Lazım olanlar:
- 2 stəkan süd,
- 1 stəkan duru yağ,
- 1 stəkan ilıq su,
- 1 yumurta ağı
- 2 yemək qaşığı şəkər,
- 1 az duz.
- 1 paket yaş maya.
- Yetərincə un.
Hazırlanma qaydası:
- Yoğurma qabına maya və ilıq su alıb mayanı əridin.
- Daha sonra digər ərzaqları sırası ilə əlavə edib yumşaq xəmir yoğurun.
- Xəmiri otaq temperaturunda 1 saat saxlayın.
- Sonra xəmirdən yumurta böyüklüyündə kündələr ayıraraq uzununa ovuc içi qədər açın.
- Xəmirin içinə ərimiş marqarin yaxın və üzərinə başqa bir xəmir qoyub təkrar marqarin yaxın.
- Iç xərcindən qoyub xəmiri rulon şəklində bükün və simit şəkli verərək uclarını birləşdirin.
- Yağlanmış siniyə yerləşdirin.
- Daha sonra üzərinə yumurta sarısı sürtüb küncüt, çörək otu səpin.
- Yarım saat dincə qoyduqdan sonra əvvəlcədən 200 dərəcə qızdırılmış fırında bişirin.