Showing posts with label Pirojnalar. Show all posts
Showing posts with label Pirojnalar. Show all posts

Aug 19, 2014

Marmeladlı pirojnalar

Tərkibi: 

xəmir: 
3 st. un
1 yumurta
250 q marqarin
1 x.q. sirkə
duz

iç: 

150-200 q marmelad

Una bir çimdik duz əlavə edərək yağla döyün. Yumurtanı stəkanın içinə qırın, çəngəllə çalın, sirkə və stəkan dolanadək buz kimi soyuq su əlavə edin. (Suyun çox soyuq olması xəmirin qat-qat alınması üçündür). 

Bu qarışığı un-yağ qarışığına əlavə edib xəmir yoğurun. Xəmiri 1 saat soyuducuda saxlayın. Sonra çıxarıb 2-3 kündə tutun. 

Kündələri yayın. Alınan dairəni ortadan bölün, sonra isə hər tərəfini üçbucaqlara ayırın (mütəkkə kimi). Üçbucaqların "oturacağına" ikiyə bölünmüş marmelad qoyun, bükün. 
Siniyə düzüb 160 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobanın istiliyi çox olmamalıdır ki, pirojnaların içi də bişsin. 
Bişdikdən sonra pirojnaları soyudun, üzərinə bol şəkər pudrası səpin. 

Nuş olsun! 

Milli.Az 

Mar 14, 2014

"Kirpi" pirojnaları


Tərkibi: 
700 q peçenye
2 banka qatılaşdırılmış süd
150 q şəkər pudrası
3-4 x.q. kakao
250 q kərə yağı
4 x.q. xaş-xaş 
100 q təmizlənmiş günəbaxan tumu
bir neçə quru zirinc 

Adi peçenye çox uşağın elə də xoşuna gəlmir. Ancaq ondan kirpi düzəltsəniz, zənnimcə, yox deməzlər. 

Peçenyeni xırdalayın. Bir ləyənə yığın. Şəkər tozu və kakao ilə qarışdırın. Qatılaşdırılmış süd, yumşaldılmış yağ əlavə edib əlinizlə yaxşıca yoğurun. 

Alınan qarışıqdan kündələr tutun, bir ucunu azca dartıb uzadın, "kirpi"nin "burnu" olsun. "Kirpi"lərin "sifət" hissələrini əlinizlə tutub qalan yerlərini xaş-xaşa batırın. 

"Gözlərini" və "burnunu" qurudulmuş zirincdən düzəldin (bunun əvəzinə şokoladdan da istifadə edə bilərsiniz). Sonra günəbaxan tumlarından "tikan" düzəldin. Düzdür, vaxtınız gedəcək, amma dəyər. 

Nuş olsun!


Milli.Az

Mar 4, 2014

Brauniz pirojnaları


Dadlı şirniyyatın daha bir resepti
Ərzaqlar:
170 +30 qram acı şokolad (59-70% какао)
170 qram kərə yağı
250-300 qram şəkər tozu
3 ədəd yumurta
125 qram un
1 ç.q. qabartma tozu
bir çimdik duz
0,5 stəkan qoz ləpəsi və yaxud təmizlənmiş badam
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün: əridilmiş şokoladın (170 qram) üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb, duz səpərək, şokoladlı qarışığın içinə tökün.
Şokolad (30 qram) və qoz ləpəsini xırda-xırda doğrayıb, xəmirə əlavə edərək, yaxşıca qarışdırın.
Yumru tort formasını yağlayıb, dibinə perqament kağızı sərin. Sonra perqament kağızın üstündən kərə yağı çəkib, hazırlanmış xəmiri içinə bərabər şəkildə tökün.
Korju 170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. Korjun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit çöpü batırıb, çıxardın – çıxan kibrit çöpünə xəmir yapışmayıbsa, korjunuz hazırdır. Çalışın korju qurutmayasız.
Korju duxovkadan çıxardıb, soyuducuya 8-12 saat müddətinə qoyun. Braunizi kvadrat şəkildə kəsib, çay süfrəsinə təqdim etmək olar.
Nuş olsun!

Ən çox oxunulan