Showing posts with label Qurabiyələr. Show all posts
Showing posts with label Qurabiyələr. Show all posts

Mar 31, 2014

Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)



Novruz bayramı uzaq Əfqanıstanda da maraqlı qeyd edilir. Araşdırıb öyrəndim ki, bu bayramda əfqanlar ənənəvi olaraq kulche birinje (düyü qurabiyəsi) adlandırdıqları qurabiyə bişirirlər. Adından məlum olduğu kimi, bu qurabiyələr  buğda unundan deyil, düyü unundan hazırlanır. İçinə püstə və hil də əlavə olunur. Bu qurabiyələr olduqca zərif olur. Aşağıda təqdim etdiyim resept inglis dilində əfqan mətbəxinə aid olan internet səhifəsində gördüyüm resept əsasındadır.  Nuş olsun!


Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)
22 ədəd qurabiyə üçün
Ərzaqlar:
170 qram kərə yağı – otaq hərarətində yumuşaldılmış
150 qram şəkər tozu
2 yumurtanın ağı
290 qram düyü unu
Yarım çay qaşığı döyülmüş hil
3 xörək qaşığı iri-iri doğranmış püstə
Bir ovuc qabığı soyulmuş püstə (bəzək üçün)
Hazırlama Qaydası:

Yağ və şəkəri mikserlə kütlənin rəngi açılanadək bir neçə dəqiqə çalın. Yumurta ağlarını əlavə edib, kütlə hamarlaşanadək təxminən bir dəqiqə də çalın.

Düyü unu, püstə və hili də əlavə edib kütləni qarışdırın.

Yumuşaq amma ələ yapışmayan xəmir əldə etməlisiniz. Xəmir əlinizə yapışırsa, bir az da düyü unu əlavə edin.

Sobanı 175Cdək qızdırın.
Listin dibinə perqament kağızı sərin. Alınan xəmirdən xörək qaşığı qədər almaqla, əlinizdə yumrulayıb listə düzün. Ovcunuzla üstlərinə basıb bir az yastıladın (çox yastı olmamaq şərtilə).


Qurabiyələrin səthinə çəngəllə naxış vurub, ortasına püstə qoyun.

Sobanın orta gözündə 13 dəqiqə və yaxud qurabiyələrin altı lap az qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır.
www.azcookbook.com

Mar 7, 2014

Qaymaqlı qurabiyə

Tərkibi:
125 qr. yağ (yumşalmış)
1 armudu st. duru yağ
2 ədəd yumurta (1-nin ağı)
100 qr. qaymaq
1 st.şəkər tozu
1 paçka qabartma tozu
1 paçka vanil
1 x.q.kakao
Apardığı qədər un

Hazırlanması:
Yumurta, yağ, şəkər tozu və qaymağı qaba töküb yaxşıca qarışdırırıq. Sonra una vanil, qabartma tozu əlavə edib qarışığa əlavə edirik, xəmir yoğururuq. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır.


Xəmirin 1/3 hissəsini ayırıb 1 x.q.kakao, 3 x.q. su töküb xəmiri yenidən yoğururuq.



Sonra ağ xəmirdən yumru kündələr hazırlayırıq. Kakaolu xəmirdən də ağ xəmirdən bir az kiçik kündələr düzəldirik.


Ağ xəmiri əlimizlə yayıb kakaolu xəmiri arasına qoyub bağlayırıq.



Və qurabiyənin üzərini + formasında bıçaqla içinin kakaosu görünənə kimi kəsirik


Üzərinə yumurtanın ağın  çəkib 170 dərəcəli sobada bişiririk


Qaymaqlı qurabiyələrimiz hazırdır.



Nuş olsun!

qadin.net

Ən çox oxunulan