Showing posts with label Plovlar. Show all posts
Showing posts with label Plovlar. Show all posts

Mar 14, 2014

Döşəmə plov

Döşəmə plov

Lazım olan ərzaqlar:

1 ədəd bütöv toyuq
2 baş sogan
50 qr. kişmiş
100 qr. şabalıd
0.5 kq. duyu
300qr. Kərə yağı

Hazırlanma qaydası:

Duyu yaxşı yuyulub suda saxlanılır. Toyuq doğranılır, duz istiot vurulur, soğan halqa-halqa doğranılır toyuqla qarışdır və bir gün əvvəldən saxlanılır. Kişmişi yaxşı yuyuruq. Sabalıdı başından cərtin 20 dəqiqə qaynadın qabığını soyun. Ayri qazanda su qaynadılır düyü əlavə olunur. İstəyə görə sarıkök vurula bilər. Qaynayan suya duz töküb düyünü əlavə edirik. Düyünü yarı çiy olanda süzürük. Qazanın dibinə 100 qram kərə yağı tökürük. Soğanlı toyuq düzülür. Bir qat düyü sabalıd düzülür. Əridilmiş kərə yağı tökülür. Sonra yenə düyü kişmiş kərə yağı tökülür düzülür. Vam odda 40 dəqiqə dəmə qoyulur.
Nuş olsun!

qadinklubu.com

Mar 4, 2014

Özbək plovunun hazırlanması


Tərkibi:
  • 450 q qoyun əti
  • 250 q düyü
  • 400 q yerkökü
  • 120 q baş soğan
  • 120 ml bitki yağı
  • duz
  • ədviyyat
Hazırlanması:
Yağı dağ edib xırda doğranıb, suyu çay dəsmalı ilə qurudulmuş qoyun ətini qızardın. Sonra kubik-kubik doğranmış baş soğanı əlavə edin. Hazır olan əti çuqun qazana yığın. Üstünə bir lay saman kimi doğranmış yerkökü düzün. Çalışın, ətlə qarışdırmayasınız, həmçinin nə ət, nə də yerkökü qazanın divarına dəyməsin.
Düyünü yuyun. Kökün üstünə tökün. Əlinizlə üstünü hamarlayın. Duz, ədviyyat (zəfərən, zirə, zirinc) səpib düyünün üstünə 0,5 sm çıxanadək su əlavə edin. Qazanın ağzını yaxşıca bağlayıb 20-30 dəqiqə vam odda bişirin.
Vaxtaşırı qazanın qapağını açaraq taxta qaşığın qulpu ilə düyüdə xırda dəliklər açın, bu, düyünün yaxşı bişməsinə kömək edər.
Hazır plovu təpələmə boşqaba çəkin. Nuş olsun!

Ən çox oxunulan