Jul 21, 2014

Portağallı-şokoladlı keks


100 q kərə yağı
180 q şəkər tozu
2 yumurta
2 orta boy portağal
250 q un
0,5 ç.q. qabartma tozu
0,25 ç.q. duz
0,25 ç.q. soda
60 ml portağal şirəsi
100 q xama və ya qatıq
100 q şokolad

qanaş:


120 q şokolad
50 ml yağlı qaymaq (30% və daha yağlı)



Hər iki portağalın qabığını sürtgcəin xırda gözündən keçirin (ağ hissəyə keçməyin). Portağallardan 60 ml şirə sıxın.



Otaq temperaturunda olan yağı şəkər tozu və portağal sedrası ilə çalın. Çalmağı dayandırmadan bir-bir yumurtaları əlavə edin.



Duz, soda və qabartma tozu ilə birlikdə ələnmiş unun yarısını əlavə edib qarışdırın. Xama və portağal şirəsi əlavə edib qarışdırın. Unun qalanını əlavə edib eynicinsli xəmir yoğurun.



Xəmir əlavə edəcəyiniz şokoladı bıçaqla xırdalayın (ovuntuq).



Xəmirə əlavə edib qarışdırın.



Xəmiri yağlanmış formaya töküb 180 dərəcə qızdırılmış sobada təxminən 50-60 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Hazır keksi soyudun.

Qanaş: şokoladı xırda doğrayıb üzərinə qızdırılmış qaymağı (qaymağı qaynara düşənədək qızdırın, amma qaynamağa qoymayın) əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın.



Qanaşı keksin üzərinə tökün, soyuyandan sonra doğrayıb süfrəyə verin.



Nuş olsun!

Milli.Az 
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan