Aug 22, 2014

Ərik dolması


Lazım olanlar:
  • Ərik,
  • 2-3 şorba qaşığı şəkər,
  • 2 stəkan su,
  • Kremi üçün:
  • 2 yemək qaşığı un,
  • 3 yemək qaşığı şəkər,
  • 2 stəkan süd,
  • 1 paket toz krem şanti,
  • Bəzəmək üçün:
  • Fındıq içi

Hazırlanma qaydası:

  • Ərikləri bir qazana yığın.
  • Üzərinə şəkər və suyu əlavə edib 8-10 dəqiqə bişirin.
  • Ocaqdan alıb qazandan çıxardın.
  • Ayrı bir qazanda un, şəkər və südü alıb çırpma teli ilə çırpıb kremi bişirin.
  • Ocaqdan düşürdün və soyudun.
  • Soyuyan kremin üzərinə krem şantini əlavə edib mikserlə möhkəm çırpın.
  • Ərik azdırsa krem şantinin yarısını istifadə edin.
  • Daha sonra əriklərin içini açıb 1 şirniyyat qaşığı krem doldurun və kremli yerlərini fındıq içinə batırıb servis sinisinə yığaraq  servis edin.
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan