Lazım olan ərzaqlar:
- 5 orta boy kök,
- 5 orta boy kartaf,
- 5 yumurta sarısı,
- 4-5 dənə toyuq budu(balıq, yaxud ət),
- 250 q mayonez,
- 250 q smetan,
- Bir parça holland pendiri,
Hazırlanma qaydası:
- Kartofların qabıqlarını soyub iri-iri doğrayın.
- Qazana qoyub üzərinə isti su əlavə edib 10-15 dəqiqə bişirin.
- Bir süzgəcin içinə qoyub süzün.
- Kökü iri –iri rəndələyərək üzərinə isti su əlavə edərək kartof kimi bişirib süzün.
- Toyuğu da bişirin.
- Əvvəlcə didin, sonra robortdan keçirdin.
- Yumurtanı bişirib soyun.
- Sarılarını çəngəllə möhkəm əzin.
- Smetanla mayonezi möhkəm qarışdırın.
- Salatı hazırlayacağımız qabın alt qisminə əzilmiş kartof yayın.
- Duz və istiot səpilib üzərindən möhkəm basın.
- Mayonezli smetanı sürtün.
- Əzilmiş toyuğu yayın.
- Mayonez sürtün.
- Yumurta yayın.
- Mayonez sürtün.
- Kök yayın.
- Mayonez sürtün.
- Ən üztə mayonez sürtüb üzərini qapadın.
- Bir gecə soyuducuda saxlayın.
- Servis etməzdən əvvəl holland pendirini rəndənin incə gözündən rəndələyib üzərinə gəzdirin.
- Pendiri üzərinə yapışdırmayın havalı bir şəkildə qalsın.
- Kartof soyulan alətlə holland pendirinin kənarından soyun.
- 3-4 barmaq enində kəsərək qıvırıb içinə kök kəsib yerləşdirin.
- Cəfəri saplarından sap hazırlayın.
1001Dad
Ucuz ADSL modemlər burada
0 comments:
Post a Comment