Showing posts with label Tortlar. Show all posts
Showing posts with label Tortlar. Show all posts

Mar 28, 2014

"Çəhrayı qartopu" tortu

Tərkibi:
xəmir: 
6 x.q. kakao 
6 x.q. qaynar su
1,5 st. un
0,5 ç.q. soda
0,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz
165 q kərə yağı
220 q şəkər tozu
2 yumurta
2 ç.q. vanil 
110 q xama

iç və qlazur: 
450 q marşmellou krem (çeynənən zefir)
450 q kərə yağı
1 st. şəkər pudrası
200 q kokos yonqarı 
qida boyası və ya mürəbbə

Sobanı 140 dərəcəyədək qızdırın. 

İçində biskviti bişirəcəyiniz girdə, odadavamlı qabın içinə yağ çəkin, un səpin. 

Kakaonu qaynar su ilə çalın. Başqa bir qabda un, soda, qabartma tozu və duzu qarışdırın. Yağ və şəkər tozunu bir qazançaya qoyun, ocağın üstündə tam əriyənədək qarışdırın. Ocaqdan götürüb mikser qabının içinə töküb çalın. Kütlə içinə yumurta qırdıqda onu bişirməyəcək temperaturadək soyumalıdır.

Soyuyanda yumurta və su ilə qarışdırdığınız kakaonu əlavə edin, eynicinsli kütlə alınanadək çalın. Mikserin sürətini azaldın, un qarışığını xama ilə növbələyərək iki dəfəyə, tədricən əlavə edin.  

Xəmiri hazırladığınız qaba tökün və 60-70 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Bişəndən sonra tam soyudun.

Korjun ortasında stəkanın ağzı diametrində çuxur açın, içi içinə doldurun. 

İç və qlazur: marşmellounu mikrodalğalı sobaya qoyub əridin. Kərə yağını möhkəm çalın. Ərimiş marşmellounu əlavə edin. Yaxşı çaldıqdan sonra bu kremdən 1 stəkan götürüb korjun ortasında açdığınız çuxura doldurun. Üzərini içindən çıxardığınız korjdan "qapaq" kəsərək qapayın. 

Yerdə qalan kremə şəkər pudrası əlavə edin, qarışdırın, çəhrayı qida boyası vurub yenə çalın. Tortun üzərinə qalın qat bu kremdən çəkin. Kokos yonqarını çəhrayı qida boyası ilə qarışdırıb kremin üzərinə çəkin. 

Nuş olsun!


Milli.Az 










Mar 26, 2014

Şokoladlı tort

Lazım olan vəsaitlər :


3 yumurta

2.5 su stəkanı süd

2 su stəkanı un

Yarım su stəkanı toz şəkər

50 qr kakao

1 paket vanil

1 çay qaşığı qabartma tozu

Krem üçün :

200 ml krem

1 paket vanil

Üzəri üçün :

200 qr bitter şokolad

200 ml krem


Hazırlanması :

Krep (nazik xemir üçün) üçün yumurta, süd, un, şəkər, qabartma tozu, vanil və kakaonu qarışdırma qabına əlavə edin.

Mikser ilə yaxşıca çırpın.

Yapışmaz səthli tavaya çox yüngül yağ sürtün.

Qarışıqdan təxminən 1 çömçə dolusu alaraq tavaya qoyun.

Önlü arxalı yüngül qızarana qədər bişirin.

Bütün xəmir bitənə qədər təkrarlayın.

Krem ilə vanili mikserlə tündləşənə qədər çırpın.

10 dəqiqə soyuducuda soyudun.

Nəzərdə tutduğunuz tort qabına bir ədədini yerləşdirin.

Üzərinə bir miqdar krem çəkib ikinci krebi (nazik xəmir) yerləşdirin.

Aralarına krem çəkərək bütün krepləri üst-üstə düzün.

Soyuducuda gözlədin. Kremini sous qazanına qoyaraq istilədin.

Şokoladı kiçik parçalara bölərək əlavə edin, əriyənə qədər qarışdırın və soyumağa buraxın.



Tortun üzərini şokolad qarışığı ilə sıvayın və zövqə görə bəzəyərək servis edin.

qadin.az

Mar 22, 2014

Tiramisu tortu

Tərkibi:
4 yumurta
100 q şəkər tozu
500 q maskarpone pendiri
250 q savoyardi (təxminən 34 ədəd)
350 ml qəhvə (əriyən və ya bişirilmiş)
kakao
2-3 x.q. şərab (“Marsala”, yaxud rom, likör, brendi, konyak – istəyə görə)
Krem üçün: Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını şəkər tozu ilə çalın. Maskarpone əlavə edib qaşıqla qarışdırın. Yumurtanın ağını qatı köpük alınana qədər çalın. Bunu yumurta sarısına əlavə edib səliqəylə qarışdırın.
Savoyardiləri (hazırlanma qaydası burada) soyuq qəhvəyə batırın. Bunu çox cəld etmək lazımdır ki, peçenyelər çox islanmasın. Qəhvəni istəyinizə görə hazırlaya bilərsiniz, məsələn, 350 ml suya 4 ç.q. qəhvə tökə bilərsiniz. İstəyə görə qəhvəyə şərab, rom, likör, brendi və ya konyak əlavə edə bilərsiniz.
Qəhvədə isladılmış savoyardiləri siniyə yaxın-yaxın düzün. Üzərinə bərabər qaydada krem çəkin. Yenə qəhvəyə batırılmış savoyardi döşəyib kremin qalanını üzərinə çəkin. 5-6 saat soyuducuda saxlayın.








Süfrəyə verərkən üzərinə çaysüzəndən istifadə edərək kakao ələyin. Çox iti bıçaqla ehtiyatla kəsin.




Mar 18, 2014

Zefirli soyuq tort

Tərkibi: 
400 q zefir 
2 yumurta
400 q kövrək peçenye
0,5 st. şəkər tozu
1 st. süd 
200 q süd 
1 limonun sedrası
2 x.q. kakao 

Zefirləri ortadan bölün.
 
Yumurtaları bir qaba sındırıb şəkər tozu ilə çalın. 

Peçenyeni xırdalayıb yumurta qarışığına əlavə edin. 

Buraya süd əlavə edib ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşınca bişirin. Sonra ocaqdan götürüb soyudun. 

Yağı bir qaba qoyun. Limonu yuyub qurudun. Sedrasını xırda sürtgəcin köməyilə çıxarın və yağla qarışdırın. 

Soyutduğunuz peçenyeli qarışığa əlavə edib yenidən qarışdırın. 

Bunun bir hissəsini keks qabına tökün. Üzərinə ortadan böldüyünüz zefirləri düzün. Qarışığın qalanını üstünə tökün. Bir neçə saat soyutduqdan sonra doğrayıb süfrəyə verin. 

Nuş olsun! 

Milli.Az

Mar 7, 2014

Şokoladlı - qozlu tort



Tərkibi:
4 ədəd yumurta
150 qram şəkər tozu
50 qram un
200 qram fındıq
30 qram kakao 
1 çay qaşığı vanel
1 çay qaşığı qabartma tozu

Krem üçün:
200 qram şokolad əzməsi
300 qram "Wellington" kərə yağı
200 qram şokolad

Bəzək üçün:
Vafli
Qovrulmuş fındıq
Şokoladlı noğullar

Hazırlanması:
Əvvəlcə biskvit üçün fındıqlar üyüdülür.


Yumurta, vanel və şəkər ağarana qədər qarışdırılır.



Sonra un, qabartma tozu, kakao və üyüdülmüş findıq əlavə edilib yavaşca qarışdırılır. Forma yağlanıb xəmir tokülüb sobada 180 dərəcədə 25-30 dəqiqə bişirilir.





Şokolad su buxarında əridilir.



Sonra yumşaq kərə yağı, şokolad əzməsi və şokolad qarışdırılıb 20 dəqiqə soyuducuda saxlanır.






Soyumuş biskviti 2-3 yerə bolüb aralarına krem çəkib vafli qırıntısı səpirik.






Üzərinə krem çəkib qovrulmuş findıq və şokoladlı noğullar ilə bəzəyirik.
Tortumuz hazırdır.



Nuş olsun!


 






Mar 4, 2014

Trüfel tortu


Hər bir süfrənin bəzəyi
Ərzaqlar:
170 qram acı şokolad (59-70% kakao)
170 qram kərə yağı
250 qram şəkər tozu
3 ədəd yumurta
125 qram un
1 ç.q. qabartma tozu
bir çimdik duz
Krem üçün:
25 qram şokolad
50 ml qaymaq (35%)
Trüfel üçün:
150 qram şokolad
70 ml qaymaq (35%)
2 x.q. kakao
1 x.q. şəkər pudrası
Şirə üçün:
50 qram acı şokolad
70 ml qaymaq (35%)
1 x.q. şəkər pudrası
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün: əridilmiş şokoladın üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb, şokoladlı qarışığın içinə tökün.
Diametri 26 santimetr olan yumru tort formasını yağlayın və dibinə perqament kağızı sərin. Sonra perqament kağızın üstündən kərə yağı çəkib, hazırlanmış xəmiri içinə bərabər şəkildə tökün. Korju 170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. Bişmiş korju duxovkadan çıxarıb, soyumaq üçün kənara qoyun. Korj öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardıb, 8-12 saat müddətində soyuducuda saxlayın.
Krem hazırlamaq üçün: qaymağı qazana töküb, istilədin (qaynamağa qoymayın). Sonra isti qaymağın üstünə xırdalanmış şokoladı töküb, qarışdırın. Şokoladlı qarışığı bir neçə saat soyuducuda saxlayın.
Trüfeli hazırlamaq üçün: şokoladı xırdalayıb, isti qaymağın üstünə tökərək, qarışdırın. Şokoladlı qarışığı soyuducuya yerləşdirin.
Tortun Yığılması:
Soyumuş korju iti bıçaqla ikiyə bölün (istəsəniz korju bölməyə də bilərsiz). Şokoladlı kremi korjun üstünə çəkin. Kremin üstündən isə korjun digər yarısını yerləşdirin.
Şirəni hazırlamaq üçün: qaymağı istilədib (qaynamağa qoymayın), üstünə şəkər pudrası tökərək, qarışdırın. Üstündən doğranılmış acı şokoladı töküb, qarışdıraraq, odun istündən götürün. Sokoladlı şirəni, soyudub, yarısını korjun üstünə tökərək, bərabər şəkildə yayın.
Hazır tortu soyuducuya qoyun. Sonra tortu soyuducudan çıxarıb, üzərinə qalan şokoladlı şirəni töküb, trüfellərlə və şokoladın ovuntuları ilə bəzəyin. Tortu yenə də bir neçə saata soyuducuda saxlayın. Nuş olsun!

Feb 27, 2014

"Qarlı Praqa" tortu


Tərkibi: 


korj: 
4 yumurta
2 st. şəkər tozu
400 q xama
400 q qatılaşdırılmış süd 
1 ç.q. soda
3 st. un

krem:
4 yumurtanın sarısı 
500 ml süd 
1 st. şəkər tozu
2 x.q. un (üstsüz)
2 x.q. nişasta (üstsüz)
100 q kərə yağı 
1 q vanilin
albalı cemi 

qlazur:
200 q qara şokolad
100 ml süd 
100 q kərə yağı 

bəzək:

beze
kokos yonqarı 
şəkərli muncuqlar 

Korjlar:

Yumurtaları şəkər tozu və xama ilə çalın. 

Qatılaşdırılmış süd və limon şirəsində söndürülmüş soda əlavə edin. 

Un əlavə edib yaxşıca qarışdırın. 

Xəmiri iki yerə bölün. 180-200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

Krem:

Yumurta sarılarını şəkər tozu ilə çalın.

Un və nişastanı əlavə edin, lopa qalmasın deyə yaxşıca çalın. 

Südü qızdırın, yumurta-un qarışığını əlavə edin. Vam odda daim qarışdıraraq bişirin. Qatılaşanda, üzərində iri qabarcıqlar əmələ gəlib vulkan kimi partlayanda götürün. 

Soyudun, vanil və yumşaldılmış kərə yağı əlavə edib çalın. 

Korjları iki yerə bölün. Hər 4 korja bolluca krem çəkib üst-üstə yığın. Otaq temperaturunda 2 saat saxlayın. Bir gecə soyuducuda saxlayın. 
  
Səhəri gün tortun kənarlarını bıçaqla kəsib hamarlayın. 

Albalı cemini qızdırın, tortun üstünə və kənarlarına çəkin. 

Qlazur:

Südü qızdırıb içində şokoladla yağı əridin. 

Tortun hər tərəfinə qlazur çəkin. 

Üzərini beze, kokos yonqarı və şəkərli muncuqlarla bəzəyin. 

Nuş olsun! 

Milli.Az

Ən çox oxunulan