Tərkibi:
- 1 kq balıq,
- 1 şirniyyat qaşığı rəndələnmiş limon qabığı,
- 1 çay qaşığı duz,
- 1 çay qaşığı istiot,
- 2 limonun suyu,
- 2 şorba qaşığı zeytun yağı
- 3 soğan,
- 6 qabığı soyulmuş pomidor,
- 2 kereviz saplağı,
- 500 q kartof,
- 5 stəkan balıq suyu,yaxud da su,
- 2 qaşıq cəfəri,
- 2 şirniyyat qaşığı kəklikotu,
- 4-5 dilim çörək,
Hazırlanması:
- Təmizlənmiş balıqları böyük bir qaba yerləşdirin.
- Üzərinə limon qabığı rəndəsi, duz,
- Istiot səpdikdən sonra , limon suyunu və zeytun yağını da əlavə edərək bir tərəfə qoyun.
- Soğanları incə-incə doğrayın.pomidorların qabığını soyub incə-incə doğrayın.
- Kerevizləri də yuyub incədoğrayın.
- Kartofları soyub küp-küp doğrayın.
- Sonra soğanı, pomidoru, kərəvizi, kartof və balıq suyunu, yaxud da suyu bir qazana qoyub yüksək atəşdə qaynadın.
- Qaynamağa başlayıncavatəşi azaldaraq 30 dəqiqə kartoflar bişənə qədər bişirin.
- Balıq qarışıqlı ərzaqları qazana yığın.
- Cəfəri və kəklik otunu da qataraq 15-20 dəqiqə balıq qılçıqlardan ayrılana qədər bişirin.
- Şorba kasalarına dilimlənmiş çörəkləri əlavə edin.
- Balıqları kəfkir vasitəsi ilı qazandan alaraq qılçıqlarını ayırıb çörəklərin üzərinə əlavə edin.
- Üzərinə şorbanı əlavə edin.
0 comments:
Post a Comment