Aug 21, 2014

Lülə kabab

Tərkibi:
Hər pay üçün
  • 300 q qoyun əti,
  • 20 q quyruq yağı,
  • 40 q göy soğan,
  • 15 q reyhan və cəfəri,
  • 45 q un,
  • 5 q duz.
Qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır və soğanla birlikdə ətçəkəndən keçirilir. Qiyməyə duz və istiot vurulub suvaşqan kütlə əmələ gəlincə ciddi qarışdırılır. Bundan sonra qiymə 20 dəqiqə soyuq yerdə saxlanılır və yastı formalı sardelka şəklində 1,4 sm enində 45 qramlıq çəkidə hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır. Manqalda odsuz kömür üzərinda qızardılır.
Lavaş hazırlamaq üçün un ələnir, içinə su və duz qatılıb bərk xəmir yoğrulur və dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır. Lavaş yağsız hər iki üzü tavada bişirilir.
Lüləkabab süfrəyə veriləndə lavaşın içinə qoyulur və bunun yanına halqavarı doğranıx soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.
Kateqoriyalar: ,

0 comments:

Post a Comment

Ən çox oxunulan