Lazım olanlar:
- 1 kq əvəlik,
- 3 stəkan bulğur,
- 1 stəkan düyü,
- 2 soğan,
- 2 diş sarımsaq,
- 200 q qiymə,
- Yarım dəstə cəfəri,
- Yarım dəstə şüyüd,
- 1 şirniyyat qaşığı pul bibər,
- 1 şirniyyat qaşığı istiot,
- 1 şirniyyat qaşığı nanə,
- 1 şirniyyat qaşığı cirə,
- 1şirniyyat qaşığı kəklik otu,
- 250 q qatıq
Hazırlanma qaydası:
- Əvəlik xaric bütün ərzaqları plov bişirən kimi bişirin.
- Əvəliyin orta hissəsini çıxardın.
- Yarpaqlara iç xərcini qoyub bükün.
- Dolmaları qazana yığın.
- 1 silmə şirniyyat qaşığı duz atıb , üzərinə çıxacaq qədər su əlavə edin.
- Zeytun yağı və tomatı da tökərək üzərinə bir boşqab çevirin.
- Suyunu çəkənə qədər bişirin.
- Sarımsaqlı qatıqla birlikdə servis edə bilərsiniz.
0 comments:
Post a Comment