Showing posts with label Çığırtmalar. Show all posts
Showing posts with label Çığırtmalar. Show all posts

Aug 22, 2014

Badımcan çığırtması

LAZIM OLANLAR:
Hər payına
  • 250 q badımcan,
  • 50 q baş soğan,
  • 25 q yağ,
  • 2 ədəd yumurta,
  • 15 q cəfəri,
  • istiot və duz.
Hazırlanma qaydası:
Badımcanın qabığı soyulub uzunsov doğranır, duz vurulru, acı suyu sıxılıb çıxardılır. Soğan qatılıb yağda qızardılır. Hamısı birlikdə tavanın içinə qoyulub üstünə çalınmış yumurta tökülür və duxovkada bişirilir. Süfrəyə verilən zaman bunun üstünə yağ tökülür və göyərti səpilir.
Qeyd: Badımcan çığırtmasının hər payına 75 q pomidor da əlavə edilə bilər.

Aug 21, 2014

Badımcan çığırtması

Tərkibi:
  • 3-4 dənə badımcan,
  • 3-4 dənə pomidor,
  • 5-6 dənə sivri bibər,
  • Qızartmaq üçün:
  • Duru yağ,
  • Duz,
  • Istiot,
  • cirə
 hazırlanması:
  • Badımcanları alacalı soyun.
  • Çarpaz bir şəkildə tam ayırmadan dilimləyin.
  • Duzlu suda 5-10 dəqiqə gözlədin.
  • Sonra suyunu sıxıb kağız dəsmal üzərinə qoyub suyunu alın.
  • Sonra pomidor və bibərləri yeməklik doğrayıb tavada duru yağda qovurun.
  • Daha sonra duz və ədviyyat əLavə edib yarım çay stəkanı su töküb qarışdırın və ocaqdan alın       .
  • Qızaran badımcanları fırın tabağına alın.
  • Üzərinə pomidor sosunu töküb fırında 10-15 dəqiqə bişirib servis edin.

Göbələk çığırtması

TƏRKİBİ:
Bir pay üçün:
  • 263 q təzə göbələk,
  • 20 q yağ,
  • 30 q baş soğan,
  • 2 ədəd yumurta,
  • 5 q cəfəri,
  • istiot və duz.
Hazırlanma qaydası
Təzə ağ göbələk soyuq suda yuyulub qabığı soyulduqdan sonra xırda doğranır və soğan qatılaraq yağda qızardılır. Bunun hamısı tavanın içinə qoyulub üstünə çalınmış yumurta tökülür və fırında bişirilir. Süfrəyə verilən zaman göbələk çığırtmasının üstünə yağ vurulur və göyərti səpilir.
Qeyd: Pomidor çığırtması da bu qayda ilə hazırlanır. Burda pomidor dilim şəklində doğranıb soğanla birlikdə qızardılır.

Qiyməli çığırtma

Lazım olanlar:
  • Qoyun əti – 163 q.
  • Baş soğan – 40 q.
  • Ərinmiş yağ – 25 q.
  • Yumurta – 2 ədəd.
  • Şüyüd – 12 q.
  • Zəfəran – 0,1 q.
  • İstiot – 0,1 q.
  • Duz –zövqə görə.
Hazırlanma qaydası:
Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur. Qiymənin üzərinə çalınmış yumurta vurulub qızdırıcı sobada bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir.

Ən çox oxunulan