Aug 21, 2014

Tikə kababı

Tərkibi:
  • 350 q qoyun əti,
  • 60 q baş soğan,
  • 40 q göy soğan,
  • 10 q cəfəri və reynan,
  • 3 q sumaq yaxud 5 q narşərab
  • istiot,
  • duz.
Qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır. Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kümür üzərində qızardılır. Ət şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir. Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir. Şişlər arabir çevrilməlidir.
Tikə kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə verilməlidir. Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir. Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur. Yay zamanı tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor əlavə edilir.
Kateqoriyalar: ,

0 comments:

Post a Comment

Ən çox oxunulan