Aug 22, 2014

Umac

LAZIM OLANLAR:
Hər payına:
  • 50 q un,
  • 20 q ərinmiş yağ,
  • 40 q yumurta,
  • 18 q baş soğan,
  • 1 q nanə qurusu,
  • 0,05 q zəfəran
  • duz.
Çox zaman pəhriz xörəyi kimi təqdim edilir. Bu xörək, adətən az miqdarda bişirilir və hazır olan kimi süfrəyə verilir. 

Qabaqca un ələnir və azacıq duzlu suda yumurta açılıb unun üstünə çilənir. Un tumurcuqları əmələ gəlir. Baş soğan soyulub narın halda doğranıb yağda qızardılır, bulyonda yaxud suda qaynadılır. Hazırlanmış umac qaynar bulyona tökülür. Arasıkəsilmədən qarışdırılır. Süfrəyə verilən zaman umaca zəfəran şirəsi vurulur və üstünə nanə qurusu səpilir.
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan