Azərbaycanda
paxlavanın müxtəlif növləri var - Bakı, Şəki, Gəncə, riştə… Adətən,
paxlavanı romb kimi kəsirlər. Qəbələ paxlavasını isə kəsmək lazım deyil,
bir-iki dişləmə bitir. Üçbucaq formasında hazırlandığından elə adına da
"üçqulaq" deyirlər.
Tərkibi:
xəmir:
un
duz
su
iç:
qoz
şəkər tozu
qızartmaq üçün:
ərinmiş kərə yağı
Qozu maşından keçirin, şəkər tozu qatın.
Un, duz, sudan adi xəmir yoğurun. Qəzet kimi napnazik yayın. Alınmırsa, hazır filo xəmirindən istifadə edin (qat-qat xəmir yox a!).
Xəmiri şəridlərə bölün. Üzərinə plyonka çəkin, yoxsa quruyar, bükə bilməzsiniz.
Bir şəridi götürüb bir qırağını üçbucaq formasında qatlayın.
İç qoyub xəmirin qırağını sıxın.
Sonra şəridin qalanını bunun ətrafında elə qatlayın ki, üçbucağın hər tərəfində ən azı üç qat xəmir olsun. Bundan sonra şəriddən artıq qalırsa, bıçaqla kəsin.
Barmağınızı isladıb şəridin açıq qalan tərəfini "üçbucağa" yapışdırın.
Bu qayda ilə xəmirdən üçqulaqlar hazırlayın. Bunu bişirməmiş də paketə qoyub soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Qonaq gəldi - tezcə hazırlayıb isti-isti süfrəyə vermək olar.
Ərinmiş kərə yağında üçqulaqları qızardıb süfrəyə verirlər. Onun dadı elə isti olanda çox qəşəngdir

Nuş olsun!
Milli.Az
Milli.Az