Showing posts with label Ruletlər. Show all posts
Showing posts with label Ruletlər. Show all posts

Mar 26, 2014

Lobya paştetindən rulet

Tərkibi: 
400 q lobya
200 q qoz
3-4 diş sarımsaq 
duz
üyüdülmüş keşniş toxumu
qara və qırmızı istiot
150 q yumşaq kərə yağı 

Lobyanı artlayıb yuyun, bir gecə soyuq suda saxlayın. 

Sabahı gün suyu süzün, yeni su əlavə edib orta itilikdə ocaqda hazır olanadək bişirin, soyudun. 

Lobyanın qaynadığı suyun 1 stəkanını saxlayın, qalanını atın. 

Bişmiş lobyanı, qozu, sarımsağı, duzu, qara və qırmızı istiotu, keşniş toxumunu blenderdə xırdalayın. Quru alınsa, tədricən ayırdığınız lobya suyundan əlavə edin (təxminən 0,5 st. lazım olacaq). 

Masanın üstünə qida plyonkası çəkin, üzərinə lobya püresini 1 sm qalınlıqda döşəyin. Üzərinə yumşaldılmış yağ çəkin, qida plyonkasının köməyilə rulet kimi bükün, elə həmin plyonkayla birlikdə soyuducuya qoyub iki saat saxlayın.

Nuş olsun! 

Milli.Az 

Mar 13, 2014

Badımcandan hazırlanan ruletlər

Ərzaqlar:
2-3 ədəd badımcan
1/2 stəkan qoz ləpəsi
1 ədəd soğan
1-2 diş sarımsaq
şüyüd, cəfəri göyərtisi
1/4 ç.q. sirkə (9 %)
bitki yağı
duz, istiot
Hazırlanma qaydası:
Badımcanları yuyub, uzununa nazik laylarla doğrayın. Hər nazik layı ayrılıqda duzlayıb, 20-30 dəqiqə ərzində saxlayın. Sonra badımcanların suyunu sıxıb, bitki yağında hər iki tərəfindən qızardın. Sonra qızardılmış badımcanları quru salfetin üzərinə yerləşdirin ki, yağı çəkilsin.
Sonra sousu hazırlamağa başlayın.
Soğanı xırda-xırda doğrayıb, yağda qovurun. Qoz ləpəsini xırdalayın. Sarımsağı əzib, göyərtini isə xırda-xırda doğrayın. Sonra ərzaqların hamısını: qoz ləpəsi, soğan, göyərti və sarımsağı birləşdirib, qarışdırın. Üzərinə duz, istiot, sirkə və bir az qaynanmış su da əlavə edin. Sonra bütün ərzaqları blenderdən keçirib, yaxşıca qarışdırın. (Əgər hazırladığınız kütlə qatı alınıbsa, onda bir az su əlavə edin)
Qızardılmış badımcan laylarının içinə həmin hazırladığınız sousdan çəkib, rulet şəklində bükün.
Nuş olsun!

metbex.net

Kəsilmiş ruletlər

Tərkibi:
2 st ilıq süd
Maya
3 xörək qaşığı şəkər (xəmir üçün)
4 xörək qaşığı yumşaq "Wellington" kərə yağı
4 st un
1 çimdik duz
1 ədəd yumurta

İçlik üçün :
100 qr "Wellington" kərə yağı
2 xörək qaşığı darçın
1 st şəkər
1 st çəkilmiş fındıq 

Hazırlanması:
2 st süd, maya 3 xörək qaşığı şəkər qarışdırılır və 15 dəqiqə qabarması üçün gözlənilir.
Kəsilmiş ruletlər (foto resept)
Qabaran qarışığa 4 xörək qaşığı yumşalmış kərə yağı, 4 st un, duz və 1 ədəd yumurta əlavə olunub yoğrulur.
Kəsilmiş ruletlər (foto resept)
Dincəlməsi üçün xəmiri 1 saat saxlayin. Sonra unlu yerdə açın.
Kəsilmiş ruletlər (foto resept)
Xəmirin qalınlığı 1,5- 2 sm olacaq.
Kəsilmiş ruletlər (foto resept)
Açılan xəmirin üzərinə 100 qr kərə yağını vurun.
Kəsilmiş ruletlər (foto resept)
Kərə yağının üzərinə darçın və fındıq səpin. Rulet formasında bükün.
Kəsilmiş ruletlər (foto resept)
Ruletdən 2 barmaq qalınlığında dilimlər kəsilir.
Kəsilmiş ruletlər (foto resept)
Yağlanmış listə düzülən dilimlər 200 dərəcə sobada bişirilir. Bişdikdən sonra üzərinə zövqünüzə uyğun olaraq bal, yaxud qlazur tökə bilərsiniz.
Kəsilmiş ruletlər (foto resept)
Kəsilmiş ruletlər (foto resept)
Nuş olsun!
http://qadin.net/

Qiyməli Blinçik Ruletlər

Lazım olan ərzaq:

yarım litr süd 
3 ədəd yumurta 
yarım şirin qaşığı duz 
2 yemək qaşığı duru yağ 
aldığı qədər un

İçi üçün: 

1 ədəd orta boy soğan 
300 qr qiymə
duz, istiot 
Üzəri üçün rəndələnmiş holland pendiri

Hazırlanması:

Süd və yumurtanı mikserlə çalın. Duz, duru yağ əlavə edib qarışdırın. Unu da əlavə edib yaxşıca çalın. (Axıcı bir xəmir olmalıdır) 
Teplon bir tavanı yüngülcə yağlayın. Üzərinə bir çömçə xəmirdən töküb yayılması üçün tavanı yelləyin. Kənarları qızaranda blinçiki çevirin. Xəmir bitənə qədər eyni əməliyyatı davam edin. 
Bişən blinçiklərin içinə 1 yemək qaşığı qiymə qoyub rulet şəklində bükün. Bütün blinçikləri bu cür edin. Yağlanmış soba qabına yerləşdirin. Üzərinə rəndələnmiş holland pendiri səpərək sobada üzəri qızarana qədər bişirin...Nuş olsun! sharm.az


Qiyməli Blinçik Ruletlər..
Qiyməli Blinçik Ruletlər..
Qiyməli Blinçik Ruletlər..
Qiyməli Blinçik Ruletlər..
Qiyməli Blinçik Ruletlər..
Qiyməli Blinçik Ruletlər..

Feb 27, 2014

Şokoladlı-kokoslu rulet

Tərkibi: 

200 q şəkərli peçenye
1 x.q. kakao tozu
100 ml su
1 st. kokos yonqarı 
0,5 banka qatılaşdırılmış süd

Suyu qaynadıb soyudun. Şəkərli peçenyenin şokoladlısından istifadə edirsinizsə, kakao tozuna ehtiyac qalmır. Adi, şokoladlı, yaxud şahmat naxışlı peçenye yarayar. Peçenyeni həvəngdə, yaxud blenderdə xırdalayın.



 

 Kakao tozu əlavə edin

Qaynanmış suyu töküb qarışdırın. 





Xəmir kimi alınır. Onu perqament kağızının üstünə qoyub oxlovla yayın. Cırıla bilər, amma qorxusu yoxdur, bir qırağından kəsib deşiyin üstünə qoyun, yenidən yayın. 

Kvadrat, yaxud düzbucaqlı formada kəsin. 





İç: kokos yonqarını qatılaşdırılmış südlə qarışdırın.




Bu qarışığı perqament kağızının üstünə qoyun. Üstünə eyni ölçüdə daha bir perqament kağızı qoyub, oxlovla yayın.




Sonra üstdəki perqamenti ehtiyatla götürün, içi isə ehtiyatla peçenye əsaslı korjun üstünə çevirin. Azca üstündən basa-basa perqament kağızını səliqə ilə götürün. 




Korjun altındakı perqamentin köməyilə rulet kimi bükün. Perqamentə büküb soyuducuda bir qədər saxlayın. 







İti bıçaqla kəsin, kokos yonqarı ilə bəzəyin. 




Nuş olsun!


Milli.Az     
 


Ən çox oxunulan