Showing posts with label Ət yeməkləri. Show all posts
Showing posts with label Ət yeməkləri. Show all posts

Aug 22, 2014

Piti

Lazım olanlar:
Pitinin hər payına:
  • 163 q qoyun əti,
  • 20 q noxud (iri),
  • 20 q quyruq, 15 q baş soğan,
  • 150 q kartof,
  • 20 q təzə yaxud 10 q quru alça,
  • 0,1 q zəfəran yaxud 50 q təzə pomidor,
  • 1 q quru nanə və tam üçün duz, istiot götürülür.
Hazırlanma qaydası
Pitinin hər payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Piti qabı saxsı çölməkdən yaxud paslanmayan polad qazançadan ibarət olur və bunun tutumu 0,8 l təşkil edir.
Burda qoyun cəmdəyinin döş, boyun, bud, yaxud kürək hissəsindən, təqribən 55-80 qramlıq 2-3 tikə ət götürülür. Qabaqcadan isə bir qədər noxur arıtlanıb (qara dənlər çıxarılır) 4-5 saat soyuq suda isladılır. Ət və noxud qaba qoyulib üstünə soyuq su tökülür və bunun ümumi həcmi 0,6 litrə çatdırılır. Sonra həmin qab zəif od üzərində qoyulub tədricən biririlir. Burada əmələ gələn kəf xüsusi kəfkirlə arabir alınır. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof (adətən bötöv şəkildə olmaqla, orta ölçüdə və ya yumruvri  formada), yuyulmuş alça və duz qatılır, bulyon qaynadıqdan sonra içinə iri kub şəklində doğranmış baş soğan salınır və xörəyin hazır olmasında 10-15 dəq. Qabaq xırda doğranmış quyruq yağı, duz və ədviyyət vurulur.
Ayrıca 1 q zəfəran 120 q suda çay kimi dəmlənir vəh hər iki pay pitiya bundan bir xörək  qaşğı qatılır. Vam odda bişirilmə davam edir.
Süfrəyə verilmə qaydası:
Piti süfrəyə veriləndə üstünə narın doğranmış quru nanə səpilir. Piti, bir qayda olaraq öz bişirildi qabda süfrəyə verilir və yanına təmiz dərin boşqab yaxud kasa qoyulur.ayrıca olaraq süfrəyə həm də boşqab içində soyulmuş baş soğan və sumaq verilir.
Qeyd:
Yay vaxtı və mövsümünə görə pitiyə şabalıd, heyva və pomidor qatırılr. Belə hallarda alça və zəfəran qatmırlar.

Aug 21, 2014

Tikə kababı

Tərkibi:
  • 350 q qoyun əti,
  • 60 q baş soğan,
  • 40 q göy soğan,
  • 10 q cəfəri və reynan,
  • 3 q sumaq yaxud 5 q narşərab
  • istiot,
  • duz.
Qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır. Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kümür üzərində qızardılır. Ət şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir. Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir. Şişlər arabir çevrilməlidir.
Tikə kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə verilməlidir. Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir. Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur. Yay zamanı tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor əlavə edilir.

Qaraciyər kababı

Tərkibi:
Hər pay üçün:
  • 230 q qoyun qara ciyəri,
  • 3 q sumaq,
  • duz.
Qara ciyər pərdələrdən azad edilib 30-40 qramlıq kub formalı tikəciklərv, eyni zamanda da qoyun quyruğu 10 qramlık tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.

Lülə kabab

Tərkibi:
Hər pay üçün
  • 300 q qoyun əti,
  • 20 q quyruq yağı,
  • 40 q göy soğan,
  • 15 q reyhan və cəfəri,
  • 45 q un,
  • 5 q duz.
Qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır və soğanla birlikdə ətçəkəndən keçirilir. Qiyməyə duz və istiot vurulub suvaşqan kütlə əmələ gəlincə ciddi qarışdırılır. Bundan sonra qiymə 20 dəqiqə soyuq yerdə saxlanılır və yastı formalı sardelka şəklində 1,4 sm enində 45 qramlıq çəkidə hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır. Manqalda odsuz kömür üzərinda qızardılır.
Lavaş hazırlamaq üçün un ələnir, içinə su və duz qatılıb bərk xəmir yoğrulur və dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır. Lavaş yağsız hər iki üzü tavada bişirilir.
Lüləkabab süfrəyə veriləndə lavaşın içinə qoyulur və bunun yanına halqavarı doğranıx soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.

Səbzi qovurma

Lazım olanlar: 
  • Hər payına
  • 330 q qoyun əti,
  • 100 q baş soğan,
  • 25 q yağ,
  • 10 q abqora yaxud 0,3 q limon duzu,
  • 0,1 q zəfəran,
  • 50 q ispanaq,
  • 50 q keşniş, kəvər və şüyüd,
  • duz.
Hazırlanma qaydası: 
Qoyun cəmdəyinin bud yaxud bel hissəsindən 25-30 qramlıq sümüksüz tikə kəsilib duzlanır və qovrulur. Sonra bunun içinə yağda qızardılmış soğan, zəfəran şirəsi, limon duzu yaxud abqora vurulub öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış narın doğranmış göyərti, (ispanaq, kəvər, keşniş) qatılır və süfrəyə veriləndə üstünə təzə şüyüd sərpiilr.

1001dad

Qiyməli çığırtma

Lazım olanlar:
  • Qoyun əti – 163 q.
  • Baş soğan – 40 q.
  • Ərinmiş yağ – 25 q.
  • Yumurta – 2 ədəd.
  • Şüyüd – 12 q.
  • Zəfəran – 0,1 q.
  • İstiot – 0,1 q.
  • Duz –zövqə görə.
Hazırlanma qaydası:
Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur. Qiymənin üzərinə çalınmış yumurta vurulub qızdırıcı sobada bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir.

Əvəlik dolması

Lazım olanlar:
  • 1 kq əvəlik,
  • 3 stəkan bulğur,
  • 1 stəkan düyü,
  • 2 soğan,
  • 2 diş sarımsaq,
  • 200 q qiymə,
  • Yarım dəstə cəfəri,
  • Yarım dəstə şüyüd,
  • 1 şirniyyat qaşığı pul bibər,
  • 1 şirniyyat qaşığı istiot,
  • 1 şirniyyat qaşığı nanə,
  • 1 şirniyyat qaşığı cirə,
  • 1şirniyyat qaşığı kəklik otu,
  • 250 q qatıq
Hazırlanma qaydası:
  • Əvəlik xaric bütün ərzaqları plov bişirən kimi bişirin.
  • Əvəliyin orta hissəsini çıxardın.
  • Yarpaqlara iç xərcini qoyub bükün.
  • Dolmaları qazana yığın.
  • 1 silmə şirniyyat qaşığı duz atıb , üzərinə çıxacaq qədər su əlavə edin.
  • Zeytun yağı və tomatı da tökərək üzərinə bir boşqab çevirin.
  • Suyunu çəkənə qədər bişirin.
  • Sarımsaqlı qatıqla birlikdə servis edə bilərsiniz.

Ət qutabı

Lazım olanlar:
  • 400 qr quzu və ya dana əti,
  • 2 baş soğan,
  • 20 qr lavaşana və ya 40 qr nar,
  • 440 qr buğda unu,
  • 100 qr yağ,
  • sumaq,
  • darçın,
  • duz
  • istiot
Hazırlanma qaydası
Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Aug 19, 2014

Yaşıl zeytunlu kökələr


Tərkibi (8 pay):

1 boyat çörək
aldığı qədər un
250 q qiymə
3 x.q. bitki yağı
250 q çərdəksiz yaşıl zeytun
1 dəstə cəfəri
1 dəstə göy soğan
duz
qara istiot
pul bibər

Çörəyi dilimləyib bir qaba yığın. Üzərinə isladacaq qədər su tökün. Yumşaldıqdan sonra sıxıb suyunu süzün.

Un əlavə edərək yumşaq xəmir hazırlayıb gəlməsi üçün saxlayın.

Qiyməni bitki yağında qovurun. Üzərinə xırdalanmış göy soğan, cəfəri və zeytunu əlavə edin. Duz və ədviyyatı əlavə edin, qarışdırıb ocaqdan götürün.

Xəmirdən kündələr tutub 10 sm diametrində yayın. İç qoyub kənarlarını birləşdirin.

Az yağda hər iki üzünü qızardın.

Nuş olsun!

Milli.Az 

Jul 15, 2014

Yerkökü kotleti

Tərkibi: 

1 kq yerkökü 
120-150 ml su
1 yumurta
1-2 x.q. mannı yarması və ya un 
1 ç.q. şəkər tozu
1 çimdik duz
qızartmaq üçün bitki yağı 

Yerkökünü təmizləyib sürtgəcin xırda gözündən keçirin. 



Yerkökünü tavaya tökün, duz, şəkər tozu və su əlavə edin, arada qarışdıraraq vam odda suyunu çəkənədək bişirin. 

Bir ləyənə töküb soyudun. 



Yumurta, mannı (və ya un) əlavə edib qarışdırın. Kotletlər tutun.




Qızdırılmış yağda hər üzünü 2-3 dəqiqə qızardın. 

Ürəyiniz istəsə, üzərinə şəkər pudrası səpə, bal tökə bilərsiniz. 

Nuş olsun!

milli.az

Jul 10, 2014

Ətli Ərzurum şorbası

Tərkibi: 
1 armudu st. düyü
200 q yağsız qiymə
5-6 su st. qaynar su və ya bulyon 
0,5 st. bitki yağı
1 orta boy soğan 
duz
istiot
quru nanə
2 dolu x.q. un
1 su st. qatıq 
1 yumurta

Qazana düyünü və 2 armudu st. su töküb düyü suyunu çəkənəcən bişirin. 

Qiyməyə duz və istiot əlavə edib yoğurun. Sonra noxud böyüklükdə küftələr hazırlayın. Bu küftələri un səpilmiş qaba tökərək qabı silkələyib hamısının una bulanmasına çalışın. 

Düyünün olduğu qazana 5-6 st. qaynar su və küftələri əlavə edib küftələr yumşalanadək bişirin. 

Bir qabda un, qatıq və yumurtanı çalın. Bu qarışığı şorbanı qarışdıraraq nazik axınla qazana əlavə edin. 

Bir tavada xırda doğranmış soğanı bitki yağında qovurun. Quru nanə əlavə edib qarışdırın və şorbaya əlavə edin. Qarışdıraraq bişirin, sonda duz əlavə edib ocaqdan götürün. 

Nuş olsun! 

Milli.Az 

Apr 16, 2014

Lavaşda balıq

Tərkibi: 
1 təzə balıq
1 lavaş 
1 pomidor
1 dəstə keşniş
0,5 limon şirəsi
2 x.q. kərə yağı
duz
istiot

Lavaşın üzərinə kərə yağı çəkin. 

Balığı təmizləyin, duz, istiot vurun, limon şirəsi çəkin. 

Balığı lavaşın üstünə qoyun. 

Üstünə xırda doğranmış keşniş və pomidor, kərə yağı dilimləri qoyun. Duz, istiot səpin. Zövqə görə doğranmış baş soğan da səpmək olar. 
Lavaşa bükün. 
Bunu isə folqaya büküb əvvəlcədə 190 dərəcə qızdırılmış sobaya qoyun. 
Təxminən 40 dəqiqə bişirin. 

Balığı elə lavaşda süfrəyə verin. Qarnir kimi tərəvəz salatı verə bilərsiniz.

Nuş olsun! 


Mar 27, 2014

Lahmacun

Əgər istəsəniz, içərisinə doğranmış cəfəri də qoyub yeyə bilərsiniz. Ayran içməyi isə yaddan çıxarmayın.
Tərkibi:
Xəmir üçün:
1 kq un;
1 paket yaş maya duz;
1 desert qaşığı şəkər tozu;
1/2 çay stəkanı maye yağ;
ala bildiyi qədər ilıq su.
İçi üçün:
1/2 kq dana qiyməsi;
1/2 dəstə cəfəri;
4 ədəd pomidor;
7 ədəd soğan;
1 yemək qaşığı qırmızı istiot;
3 qaşıq maye yağ;
3 qaşıq tomat pastası.
Hazırlanması:
Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Yarım saat acımağa qoyun. Sonra içini hazırlayın. 1/2 kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə birlikdə qarışdırın.
Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra kürədə bişirin.
Əgər istəsəniz, içərisinə doğranmış cəfəri də qoyub yeyə bilərsiniz. Ayran içməyi isə yaddan çıxarmayın.

Mar 13, 2014

Pomidorlu düşbərə



Ərzaqlar:



250 q soğanla çəkilib duz və isitiot vurulmuş ət

2 ədəd baş soğan

3 x.q əridilmiş kərə yağı

1 ç.q pomidor məti və ya 2-3 ədəd pomidor

Duz

Istiot

Xəmir üçün:

2 st un

1/2 st ilıq su

1 ədəd yumurta

1 ç.q duz

Yaymaq üçün:

2-3 x.q un

Zövqə görə nanə qurusu ya da keşniş


Hazırlanması:

Xəmiri hazırlamaq üçün bir qaba unu ələyib üstünə yumurta, su və duz əalavə edib normal xəmir yoğururuq.



Xəmiri iki yerə bölüb kündəliyirik.

Kündənin birini götürüb yayırıq.



Kündənin birini götürüb az un səpib nazik yuxa yayırıq.



Yuxanı 2x2 sm enində kəsirik.



Hər balaca kvadrata az ət qoyuruq.



Birini əlimizə alıb kvadratı uç-uca sonra isə yanlarını birləşdiririk.



Bu şəkildə iki yuxanın ikisini də yayıb kəsib bükürük. Düşbərələri bükdükdə zövqə görə un vura bilərsiniz. Un vurduqda suyu bulanıq və qatı olur.



Soğanın qabığını soyub xırda doğrayırıq.Yağ və duz əlavə edib qızılı rəngdə olanadə qovururuq. Sonra pamidor mətini töküb 2-3 dəqiqə yenə qovururuq.



Su əlavə edirik. Duz tökürük.



Su qaynamağa başlayanda bükdüyümüz düşbərələri töküb qarışdırırıq.



Düşbərələr 5-10 dəqiqəyə bişib hazır olacaq. Hazır olana yaxın üstünə zövqə görə duz və istiotunu əlavə edirik.Üstünə nanə qurusu ya da keşniş doğrayıb tökürük.



Zövqə görə düşbərəni süfrəyə verəndə yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır.)



Nuş olsun!
resept.az

Mar 11, 2014

Özbək düşbərəsi - Çuçvara


Tərkibi: 
iç: 
500 q qoyun əti 
250 q quyruq 
350 q baş soğan 
keşniş toxumu
qara istiot
zirə
keşniş, reyhan, nanə (istəyə görə) qurusu

xəmir:
5 yumurta
1 st. su
duz
700-1000 q un (artıq da ola bilər)

İç üçün olan ərzağı qarışdırın. Bunu artırıb-azalda da bilərsiniz. Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da bol olmalıdır. 



Duz, yumurta, su və undan xəmir yoğurun. Xəmir bərk olmalıdır. Qida plyonkasına bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə də ətləyin. 

Nazik yayın. 



Tərəfi 2,5 sm olan kvadratlara bölün. 



İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün. Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır. Ən yaxşısı - köməkli bükməkdir. 



Bükmək də asandır. Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi).  



Qıraqlarını bərkidin. 



Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin. Hazırdır. 



Sous: 

Soussuz özbək düşbərəsi düşbərə olmaz ki… 

Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin. 
Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib bişirin (pomidor yoxdursa, tomat pastası və sudan istifadə edin). 



Şirin bibəri (istəyən çili də əlavə edə bilər) doğrayıb əlavə edin. Kərəviz, göyərti qurusu da qatın. Özbəklər "cambul" adlı göyərtidən istifadə edirlər. Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar. Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun. 



Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz. Yoxdur? Eybi yox. Qazanı su ilə doldurub ocağın üstə qoyun. Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz  əlavə edin. Qaynara düşəndə düşbərəni salın. 



Əvvəlcə kasalara sous çəkin.



Sonra düşbərələri qoyun. 



Düşbərənin bişdiyi bulyondan əlavə edin. 



Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərti səpin. 



Nuş olsun! 

Milli.Az

Ən çox oxunulan