Lazım olanlar:
- 3-4 ədəd kartof,
- 1 böyük badımcan,
- 1 böyük kabak,
- 3-4 ədəd uzunsov bibər,
- 1 quru soğan,
- 2 pomidor,
- 1 diş sarımsaq,
- Duz,
- Istiot,
Qızartmaq üçün
- duru yağ,
- Su,
Hazırlanması:
- Kabak və badımcanları alacalı soyun.
- Küp-küp dilimlıəyin.
- Bir qabın içərisində duzlu suda 10 dəqiqə saxlayın.
- Kartofları da soyub küp-küp dilimləyin və yağda qızardın.
- Bibərləri də yeməklik doğrayıb qızardın.
- Qazana yarım çay stəkanı duru yağ qoyub qızdırın.
- Soğanı incə-incə dilimləyib yağda bir az qızarana qədər qovurun.
- Daha sonra pomidorları çox incə dilimləyib qazana alın.
- Sarımsağı da əlavə edib 3-4 dəqiqə qovurduqdan sonra qızartmış olduğumuz tərəvəzləri də qazana yığın.
- Duzunu istiotunu qoyub 1 su stəkanı su əlavə edirik.
- Qapağını qapadıb 3-4 dəqiqə bişirdikdən sonra ocaqdan alıb servis edin.
0 comments:
Post a Comment