Showing posts with label Kekslər. Show all posts
Showing posts with label Kekslər. Show all posts

Jul 21, 2014

Portağallı-şokoladlı keks


100 q kərə yağı
180 q şəkər tozu
2 yumurta
2 orta boy portağal
250 q un
0,5 ç.q. qabartma tozu
0,25 ç.q. duz
0,25 ç.q. soda
60 ml portağal şirəsi
100 q xama və ya qatıq
100 q şokolad

qanaş:


120 q şokolad
50 ml yağlı qaymaq (30% və daha yağlı)



Hər iki portağalın qabığını sürtgcəin xırda gözündən keçirin (ağ hissəyə keçməyin). Portağallardan 60 ml şirə sıxın.



Otaq temperaturunda olan yağı şəkər tozu və portağal sedrası ilə çalın. Çalmağı dayandırmadan bir-bir yumurtaları əlavə edin.



Duz, soda və qabartma tozu ilə birlikdə ələnmiş unun yarısını əlavə edib qarışdırın. Xama və portağal şirəsi əlavə edib qarışdırın. Unun qalanını əlavə edib eynicinsli xəmir yoğurun.



Xəmir əlavə edəcəyiniz şokoladı bıçaqla xırdalayın (ovuntuq).



Xəmirə əlavə edib qarışdırın.



Xəmiri yağlanmış formaya töküb 180 dərəcə qızdırılmış sobada təxminən 50-60 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Hazır keksi soyudun.

Qanaş: şokoladı xırda doğrayıb üzərinə qızdırılmış qaymağı (qaymağı qaynara düşənədək qızdırın, amma qaynamağa qoymayın) əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın.



Qanaşı keksin üzərinə tökün, soyuyandan sonra doğrayıb süfrəyə verin.



Nuş olsun!

Milli.Az 

Mar 29, 2014

Fransızsayağı Sitrus Keksi

Bu yaxınlarda kitabxanaya getmişdim. Orada bir yemək kitabı gözümə sataşdı. Fransız mətbəxinə aid bu kitabda gözüm birinci sitrus keksini gördü. Yəgin sitruslu bişmələri çox bəyəndiyimə görə. Keksin şəkilini görən kimi bunu mütləq bişirməyə qərar verdim. Kitabı evə gətirdim və, necə deyərlər, hərəkətə başladım.
O qədər ləzzətli alındı ki! Həm dadı, həm rəngi, həm ətri gözəl idi. Çay ilə, kofe ilə, və yaxud heçnəsiz nuş etmək olar. Fransızca desək - Très délicieux! Bon appétit, dostlar!

Fransızsayağı Sitrus Keksi (Quatre-Quarts Aux Agrumes)Rachel Khoonun “The Little Paris Kitchen” kitabı əsasında
Ərzaqlar:
4 yumurta – otaq hərarətində olmalıdırlar
1 + 1/4 stəkan (bir stəkan və bir stəkanın dörtdə biri qədər və yaxud 250 qram) narın şəkər tozu (adi şəkər tozunu bir neçə saniyə robotdan keçirsəniz narın olar)
2 stəkan (300 qram) un
Bir çimdik duz
Sürtgəcdən keçirilmiş 1 limonun və 1 portağalın qabığı (hərəsindən 1 xörək qaşığı olmalıdır)
1 çay qaşığı qabartma tozu
225 qram kərə yağı – əridib soyudun
Hazırlanma Qaydası:
Sobanı 175Cdək qızdırın. Ölçüləri 23 X 18 sm olan kərpic formasını  bir az yağlayın.
Yumurtaların agını sarısından ayırın.  Bir qabda ağları şəkər tozunun yarısı ilə mikserlə bir qədər sərtləşənə qədər (qaşıqla qaldırdığınızda tökülməməlidir) çalın, təxminən 5-8 dəqiqə.
Ayrı qabda yumurta sarısını qalan şəkər tozu ilə qatılaşıb rəngi açılanadək mikserlə çalın.
Digər qabda isə un, duz, limon və portağal qabıqları və qabartma tozunu qarışdırın.
Unlu qarışığı yumurta sarısı olan qaba əlavə edin. Üstünə ərinmiş və soyudulmuş yağı əlavə edib, yağ digər ərzaqlara yedirdilənədək qarışdırın. Sonra buraya çalınmış yumurta ağını da əlavə edib qaşıqla hamar olanadək qarışdırın.
Alınan kütləni formaya tökün. Sobanın orta gözündə 40-50 dəqiqə bişirin. Keksin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru çıxırsa, keks hazırdır.
Keks tamamilə soyuduqdan sonra kəsib süfrəyə verin.



Mar 8, 2014

Qatılaşdırılmış südlü Keks


Hazırlama Vaxtı: 20 Dəqiqə
Bişirmə Vaxtı:         40 Dəqiqə


Ərzaqlar

1 qutu qatılaşdırılmış süd (400 qr)
4 Yumurta
1 su stəkanı Un (150 qr)
1 paket qabartma tozu 50 qr ərinmiş yağ (Keks qabını yağla fırçalamaq üçün 1 şorba qaşığı kərəyağı)


Hazırlanması

1 yemək qaşığı kərəyağını keks qəlibinə sürün (İstəsəniz bir az da un səpin) Bir elektrikli qarışdırıcı ilə (mixer),
bütün vəsaiti (süd, yumurta, un, qabartma tozu və ərimiş kərə yağı)
yaxşıca qarışdırın. 40 dəqiqə (və ya daha az Keks qalınlığına görə) keks üçün əvvəlcədən qızdırılmış sobada bişirin.
Üzərinə pudra şəkəri (tozu) səpin və ya üzərinə meyvə sousu və ya təzə meyvə də əlavə edə bilərsiniz.

reseptlerim.com

Mar 7, 2014

Küncütlü, qaymaqlı keks

Tərkibi:
2 ədəd yumurta
1 st. şəkər tozu
200 q qaymaq
Yarım st duru yağ
3 x.q. mayonez
1 x.q.hil
Vanil
Qabartma tozu
8 x.q. un
Küncüt

Qabı yağlamaq üçün:
50 q yumşalmış "Wellington" kərə yağı

Hazırlanması:
İlk öncə yumurta və şəkəri mikserlə çoxlu çalın, sonra yağ, qaymaq və mayonezi əlavə edib yenə də çalın.



Un, qabartma tozu, hil və vanili də əlavə edib qarışdırırıq.



Şüşə keks qabını kərə yağı ilə yağlayırıq, qabın hər tərəfinə küncüt səpirik və alınan qarışığı qabın içinə tökürük.



170 dərəcəlik sobada 15 dəqiqə bişiririk, sonra dərəcəsini 160-a endiririk.
Küncütlü, qaymaqlı keksimiz hazırdır.

 qadin.net

Mar 4, 2014

Qəhvəli keks


Tərkibi:
  • Kəsmik – 350 qr.;
  • Xama – 200 qr.;
  • Çovdar suxarısı – 200 qr.;
  • Tünd şokolad – 125 qr.;
  • Alma püresi – 100 qr.;
  • Bal – 70 qr.;
  • Likör – 60 ml.;
  • Təbii kofe (Qəhvə) – 40 qr.;
  • Vanil və istəyə görə darçın – bir çimdik.
Hazırlanması:
Alma püresi, bal, suxarı, vanil və darçın qarışığını yaxşıca mikserdə çalırıq.
Kütləni formaya töküb, soyuducuya qoyuruq. Çizkeykin bir qatı hazırdır.
Sonra desertin içi hazırlanır. Kəsmik, xama, likör, üyüdülmüş şokolad, kofe, bir çimdik darçın və vanil qarışığı yaxşıca mikserdə çalınır. Sonra bu kütlə soyuducuda olan 1-ci qatın üzərinə tökülür və yenidən ora qoyulur. Ən azı 2 saat soyuducuda saxladıqdan sonra şokoladla, nanə yarpağı ilə bəzəyib, süfrəyə veririk. Nuş olsun!

Mar 1, 2014

Qəhvəli Keks


Hazırlanma: 15 dəqiqə
Bişirmə: 40 dəqiqə

Ərzaqlar

2 ədəd yumurta
1,5 su stəkanı toz şəkər
1 şiriniyyat qaşığı granül qəhvə
1,5 çay stəkanı süd
1 çay stəkanı duru yağ (və ya yarım paket ərinmiş margarin)
1 paket südsüz şokolad (80 qr.)
1 paket qabartma tozu
2 şorba qaşığı kakao
2,5 su stəkanı un

Hazırlanması

Bir qabda toz şəkər və yumurta, şəkər əriyənə qədər çırpın.  Süd və granül qəhvəni qarışdırın və üstünə əlavə edin,  duru yağı da əlavə edin və qısa müddət çırpın.
Daha sonra ələnilmiş un, kakao və qabartma tozu qatın, bir az daha qarışdırmağa davam edin. Ən son qırılmış şokolad ya da damla şokolad əlavə edilər, qaşıqla qarışdırılar. Keks xərci yağlanılmış, keks qəlibinə tökün. Əvvəldən isidilmiş 180 dərəcə sobaya verin, təxminən 40 dəqiqə bişirin. Sobadan çıxıb, soyuyunca qəlibdən çıxarın.
Nuş olsun

Köklü darçınlı keks


Hazırlanma: 15 dəqiqə
Bişirmə: 40 dəqiqə

Ərzaqlar

3 ədəd yumurta
3 su stəkanı un
2 su stəkanı şəkər
1 su stəkanı süd
1 su stəkanı maye yağ
3 ədəd kök
1 paket vanil
1 paket qabartma tozu
1 şirin qaşığı darçın

Hazırlanması

Kökləri rəndələyin. Rəndələdiyiniz kökü yarım su stəkanı şəkərlə qısıq odda bişirin sonra kənara qoyun soyusun. Yumurtanı gözəlcə çırpın və içinə geriyə qalan bir yarım su stəkanı şəkəri qatın. Şəkər yumurtanın içində yaxşıca qarışana qədər də çırpmağa davam edin. İçinə bir su stəkanı qədər maye yağı, bir su stəkanı qədər süd əlavə edin, bir şirin qaşığı darçın qoymağı unutmayın. Ardından soyuyan rəndələnmiş kökü, vanil, qabartma tozunu və üç su stəkan un əlavə edib qarışdırın. Vəsaitləri sıraya görə qatın və unu ən axırda qoyun. Unu əlavə edib qarışdırdıqdan sonra, qarışığı yağladığınız keks qəlibinə tökün. Əvvəldən qızdırılmış sobada 180 dərəcədə bişirin. (Təxminən 40-45 dəqiqə).

Feb 27, 2014

Zəncəfilli keks


Bu keksi sobaya qoyduqdan yarım saat sonra mətbəxinizə elə rayihə dolacaq ki, keksi dərhal çıxarıb yemək istəyəcəksiniz. Ancaq diqqət! Onu bir sutka soyuducuda saxlamaq lazımdır. Deyilən vaxt bitdikdən sonra turşməzə frostinqlə üzərini örtüb, əlvan rəngli sukatlarla bəzəyin. Bax o zaman əsl həzz şedevrini süfrəyə verə bilərsiniz. 

Tərkibi: 
keks:200 q un 
1 iri yumurta (otaq temperaturunda)
113 q kərə yağı (otaq temperaturunda)
180 q xırda qəhvəyi şəkər tozu
1/2 fincan alma püresi 
1/2 fincan otaq temperaturunda qatıq 
2 ç.q. darçın
1/4 ç.q. üyüdülmüş mixək 
2 1/4 ç.q. üyüdülmüş zəncəfil
1 ç.q. duz
1/4 ç.q. portağal yağı və ya 1 ç. q. portağal sedrası
1 ç.q. qabartma tozu
1/4 ç.q. soda

frostinq:125 q qaymaqlı pendir
1-2 x.q. şəkər pudrası
1-2 ç.q. limon şirəsi
1 ç.q. vanil ekstraktı
portağal və ya zəncəfil sukatları 

Keks: 

Sobanı 175 dərəcə qızdırın.

Unu ləyənə ələyin, bütün ədviyyatları, duzu, qabartma tozu və sodanı əlavə edin, yaxşıca qarışdırın. 

Yağı 1 dəqiqə çalın. Sonra tədricən şəkər tozu əlavə edərək daha 3 dəqiqə çalın. 

Portağal sedrası və ya yağı, yumurta əlavə edib daha 1 dəqiqə, qatı, həcmli krem alınınca çalın. 

Alma püresi və qatıq əlavə edin, sonra unun hamısını əlavə edib 30-40 saniyə ərzində, eynicinsli kütlə alınınca çalın. (Çox çalmaq lazım deyil, əks halda keks bərk və quru alınacaq). 

Kərə yağı çəkilmiş formaya tökün. Üzərini hamarlayın. Sobada 45-50 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 

15 dəqiqə formada soyudun, sonra çıxarıb şəbəkənin üstünə qoyun. Tam soyuyandan sonra folqaya büküb soyuducuda 1 sutka saxlayın. 

Frostinq: 

Qaymaqlı pendiri şəkər pudrası ilə çalın, vanil ekstraktı və limon şirəsi əlavə edin. 

Keksin üzərinə frostinq çəkin, sukatlarla bəzəyin. 

Bunu dilimləyib sobada qızdıra və yaxud vanilli (şokoladlı) dondurma ilə də süfrəyə verə bilərsiniz. 

Nuş olsun!

Milli.Az

Portağallı keks


Tərkibi: 


1 st. un 
1 st. şəkər tozu
2 yumurta
1 st. portağal şirəsi 
1 portağalın sedrası 
vanilli şəkər 
1 ç.q. qabartma tozu
kərə yağı

Yumurtaların ağını sarısından ayırın. 

Un və qabartma tozunu birlikdə ələyin. 

Yumurta sarılarını şəkər tozu və vanillə çalın, una əlavə edin. Portağal sedrasını da bura qatın (sadəcə, portağalın qabığını sürtgəcdən unun üzərinə keçirə bilərsiniz, portağal qabığının ağ hissəsi lazım deyil, o, acılıq verir). 

Xəmirə tədricən yarım stəkan şirə əlavə edin, qarışdırın. 

Yumurta ağlarını möhkəm çalın, səliqə ilə xəmirə əlavə edin. Xəmir çox qatı deyil, təxminən şarlotkanın xəmiri kimi olmalıdır. 

Formanı kərə yağı ilə yağlayın, xəmiri içinə tökün. 

180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. 

Hazır olduqdan sonra, hələ qaynar-qaynar, üzərində kəsiklər edib şirənin qalanını da keksin üzərinə tökün. 

"Ağlayan" keksləri xoşlayırsınızsa, o zaman sedrasını çıxardığınız portağalı da sıxın, şirəsini keksə hopdurun. 

Nuş olsun! 

Milli.Az

Ən çox oxunulan