Lazım olanlar: Hər pay üçün:
- 250 q süd,
- 50 q düyü,
- 10 q kərə yağı,
- 20 q şəkər,
- 1 q darçın,
- 0,05 q zəfəran,
- duz.
Südün içinə 1:1 nisbətində su qatılıb qaynadılır. Daha öncədən yarımbişirilmiş düyü, duz vurularaq zəif odda bişirilir. Süfrvyə verilməzdən qabaq üstünə zəfəran şirəsi (2 q zəfəran 50m3 isti suda açılır), habelə darçın, kərə yağı və şəkər vurulur.