Showing posts with label Şirniyyatlar. Show all posts
Showing posts with label Şirniyyatlar. Show all posts

Aug 22, 2014

Ekler

Lazım olanlar:
Xəmir üçün:
  • 6 yumurta,
  • 2 stəkan un,
  • 125 q marqarin,
  • 1 çay qaşığı şəkər,
  • 1,5 su stəkanı su,
  • duz,
Krem üçün:
  • Yarım litrə süd,
  • 1 yumurta,
  • 3 yemək qaşığı nişasta,
  • 3 yemək qaşığı un,
  • 50 q marqarin,
  • Yarım stəkan şəkər,
Sos üçün:
  • 1 paket qaymaq,
  • 200 q bitter şokolad,

Hazırlanması:
  • 1 stəkan suyu qazana qoyun.
  • Marqarin,şəkər və duz əlavə edin.
  • Orta atəşdə qaynadın.
  • 2 su stəkanı unu əlavə edin.
  • Yaxşıca qarışdırın.
  • Xəmir qazanın dibinə yapışana qədər bişirin.
  • Xəmiri soyumağa qoyun.
  • Soyuyan xəmiri mikser qabına alın.
  • Yumurtaları tək-tək qırın.
  • Hər yumurtadan sonra yavaş sürətlə mikserdə çırpın.
  • Son yumurtanı da çırpdıqdan sonra xəmir krema şəklində olacaqdır.
  • Eklerin xəmiri hazırdır.
  • Xəmiri sıxma torbasına alın.
  • Uzun çubuklar halında siniyə düzün.
  • Xəmir bitincə bu işləmi davam edin.
  • Ekleri 180 dərəcə qızdırılmış fırında 20-25 dəqiqə bişirin.
  • Iç kremasını hazırlamaq üçün:
  • 1 yumurta,
  • 3 yemək qaşığı nişasta,
  •  3 yemək qaşığı un,
  • yarım stəkan şəkər tozunu qoyun.
  • Yarım litr südü yavaş-yavaş əlavə edin.
  • Unun topalanmaması üçün davamlı qarışdırın.
  • 50 q marqarin əlavə edin.
  • Qazanı ocağa qoyun.
  • Orta atəşdə, göz-göz olana qədər bişirin.
  • Ardından iç kremanızı soyumağa qoyun.
  • Şokoladlı sosun hazırlanması:
  • Duru kremi başqa bir qazana qoyun.
  • Orta atəşdə qaynayana qədər bişirin.
  • Krem qaynadığında ocağı söndürün.
  • 200 q bitter şokoladı kremə qatın.
  • Şokoladlar əriyənə qədər qarışdırın.
  • Şokolad sosunuz hazırdır.
  • Otaq temperaturunu alana qədər sosu soyudun
  • Ekler tortunun hazırlanması:
  • Ekleri bıçaqla ikiyə bölün.
  • Hazırladığınız iç kremasını sıxma torbasına yığın. İkiyə ayırdığınız eklerlərin alt hissələrinin üzərinə sıxın.
  • Eklerin üst parçasını qapadın.
  • Ekler tortunun yalnız üst hissəsini şokoladlı sosa batırın.
  • Eklerin üzərinə antep fıstığı səpib servis edin.


Ucuz ADSL modemlər burada

Jul 10, 2014

Vyana üsulu şokoladlı sable

Tərkibi: 

260 q un
30 q kakao
250 q kərə yağı
100 q şəkər pudrası
2 yumurtanın ağı

Sobanı 180 dərəcə qızdırın. Siniyə perqament döşəyin. 

Unu kakao ilə birlikdə ələyin. 

İri qabda otaq temperaturunda olan kərə yağını şəkər tozu ilə həcmi artanadək çalın. 

Başqa qabda yumurta ağlarını bir çimdik duzla çalın.

Yağ qarışığını unla birliəşdirin. Tam qarışandan sonra çalınmış yumurta ağlarını ehtiyatla xəmirə əlavə edin. 

Xəmiri qənnadı torbasına doldurub dalğavari peçenyelər sıxın. 

Sobada 10-12 dəqiqə bişirin. Sobadan çıxarandan sonra 10 dəqiqə əl vurmayın, çox kövrək olur, dağıla bilər. Sonra şəbəkənin üzərində tam soyudun. 

Ağzıbağlı qutuda belə peçenye təxminən 1 həftə qalır.

Nuş olsun! 

milli.az

Mar 31, 2014

Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)



Novruz bayramı uzaq Əfqanıstanda da maraqlı qeyd edilir. Araşdırıb öyrəndim ki, bu bayramda əfqanlar ənənəvi olaraq kulche birinje (düyü qurabiyəsi) adlandırdıqları qurabiyə bişirirlər. Adından məlum olduğu kimi, bu qurabiyələr  buğda unundan deyil, düyü unundan hazırlanır. İçinə püstə və hil də əlavə olunur. Bu qurabiyələr olduqca zərif olur. Aşağıda təqdim etdiyim resept inglis dilində əfqan mətbəxinə aid olan internet səhifəsində gördüyüm resept əsasındadır.  Nuş olsun!


Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)
22 ədəd qurabiyə üçün
Ərzaqlar:
170 qram kərə yağı – otaq hərarətində yumuşaldılmış
150 qram şəkər tozu
2 yumurtanın ağı
290 qram düyü unu
Yarım çay qaşığı döyülmüş hil
3 xörək qaşığı iri-iri doğranmış püstə
Bir ovuc qabığı soyulmuş püstə (bəzək üçün)
Hazırlama Qaydası:

Yağ və şəkəri mikserlə kütlənin rəngi açılanadək bir neçə dəqiqə çalın. Yumurta ağlarını əlavə edib, kütlə hamarlaşanadək təxminən bir dəqiqə də çalın.

Düyü unu, püstə və hili də əlavə edib kütləni qarışdırın.

Yumuşaq amma ələ yapışmayan xəmir əldə etməlisiniz. Xəmir əlinizə yapışırsa, bir az da düyü unu əlavə edin.

Sobanı 175Cdək qızdırın.
Listin dibinə perqament kağızı sərin. Alınan xəmirdən xörək qaşığı qədər almaqla, əlinizdə yumrulayıb listə düzün. Ovcunuzla üstlərinə basıb bir az yastıladın (çox yastı olmamaq şərtilə).


Qurabiyələrin səthinə çəngəllə naxış vurub, ortasına püstə qoyun.

Sobanın orta gözündə 13 dəqiqə və yaxud qurabiyələrin altı lap az qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır.
www.azcookbook.com

Mar 26, 2014

Kivili "Rafaello"

Tərkibi: 
150 q kokos yonqarı
3 kivi
3 x.q. bal

üzərinə: kokos yonqarı

Kivilərin qabığını soyub iki bölün, blenderə qoyub bal və kokos yonqarı əlavə edib eynicinsli kütlə alınanadək çalın. 

Alınan kütlədən qoz boyda kürəciklər düzəldin. Kokos yonqarına batırın. 

Süfrəyə verməzdən əvvəl bir neçə saat soyuducuda saxlayın. 

Nuş olsun!

Milli.Az 

Mar 17, 2014

Üçqulaq paxlava

Azərbaycanda paxlavanın müxtəlif növləri var - Bakı, Şəki, Gəncə, riştə… Adətən, paxlavanı romb kimi kəsirlər. Qəbələ paxlavasını isə kəsmək lazım deyil, bir-iki dişləmə bitir. Üçbucaq formasında hazırlandığından elə adına da "üçqulaq" deyirlər.

Tərkibi: 
xəmir: 
un 
duz
su
 
iç: 
qoz 
şəkər tozu

qızartmaq üçün: 
ərinmiş kərə yağı 


Qozu maşından keçirin, şəkər tozu qatın. 

Un, duz, sudan adi xəmir yoğurun. Qəzet kimi napnazik yayın. Alınmırsa, hazır filo xəmirindən istifadə edin (qat-qat xəmir yox a!). 

Xəmiri şəridlərə bölün. Üzərinə plyonka çəkin, yoxsa quruyar, bükə bilməzsiniz.

Bir şəridi götürüb bir qırağını üçbucaq formasında qatlayın.





İç qoyub xəmirin qırağını sıxın.



Sonra şəridin qalanını bunun ətrafında elə qatlayın ki, üçbucağın hər tərəfində ən azı üç qat xəmir olsun. Bundan sonra şəriddən artıq qalırsa, bıçaqla kəsin. 

Barmağınızı isladıb şəridin açıq qalan tərəfini "üçbucağa" yapışdırın. 




Bu qayda ilə xəmirdən üçqulaqlar hazırlayın. Bunu bişirməmiş də paketə qoyub soyuducuda  bir neçə gün saxlaya bilərsiniz. Qonaq gəldi - tezcə hazırlayıb isti-isti süfrəyə vermək olar.








Ərinmiş kərə yağında üçqulaqları qızardıb süfrəyə verirlər. Onun dadı elə isti olanda çox qəşəngdir


 



Nuş olsun! 

Milli.Az

Mar 16, 2014

Bakı qurabiyəsi



Tərkibi: 


600 q un 
350 q kərə yağı
1 yumurtanın ağı
30 q alma və ya ərik püresi
30 q şəkər tozu
duz

Kərə yağını şəkər tozu ilə çalın, yumurta ağını və ələnmiş unu əlavə edib qarışdırın. 

Xəmiri konditer torbasına qoyub quru siniyə çobanyastığı forması verən ucluqdan istifadə etməklə qurabiyələr salın. Hər birinin ortasına əvvəlcədən qızdırılmış püre qoyun. 

250 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. 

Nuş olsun! 
Milli.Az

Mar 14, 2014

"Kirpi" pirojnaları


Tərkibi: 
700 q peçenye
2 banka qatılaşdırılmış süd
150 q şəkər pudrası
3-4 x.q. kakao
250 q kərə yağı
4 x.q. xaş-xaş 
100 q təmizlənmiş günəbaxan tumu
bir neçə quru zirinc 

Adi peçenye çox uşağın elə də xoşuna gəlmir. Ancaq ondan kirpi düzəltsəniz, zənnimcə, yox deməzlər. 

Peçenyeni xırdalayın. Bir ləyənə yığın. Şəkər tozu və kakao ilə qarışdırın. Qatılaşdırılmış süd, yumşaldılmış yağ əlavə edib əlinizlə yaxşıca yoğurun. 

Alınan qarışıqdan kündələr tutun, bir ucunu azca dartıb uzadın, "kirpi"nin "burnu" olsun. "Kirpi"lərin "sifət" hissələrini əlinizlə tutub qalan yerlərini xaş-xaşa batırın. 

"Gözlərini" və "burnunu" qurudulmuş zirincdən düzəldin (bunun əvəzinə şokoladdan da istifadə edə bilərsiniz). Sonra günəbaxan tumlarından "tikan" düzəldin. Düzdür, vaxtınız gedəcək, amma dəyər. 

Nuş olsun!


Milli.Az

Naxçıvan çöçəsi







Tərkibi: 

xəmir:
1 kq un 
350 q yağ 
2 yumurta
2 ç.q. quru maya
2 ç.q. şəkər tozu
1 ç.q. duz
1,5 st. süd 

iç: 
450 q qoz 
2 baş soğan 
duz
istiot 
sarıkök

üzərinə: 
1 yumurta

Yarım stəkan ilıq süddə 2 ç.q. şəkər tozu və mayanı qarışdırın. 15 dəqiqə saxlayın.  

Yağı əridib soyudun. Una duz, yağ, yumurta, süddə əritdiyiniz mayanı və südün qalanını əlavə edərək xəmir yoğurun. Lazım gələrsə, südün miqdarını bir az artıra bilərsiniz. Xəmir çox bərk olmasın. Üzərinə dəsmal çəkib isti yerdə 2 saat saxlayın.  

İç: soğanları xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun, sonda sarıkök vurun. Qozu maşından keçirin, duz, istiot və qovrulmuş soğanla qarışdırın. 

Gəlmiş xəmirdən 50 qramlıq kündələr tutun. Sonra ilk tutduğunuz kündədən başlayaraq yastılayın, 1 x.q. iç qoyub qatlayın, qırağını şəkərbura kimi bükün. 

Siniyə perqament döşəyin. Çöçələri aralı olmaqla düzün, hərəsinin bir neçə yerindən çəngəl batırın (dibinə qədər). Üzərinə yumurta çəkib 200 dərəcə qızdırılmış sobaya qoyun. Üzəri qızaranadək bişirin. 

Nuş olsun!
milli.az

Mar 13, 2014

Ev şəraitində marmeladın hazırlanması



Ev şəraitində marmeladın hazırlanması reseptini sizlərlə paylaşıram.
Bu reseptlə hazırlanmış marmeladı ürəklə uşaqlarınıza da verə bilərsiniz.  
Çünki tərkibində heç bir zərərli qatqı yoxdur.

Lazım olan ərzaqlar:
— 120 ml su
— 400 qr. şəkər tozu
— 1 paçka jelatin 
— 60 ml qaynanmış soyuq su
— 3-4 limonun şirəsi
— Azacıq şəkər  tozu bəzək üçün
Hazırlanması:

3 iri limon götürülür, qabığı sürtgəcdən keçirilir.
Jelatin kristallarının üstünə 60 ml soyuq qaynanmış su tökülür və 5-10 dəqiqə  isladılır.
400 qr. şəkər tozunun üzərinə 120 ml su tökülüb qaynamağa qoyulur və sirop hazırlanır. Siropun altı  söndürülür və  islanmış jelatin siropa əlavə edilir.
 Limon şirəsi əlavə edilir və sirop süzülür. Süzülmüş ətirli sirop formaya tökülür, qapaqla örtülüb, 2 saatlığa  soyuducuya qoyulur.
Hazır marmelad kubik formasında kəsilir və şəkər tozunda fırladılır.

Nuş olsun!

Mar 10, 2014

Soçi paxlavası


Tərkibi: 
xəmir:
3 st. un 
200 q otaq temperaturunda yağ 
200 q xama
3 yumurtanın sarısı
0,5 ç.q. soda
1/4 ç.q. duz

iç: 
2 st. qoz (500 q)
darçın 
5-6 ədəd hil 
3 ədəd mixək 
4 yumurtanın ağı 
1 çimdik duz
300 q şəkər tozu
vanil

üzərinə:
1 yumurta


Yumurtaların ağını sarısından ayırın. 

Xamaya soda və duz qatıb qarışdırın. Həcmi artacaq. 

Kərə yağını sürtgəcdən keçirib unla ovun. Yumurta sarılarını əlavə edib yenə ovun, sodalı xamanı əlavə edib xəmir yoğurun. 

Xəmiri 3 yerə bölün, kündələyin. Bir qaba qoyub ağzını örtün, soyuducuda 30-40 dəqiqə saxlayın. 

İç: 

Qozu ət maşınından keçirin, 150 q şəkər tozu əlavə edib qarışdırın. 

Darçın, hil və mixəyi qəhvəüyüdəndə üyüdün, ələyib qoza əlavə edin. 

Yumurta ağına 1 çimdik duz və 150 q şəkər tozu əlavə edib çəngəllə çalın. Sonra qozlu qarışığı buraya əlavə edib yaxşıca qarışdırın, iki yerə bölün. 

30x20 sm ölçülü teflon örtüklü metal formaya perqament döşəyin.

Soyuducudan kündələrin birini çıxarın. Yastılayıb urfasız (un vurmadan), formanın ölçüsündə yayın. Sonra zərf kimi qatlayın və formanın içinə qoyun.

Hamarlayın, için yarısını üstünə bərabər qaydada yayın. 
Soyuducudan ikinci kündəni çıxarın, əməliyyatı təkrarlayın (yayın, formadakı için üstünə qoyun, için qalanını üstünə döşəyib yayın). Üçüncü kündəni yayıb sonuncu layın üstünə çəkin. Formanın üzərinə dəsmal çəkib soyuducuda yarım saat saxlayın.

Sobanı 200 dərəcə C qızdırın. 

Paxlavanı soyuducudan çıxarın, tərəfi 5 sm olan kvadratlara bölün, üzərinə yumurta sarısı çəkin, sobada 15 dəqiqə bişirin. Sonra dərəcəni 180-ə endirib daha 30 dəqiqə bişirin.  

Paxlavanı sobadan çıxarıb soyudun.  

Böyütmək üçün şəkillərə klikləyin.




Kişmişli Soçi piroqu 
Tərkibi (iki sini üçün): 

xəmir: 
3 st. un 
300 q kərə yağı
300 q xama

iç: 
6 yumurtanın ağı 
2 st. şəkər tozu
300 q qoz 
1 st. kişmiş 

üzərinə: 
1 yumurtanın sarısı
fındıq 

30 sm diametrli forma

  
Qozu ət maşınından keçirin, kişmişi yuyub qurudun. 

Xəmir: unu ələyin, kərə yağını üstünə qoyub bıçaqla xırdalayın. 

Sonra bu ovuntuğu ləyənə qoyun, xama əlavə edib yoğurun, kündələyin. Soyuducuya qoyun. 

İç: 

Yumurta ağlarını tədricən şəkər tozu əlavə edərək çalın. Qozu və kişmişi əlavə edib qarışdırın. 

Bir sini üçün 3 kündə götürün. Formanın ölçüsü boyda yayın, birinci və ikinci layların üstünə iç qoyun, üçüncü lay xəmirlə piroqun üstünü örtün. 

Kənarlarını barmaqlarınızla basdırın. Ya paxlava, ya da dördbucaq formasında kəsin. Üzərinə yumurta sarısı çəkin, fındıq basın. 

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. 

(1 sini paxlava bişirmək istəyirsinizsə, ərzağı ikiyə bölün). 

Böyütmək üçün şəkillərə klikləyin.



Nuş olsun! 

Milli.Az

Ən çox oxunulan