üzərindən möhkəm basın.
  • Mayonezli smetanı sürtün.
  • Əzilmiş toyuğu yayın.
  • Mayonez sürtün.
  • Yumurta yayın.
  • Mayonez sürtün.
  • Kök yayın.
  • Mayonez sürtün.
  • Ən üztə mayonez sürtüb üzərini qapadın.
  • Bir gecə soyuducuda saxlayın.
  • Servis etməzdən əvvəl holland pendirini rəndənin incə gözündən rəndələyib üzərinə gəzdirin.
  • Pendiri üzərinə yapışdırmayın havalı bir şəkildə qalsın.
  • Kartof soyulan alətlə holland pendirinin kənarından soyun.
  • 3-4 barmaq enində kəsərək qıvırıb içinə kök kəsib yerləşdirin.
  • Cəfəri saplarından sap hazırlayın.

1001Dad

Ucuz ADSL modemlər burada

Aug 19, 2014

Kəsmikli kahı salatı


Tərkibi: 
1 dəstə kahı
3 pomidor 
200 q dənəvər kəsmik
duz
qara istiot 
soya sousu (zövqə görə)

Yaxşı yuyulmuş kahı yarpaqlarını əllərinizlə doğrayıb dərin kasaya yığın. 

Pomidorları da həmin kasaya doğrayın. 

Kəsmik, duz, istiot əlavə edib qarışdırın. Əgər çox quru alınarsa, soya sousu və ya bir qədər zeytun yağı əlavə edin. 

Həvəskarlar tuna balığının konservini də əlavə edə bilərlər. 

Qeyd: Salatı hazırlayarkən ardıcıllığı pozmayın. 
Nuş olsun!

Milli.Az 

Jul 15, 2014

"Çiyələk" salatı


Tərkibi: 
250-300 q toyuq filesi 
200 q şampinyon
300 q pomidor
1 soğan
150 q bərk pendir
1 xiyar
2-3 x.q. bitki yağı
5 x.q. mayonez
duz

Göbələyi yuyub doğrayın. Bitki yağında qovurun. 

Toyuq filesini bişirib soyudun, xırda doğrayın. 

Soğanı xırda doğrayın. 

Qaba əti çiyələk formasında, üstündən soğanı döşəyin (güclü soğan dadını xoşlamırsınızsa, əvvəlcə üzərindən qaynar su axıdın, sonra isə 1 x.q. sirkədə 10 dəqiqə marinə edib süzün).

Mayonez çəkin. Duz səpin. Sürtgəcin xırda gözündən keçirdiyiniz pendiri səpin. Üzərinə göbələyi döşəyin. 

Mayonez çəkin. Pomidoru xırda kubik doğrayın, döşəyin. Xiyardan çiyələyin "yarpaqları" və "toxumlarını" düzəldin.

Nuş olsun!

Milli.Az

Apr 15, 2014

Kəsmiklə doldurulmuş bibər salatı


Tərkibi:


2 iri bolqar bibəri
kəsmik 150 qr
1 sarımsaq
3-4 cəfəri
duz
Xama 1-2 xörək qaşığı

Hazırlanması:


2 iri bolqar bibərini yuyub içərisini təmizləyirik.

Doğranmış cəfəri ilə qarışdırılmış kəsmikə əzilmiş sarımsağı əlavə edirik.

Sonra zövqə görə düz qatırıq. Əgər kəsmik qatı alınsa bir az xama qata bilərsiniz. Bibərləri kəsmiklə doldururuq.


Nuş olsun!

Apr 14, 2014

Pendirli kələm salatı

Tərkibi:
Kələm 500qr
Pendir (bərk) 125 qr
Zeytun yağı
Duz
Hazırlanması:
Kələmi nazik doğrayıb zövqə görə duzlayırıq.
Zeytun yağı əlavə edib 20 dəq. gözləyirik.
Pendiri sürtgəcdən keçirib hər porsiyanın üzərinə düzürük.
Nuş olsun!

Apr 8, 2014

"Edelveys" salatı


Tərkibi:

Pomidor 2 dənə
Xiyar 1 dənə
Konservləşmiş qarğıdalı 1 banka
Qaynadılmış toyuq əti 150 qr.
Suxarı (zövqə görə)
Yaşıl soğan (zövqə görə)
Duz və istiot (zövqə görə)
Sarımsaq (zövqə görə)
Günəbaxan və ya zeytun yağı 

Hazırlanması:

Tərəvəzləri çox xırda olmamaq şərtilə doğrayırıq
Toyuğu isə xırda hissələrə bölürük
Çorəyi kub şəklində doğrayıb tavada quruduruq
Salatı yağ ilə qarışdırıb duz və istiot əlavə edirik
Salatı qarışdırıb üzərinə suxarıları düzürük.

Nuş olsun!

Mar 29, 2014

Mərakeş Noxud Salatı


Mərakeş mətbəxi çox gözəldir. Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir. Lakin bu ölkənin mətbəxi haqqında o qədər kitab ve resept oxumuşam ki, iddiamda yanılmadığımı düşünürəm.
Mərakeş xörəkləri demək olar ki, rəngli, ədvalı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur. Mən bir neçə Mərakeş reseptini sınaqdan keçirərək maraqlı, ekzotik nəticələr əldə etdim.
Dadlı noxud salatı Mərakeş xörəkləri kitabımdan çoxdan tapdığım yeməklərdən biridir. Bu yaxınlarda qonaqlarımız üçün hazırladım. Düşünürəm ki, onlar bu salatı bəyəndilər.
Soğan və Paprika ilə Mərakeş Noxud Salatı
Orijinal reseptdə 1 xörək qaşığı döyülmüş zirənin qatılması da qeyd olunub. Mən isə ondan ya heç istifadə etmirəm, ya da bir cimdik qatıram. Siz zövqə görə istədiyiniz qədər qata bilərsiz. Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır. Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.
4 pay üçün
Ərzaqlar:
1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır
1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
4 diş sarımsaq, xırda doğranır
Bir cimdik döyülmüş zirə (vacib deyil)
1 çay qaşığı (və yaxud zövqə görə) paprika
3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı
Təzə sıxılmış 1 limonun şirəsi
Bir qədər doğranmış cəfəri
Bir qədər doğranmış keşniş
120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)
Zövqə görə duz, döyülmüş qara istiot

Hazırlanması:
Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları ovuşdurularaq çıxarılır.
İsti noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca qarışdırılır.
Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çorəklə birgə süfrəyə verilir.

Mar 17, 2014

"Nişan üzükləri" salatı

Tərkibi:

4 pomidor
250 q brınza
150 q bərk pendir
250 q marinə edilmiş bibər
2 qırmızı soğan
100 q dənəsiz qara zeytun
1 təzə xiyar
1 x.q. xırda doğranmış mərzə (mayoran)
6 x.q. sirkə
duz, istiot, şüyüd

Soğanı, xiyarı və zeytunu halqa, pomidorları kubik doğrayın. Hamısını bir ləyəndə qarışdırın.

Başqa qabda mərzə, sirkə, duz, qara üyüdülmüş istiotu qarışdırın və zeytun yağı əlavə edin.

Bu sousu salata əlavə edib qarışdırın.

Brınza və marinə edilmiş bibəri xırda doğrayıb salatla qarışdırın.
Salatı iç-içə iki halqa kimi buluda qoyun.

Bir "üzüyün" üzərinə sürtgəcdən keçirilmiş yumurta ağı, digərinin üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. Əgər belə bəzəmək çətinlik törədirsə, adi qaydada salatı bir buluda yığın, üzərinə göyərti səpin, ortasına isə sürtgəcdən keçirilmiş pendirdən iç-içə üzük şəkli çəkin.

Nuş olsun!

Milli.Az

Mar 14, 2014

"Bəyaz royal" salatı


Tərkibi: 
500 q toyuq əti 
300 q göbələk
2 təzə xiyar 
3-4 yumurta
100 q pendir 

Toyuq ətini suda bişirib doğrayın. Göbələyi qovurun. Xiyarı, bişmiş yumurtaları, pendiri sürtgəcdən keçirin. 

Lay-lay düzün: yumurta + mayonez + göbələk + mayonez + xiyar + mayonez + yumurta + mayonez + pendir. 

Üzərini holland pendiri və zeytunla royal formasında bəzəyin. 

Nuş olsun!

Milli.Az

Mar 7, 2014

Çuğundur salatı

Çuğundur salatı (foto resept)

Tərkibi:
1 kq çuğundur
1 stəkan xırdalanmış qoz
2 diş sarımsaq
Zovqə görə duz
3-4 x.qaşığı mayonez
Hazırlanması:
Əvvəlcə çuğundurları bişiririk. Tam yumşaldıqdan sonra qabığını soyub sürtgəcin iri gözundən keçiririk. Sarımsaqları da çox xırda doğrayırıq, qoz və duz ilə birlikdə çuğundurun içərisinə əlavə edirik.

Çuğundur salatı (foto resept)
Çuğundur salatı (foto resept)

Bunları yaxşıca qarışdırdıqdan sonra ən sonda mayonezi də əlavə edirik və hamısını birgə yenidən qarışdırırıq.

Çuğundur salatı (foto resept)

Daha sonra özünə gəlməsi üçün bir az soyuducuda saxlayırıq.

Çuğundur salatı (foto resept)

Nuş olsun!

"Madmuazel" salatı

Tərkibi:
1 ədəd toyuğun filesi
1 iri turşa-şirin alma 
1 iri yerkökü
150 q bərk pendir
2-3 ədəd kartof
Mayonez
Zövqə görə duz, istiot

Bəzəmək üçün:

Limon

Hazırlanması:

"Madmuazel" salatı (foto resept)

Salatın birinci layı alma olacaq deyə, qabığını soyub şəkildə gördüyünüz kimi doğrayın. Üzərinə mayonez çəkin.


Bərk pendiri kubik şəklində doğrayın. Almanın üzərinə qoyun, üzərinə yenə mayonez çəkin.

Qaynadılmış, soyudulmuş toyuğun filesini xırda doğrayın.
Toyuğu 3-cü lay kimi pendirin üzərinə yayın, üstünə də mayonez əlavə edin.
Kökü qaynadın, soyudun, qabığını təmizləyin, şəkildə gördüyünüz kimi doğrayın. Toyuğun üzərindən qoyub mayonezləyin.
Ən son laya qaynadılmış, soyudulmuş, doğranmış kartofu düzürük, üzərini yenə də mayonezləyirik.

Qeyd: 1. Hər qatda mayonezdən az istifadə edin.
Bəzək üçün üzərinə limon dənələrindən qoya bilərsiniz.
2. Duz-istiotu zövqə görə istifadə edin (nəzərə alın ki, mayonez də duzlu olur).

"Madmuazel" salatı hazırdır.

Nuş olsun!

Ləzzətli rafaello


Tərkibi:
300-400 qr yağlı pendir
3 ədəd yumurta
10 ədəd qoz
2-3 diş sarımsaq
5 x.q mayonez
10 ədəd zeytun
Duz
İstiot

Hazırlanması:

Qoz xırdalanır.


Yumurta sürtkəcin xırda gözündən keçirilir.


Pendir də sürtkəcin xırda gözündən keçirilir.


Sarımsaq xırdalanır.


Bütün ərzaqlar dərin qaba tökülür, duz, istiot, mayonez əlavə edilib yaxşı qarışdırılır.


Qarışdırdığımız məhsuldan azca götürülür, ortasına zeytun qoyulub yumrulanır və xırdalanmış qoza batırılır.


Qəlyanaltımız hazırdır.


Nuş olsun!

Mar 4, 2014

Göbələkli toyuq salatı


Tərkibi:
  • Konservləşdirilmiş qarğıdalı – 250 qr.;
  • Təzə göbələk – 100 qr.;
  • Toyuq filesi – 150 qr.;
  • Baş soğan – 1 ədəd;
  • Mayonez;
  • Duru yağ;
  • Göyərti;
  • Zövqə görə duz-istiot.
Hazırlanması:
Toyuq filesini doğrayırıq. Duzlayıb, istiot vururuq. Yağda hər iki üzünü qızardırıq. Sonra göbələkləri doğrayıb, yağda qızardırıq. Soğanı da doğrayıb, göbələyin üstünə tökürük, azca qızardıb, duz-istiot vurub oddan götürürük. Konservləşdirilmiş qarğıdalının suyunu süzüb, soyumuş göbələyin üstünə əlavə edirik. Toyuq filesini də didib əlavə edirik. Göyərtini də xırda-xrda doğrayıb, satala əlavə edirik. Mayonezini vururuq.
Salatı servis edəndə bəzək üçün qarğıdalı dənələrindən istifadə etmək olar.
Nuş olsun!

Ürək salatı


Tərkibi:
  • Toyuq filesi – 1 ədəd;
  • Qoz – 80 qr.;
  • Bərk pendir – 180 qr.;
  • Çuğundur – 1 ədəd;
  • Nar – 1 ədəd;
  • Yumurta – 5 ədəd;
  • Mayonez – 200 qr.;
  • Duz-istiot.
Hazırlanması:
Toyuq filesini azca duz vurulmuş suda qaynadırıq, sonra xırda kub formasında doğrayırıq. Soğanı da xırda-xırda doğrayıb, bitki yağında qızardırıq. Yumurtaları qaynatdıqdan sonra sürtgəcdən keçiririk. Pendir də sürtgəcdən keçirilir. Çuğunduru qaynadıb, qabığını soyuruq və sürtgəcdən keçiririk. Narı dənələyirik.
Sonra ürək formasından istifadə edərək, bu ardıcıllıqla salatımızı hazırlayırıq:
1-ci lay – toyuq filesi;
2-ci lay – qızardılmış soğan + mayonez;
3-cü lay – yumurta + düz;
4-cü lay – pendir;
5-ci lay – qoz + mayonez;
6-cı lay – çuğundur, mayonez;
7-ci lay – nar dənələri
Narlı ürək salatımız hazırdır! Nuş olsun!
metbex.net

Feb 28, 2014

Toyuq salatı


Ərzaqlar

Toyuq filesi – 1 ədəd
Əzilmiş qoz – 0,5 stəkan
Mayonez – 1 x/q.
Qatıq – zövqə görə
Sarımsaq – 1 diş
Duz, istiot zövqə görə
Hazırlanması

Toyuq filesini suda bişirib, xırda-xırda doğrayıb, əzilmiş qozla qarışdırın. Mayonezi və sarımsaq qatılmış qatığı bir qabda möhkəm qarışdırıb, toyuğun üzərinə tökün. Duz, istiot əlavə edib, süfrəyə verin.

Paytaxt salatı


Ərzaqlar

250 gr mal əti
1 banka göy noxud
4-5 ədəd yumurta
4-5 ədəd kartof
3-4 ədəd yerkökü
2 ədəd təzə xiyar
2 ədəd turşu xiyar
1 dəstə şüyüd
1 dəstə göy soğan
1 banka mayonez

Hazırlanması

Əti, yumurtanı, yerkökünü, katofu bişirin.
Sonra ərzaqların hamısını xırda-xırda doğrayın.
Azacıq duz gatın, mayonezlə garışdırın.

Manqal salatı


Ərzaqlar

2 ədəd badımcan
3 ədəd pomidor
1 ədəd bolqar bibəri
1 baş soğan
1 dəstə cəfəri
1 dəstə reyhan (yaşıl və bənövşəyi)
duz, istiot – zövqə görə
zeytun yağı – zövqə görə
sarımsaq – zövqə görə (olmasa da olar)

Hazırlanması

Badımcan, pomidor və bibəri kabab edin (tez-tez çevirə-çevirə açıq alovda bişirin). Bişmiş badımcanı soyuyana kimi soyuq və çox duzlu suda saxlayın. Ehtiyatla qabığını soyun. Qaba dikinə söykəyin ki, acı suyu axsın. Badımcanları iri dördbucaq formasında doğrayın. Pomidorların və bibərin qabığını soyun. Pomidor, soğan, bibər, cəfəri, reyhan və sarımsağı doğrayın. İstəkdən asılı olaraq salata acı bibər, şüyüd, nanə və s. qatmaq olar. Sonda duz, istiot və zeytun yağı əlavə edib qarışdırın. Çox yüngül və dadlı salatdır. Nuş olsun!
Hiss iyi bu salatın özəl xüsusiyyətlərindəndir.

Feb 27, 2014

"At nalı" salatı


Tərkibi: 

150 q koreya üsulu yerkökü
300 q toyuq filesi 
2 yumurta 
200 q bərk pendir 
200 q şampinyon
1 baş soğan 
150 ml mayonez
duz

bəzək: 
zeytun
2 yumurta
kolbasa
pomidor 
göy soğan 
cəfəri 

Yumurtaları suda bişirin, qaynayandan sonra da daha bir neçə dəqiqə bişirin ki, çox bərk olsun. Sonra dərhal soyuq suya qoyun ki, qabığı asan təmizlənsin. 

Toyuq filesini təmizləyib kubik doğrayın. 

Bir boşqaba karri səpib fileni ona batırın. 

Tavada yağı qızdırın, toyuq kubiklərini tam bişincə qızardın. 

Bişdikdən sonra soyudun. Koreya üsulu yerkökü ilə qarışdırın. 

Şampinyonları yaxşıca təmizləyin. Doğrayın. Bitki yağında əvvəlcə xırda doğranmış soğanı, sonra göbələyi əlavə edib qovurun. 

Təmizlənmiş yumurtaları sürtgəcin xırda gözündən keçirin. 

Toyuğu, göbələyi və yumurtanı mayonez əlavə edib qarışdırın. 

Salatı buluda at nalı formasında qoyun. 

Pendiri sürtgəcdən keçirib salatın kənarlarına səpin.  

Yumurtaları dilimləyib "nal"ın ortası boyu düzün. 

Salyami kolbasasını qızılgül kimi büküb salatın kənarları boyu düzün. Bunun üçün onu çox nazik doğramaq lazımdır. 
Pomidorlardan üç qızılgül düzəldib yumurtaların üstünə qoyun. 

Kolbasadan olan güllərin içinə zeytun qoyun. Salatı göy soğan və cəfəri ilə bəzəyin. 

Nuş olsun! 


Milli.Az

Ən çox oxunulan