Feb 27, 2014

Tutmaç şorbası


Tərkibi:

xəngəl:
0,5 st. su
1 yumurta
1 ç.q. duz 
aldığı qədər un 

şorba üçün: 
6 st.su
duz
2 st qatıq 
1 yumurta

üzərinə: 
1 soğan 
1 x.q. kərə yağı
nanə
pulbibər 

Xəngəl:

Dərin kasada su və yumurtanı çalın. Un və duz əlavə edib bərk xəmir yoğurun. İki yerə ayırıb üzərinə nəm dəsmal çəkin. 20 dəqiqə saxlayın. 

Sonra oxlovla yayın. 1 barmaq enində uzun şəridlərə doğrayın. Sonra bunları üst-üstə qoyub xırda üçbucaqlar kimi doğrayın. 

6 st. suyu qazanda qaynadın. Qaynara düşündə duz vurun. 1 st. xəngəli əlavə edib qaynadın. Qatıqla yumurtanı bir qabda yaxşıca çalın. Xəngəl bişəndə qatıqlı qarışığı nazik axınla əlavə edib taxta qaşıqla qarışdırın. 2 buğum qaynadıqdan sonra ocağı söndürün. 

Soğanı xırda doğrayıb kərə yağında qovurun. Nanə və pulbibər əlavə edin, qarışdırın. Şorbanın üzərinə gəzdirin, süfrəyə isti-isti verin. 

Nuş olsun!

Milli.Az
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan