Aug 22, 2014

Badımcan çığırtması

LAZIM OLANLAR:
Hər payına
  • 250 q badımcan,
  • 50 q baş soğan,
  • 25 q yağ,
  • 2 ədəd yumurta,
  • 15 q cəfəri,
  • istiot və duz.
Hazırlanma qaydası:
Badımcanın qabığı soyulub uzunsov doğranır, duz vurulru, acı suyu sıxılıb çıxardılır. Soğan qatılıb yağda qızardılır. Hamısı birlikdə tavanın içinə qoyulub üstünə çalınmış yumurta tökülür və duxovkada bişirilir. Süfrəyə verilən zaman bunun üstünə yağ tökülür və göyərti səpilir.
Qeyd: Badımcan çığırtmasının hər payına 75 q pomidor da əlavə edilə bilər.

0 comments:

Post a Comment

Ən çox oxunulan