Lazım olanlar:
- Ərik,
- 2-3 şorba qaşığı şəkər,
- 2 stəkan su,
- Kremi üçün:
- 2 yemək qaşığı un,
- 3 yemək qaşığı şəkər,
- 2 stəkan süd,
- 1 paket toz krem şanti,
- Bəzəmək üçün:
- Fındıq içi
Hazırlanma qaydası:
- Ərikləri bir qazana yığın.
- Üzərinə şəkər və suyu əlavə edib 8-10 dəqiqə bişirin.
- Ocaqdan alıb qazandan çıxardın.
- Ayrı bir qazanda un, şəkər və südü alıb çırpma teli ilə çırpıb kremi bişirin.
- Ocaqdan düşürdün və soyudun.
- Soyuyan kremin üzərinə krem şantini əlavə edib mikserlə möhkəm çırpın.
- Ərik azdırsa krem şantinin yarısını istifadə edin.
- Daha sonra əriklərin içini açıb 1 şirniyyat qaşığı krem doldurun və kremli yerlərini fındıq içinə batırıb servis sinisinə yığaraq servis edin.
0 comments:
Post a Comment