Tələb olunan ərzaqlar:
pizza üçün xəmir - 250 qr.
tomat sousu - 1 fincan
mosarella pendiri - 1,5 fincan
salyami - 9 dilim
vetçina - 7 dilim
yumurta - 1 ədəd
kəklikotu
pizza üçün xəmir - 250 qr.
tomat sousu - 1 fincan
mosarella pendiri - 1,5 fincan
salyami - 9 dilim
vetçina - 7 dilim
yumurta - 1 ədəd
kəklikotu
xəmir üçün:
ilıq su - 1 fincan
quru maya - 2-1\4 ç.q.
bal və ya şəkər tozu - 1 x.q.
duz - 2 ç.q.
bitki yağı - 2 x.q.
un - 3 fincan
ilıq su - 1 fincan
quru maya - 2-1\4 ç.q.
bal və ya şəkər tozu - 1 x.q.
duz - 2 ç.q.
bitki yağı - 2 x.q.
un - 3 fincan
Hazırlanma qaydası:
Xəmir hazırlamaq üçün 1 stəkan ilıq suyu maya və 1 ç.q. şəkər tozu ilə qarışdırın. Bu qatışığa 2 ç.q. duz və 1 x.q. zeytun yağı əlavə edin. Xəmiri 15-20 dəqiqə yoğurun, sonra azca bitki yağı olan qaba qoyub üzərini dəsmalla örtün, bir saat və ya saat yarım acıdın. Acımış xəmiri iki hissəyə bölun, bir hissəsini 25x40 sm ölçüdə yayın. Qıraqlardan 6-7 sm yer buraxaraq tomat sousunu xəmirə yayın. Sousun üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, vetçina və salyami dilimlərini düzün. Yumurtanı çalıb boş yerlərə çəkin. Xəmirin uclarını bükün, rulet formasında büküb formaya qoyun. Ruletin üzərinə çalınmış yumurta çəkin, sürtgəcdən keçirilmiş pendir səpib hər 4-5 sm-dən bir eninə kəsiklər edin. Sonda üzərinə qurudulmuş cəfəri və ya kəklikotu səpin. Strombol 250-240*C-də 10-12 dəqiqə ərzində bişir.
tasty.az