Aug 22, 2014

Qırmızı bibər dolması


Ucuz ADSL modemlər burada

Lazım olan ərzaqlar:
  • 2 dənə kök,
  • 6 dənə qırmızı bibər,
  • 4 dənə  incə badımcan,
  • 2 dənə yaşıl soğan,
  • Duru yağ,
  • Duz,
Hazırlanması:
  • Badımcanları gözəlcə yuyun.
  • Qabıqlarını alacalı soyun.
  • Sonra küp-küp doğrayın.
  • Kökləri də soyub yuyun.
  • Onları da küp-küp doğrayın.
  • Bir tavaya duru yağ qoyun.
  • Yağın qızmasını gözləyin.
  • Kök və badımcanları yağın içinə qoyub qızardın.
  • Qızartdığınız kök və badımcanları geniş bir tavaya alıb üzərinə duz səpin.
  • Qırmızı bibərləri fırın torbasına qoyub üzərini bir-iki yerdən çəngəllə deşib fırına verin.
  • Bibərlər belə olanda  asan soyula bilir.
  • Hər iki tərəfini közləyin.
  • Közlənən bibərləri bir siniyə alın və soyumağa qoyun.
  • Soyuyan bibərləri diqqətli bir şəkildə soyun.
  • Soyulan bibərləri uzununa kəsin.
  • Yaşıl soğanın yarpaqlarını kəsin.
  • Soğanın ağ hissəsini incə şəkildə doğrayın və badımcanın içinə qatın.
  • Kəsilən bibərlərin uc hissəsinə hazırladığınız qızartmadan qoyub bükün.
  • Bükülən bibərləri yaşıl soğan yarpağı ilə bağlayın.
  • Sarıdığınız bibərləri servis tabağına düzərək servis edə bilərsiniz.
  • İstəyə görə yanına sarımsaqlı qatıq qoya bilərsiniz.
  • Qızartmanın içinə çəkilmiş qoz da qoya bilərsiniz.

Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan