Ərzaqlar:
- 8 ədəd tortilla (kiçik lavaş)
- 400 qr. mal əti (nazik zolaqlar halında kəsilmiş)
- 1 diş sarımsaq (incə doğranmış)
- 1 ədəd orta boy soğan (incə doğranmış)
- 1 ədəd qırmızı və ya yaşıl bibər (nazik zolaqlar halında dilimlənmiş)
- (əgər varsa 1 yemək qaşığı jalapeno bibəri)
- 1 yemək qaşığı istiot
- ( əgər varsa kimyon )
- 1 yemək qaşığı limon suyu
- 2 yemək qaşığı zeytunyağı
- Duz, qara bibər.
Hazırlanması
1 yemək qaşığı zeytunyağını teflon tavaya qoyun.
Soğan, sarımsaq və bibərləri qarışdıraraq soğanların rəngi dəyişənə qədər qovurun.
Tavadan alıb bir qaba qoyun.
Tavaya 1 yemək qaşığı zeytunyağını əlavə edin.
Ətləri tavaya əlavə edin.
Çevirərək 4-5 dk. bişirin.
Oval bir qaba pişirmiş olduğunuz soğan, sarımsaq, bibərləri qoyun.
Ətləri, ədviyyatları və limon suyunu əlavə edin.
200 dərəcədə isidilmiş sobada 10 dk. qədər bişirin.
Tortillalar istilədin.
Fajitayı, tortilla və salsa souslarla birlikdə isti servis edin.
0 comments:
Post a Comment