Showing posts with label Kabablar. Show all posts
Showing posts with label Kabablar. Show all posts

Aug 22, 2014

Cücə kababı

LAZIM OLANLAR:
Hər pay üçün:
  • 287 q cücə,
  • 10 q xama,
  • 15 q limon yaxud 25 q narşərab,
  • 30 q baş soğan,
  • 25 q keşniş və cəfəri,
  • istiot
  • duz.
Hazırlanma qaydası:
İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır, xama ilə isladılır və manqalda közərmiş kömür üzərində qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur və yanına qarnir yerində halqavarı doğranmış baş soğan düzülür. Ayrıca da süfrəyə narşərab verilir yaxud xörəyin üstünə limon dilimi qoyulur.

Aug 21, 2014

Tikə kababı

Tərkibi:
  • 350 q qoyun əti,
  • 60 q baş soğan,
  • 40 q göy soğan,
  • 10 q cəfəri və reynan,
  • 3 q sumaq yaxud 5 q narşərab
  • istiot,
  • duz.
Qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır. Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kümür üzərində qızardılır. Ət şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir. Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir. Şişlər arabir çevrilməlidir.
Tikə kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə verilməlidir. Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir. Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur. Yay zamanı tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor əlavə edilir.

Qaraciyər kababı

Tərkibi:
Hər pay üçün:
  • 230 q qoyun qara ciyəri,
  • 3 q sumaq,
  • duz.
Qara ciyər pərdələrdən azad edilib 30-40 qramlıq kub formalı tikəciklərv, eyni zamanda da qoyun quyruğu 10 qramlık tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.

Lülə kabab

Tərkibi:
Hər pay üçün
  • 300 q qoyun əti,
  • 20 q quyruq yağı,
  • 40 q göy soğan,
  • 15 q reyhan və cəfəri,
  • 45 q un,
  • 5 q duz.
Qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır və soğanla birlikdə ətçəkəndən keçirilir. Qiyməyə duz və istiot vurulub suvaşqan kütlə əmələ gəlincə ciddi qarışdırılır. Bundan sonra qiymə 20 dəqiqə soyuq yerdə saxlanılır və yastı formalı sardelka şəklində 1,4 sm enində 45 qramlıq çəkidə hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır. Manqalda odsuz kömür üzərinda qızardılır.
Lavaş hazırlamaq üçün un ələnir, içinə su və duz qatılıb bərk xəmir yoğrulur və dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır. Lavaş yağsız hər iki üzü tavada bişirilir.
Lüləkabab süfrəyə veriləndə lavaşın içinə qoyulur və bunun yanına halqavarı doğranıx soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.

Ən çox oxunulan