Lazım olanlar:
- Hər payına
- 330 q qoyun əti,
- 100 q baş soğan,
- 25 q yağ,
- 10 q abqora yaxud 0,3 q limon duzu,
- 0,1 q zəfəran,
- 50 q ispanaq,
- 50 q keşniş, kəvər və şüyüd,
- duz.
Hazırlanma qaydası:
Qoyun cəmdəyinin bud yaxud bel hissəsindən 25-30 qramlıq sümüksüz tikə kəsilib duzlanır və qovrulur. Sonra bunun içinə yağda qızardılmış soğan, zəfəran şirəsi, limon duzu yaxud abqora vurulub öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış narın doğranmış göyərti, (ispanaq, kəvər, keşniş) qatılır və süfrəyə veriləndə üstünə təzə şüyüd sərpiilr.
1001dad
1001dad
0 comments:
Post a Comment