Showing posts with label Çörəklər. Show all posts
Showing posts with label Çörəklər. Show all posts

Mar 8, 2014

Qat-qat bulkanın hazırlanması



Hazırlama Vaxtı: 30 Dəqiqə
Bişirmə Vaxtı:    40 Dəqiqə

Ərzaqlar

yarım paket yaş maya
1 şirniyyat qaşığı duz
1 şirniyyat qaşığı şəkər tozu
1 stəkan maye yağ
1 stəkan ilıq süd
1 stəkan ilıq su
Lazımi qədər un (təxminən 4 stəkan)
otaq temperaturunda 50 qram kərə yağı
1 ədəd yumurta
pendir


Hazırlanması

Qaba suyu töküb mayanı əridin. Üzərinə süd, maye yağ, duz, şəkər tozu və yumurtanın ağını əlavə edib qarışdırın. Sonra üzərinə unu yavaş-yavaş tökün və yoğurun. Xəmiri 8 hissəyə bölün və hər hissəni açıb, arasına kərə yağı çəkərək, üst-üstə qoyun. Ən üstdəki xəmirin üzərinə yağ deyil, un səpib oxlovla 60 sm olanadək yayın.

Sonra xəmiri 4 hissəyə ayırın, ortasına pendir düzüb siqaret formasında bükün və yarım saat acımağa qoyun. Üzərinə yumurta sarısı çəkərək, 180 dərəcə qızdırılmış sobada bişirin.
Nuş olsun!

reseptlerim.com

Ən çox oxunulan