- 2 dənə kök,
- 6 dənə qırmızı bibər,
- 4 dənə incə badımcan,
- 2 dənə yaşıl soğan,
- Duru yağ,
- Duz,
Hazırlanması:
- Badımcanları gözəlcə yuyun.
- Qabıqlarını alacalı soyun.
- Sonra küp-küp doğrayın.
- Kökləri də soyub yuyun.
- Onları da küp-küp doğrayın.
- Bir tavaya duru yağ qoyun.
- Yağın qızmasını gözləyin.
- Kök və badımcanları yağın içinə qoyub qızardın.
- Qızartdığınız kök və badımcanları geniş bir tavaya alıb üzərinə duz səpin.
- Qırmızı bibərləri fırın torbasına qoyub üzərini bir-iki yerdən çəngəllə deşib fırına verin.
- Bibərlər belə olanda asan soyula bilir.
- Hər iki tərəfini közləyin.
- Közlənən bibərləri bir siniyə alın və soyumağa qoyun.
- Soyuyan bibərləri diqqətli bir şəkildə soyun.
- Soyulan bibərləri uzununa kəsin.
- Yaşıl soğanın yarpaqlarını kəsin.
- Soğanın ağ hissəsini incə şəkildə doğrayın və badımcanın içinə qatın.
- Kəsilən bibərlərin uc hissəsinə hazırladığınız qızartmadan qoyub bükün.
- Bükülən bibərləri yaşıl soğan yarpağı ilə bağlayın.
- Sarıdığınız bibərləri servis tabağına düzərək servis edə bilərsiniz.
- İstəyə görə yanına sarımsaqlı qatıq qoya bilərsiniz.
- Qızartmanın içinə çəkilmiş qoz da qoya bilərsiniz.