Mar 7, 2014

Qaymaqlı qurabiyə

Tərkibi:
125 qr. yağ (yumşalmış)
1 armudu st. duru yağ
2 ədəd yumurta (1-nin ağı)
100 qr. qaymaq
1 st.şəkər tozu
1 paçka qabartma tozu
1 paçka vanil
1 x.q.kakao
Apardığı qədər un

Hazırlanması:
Yumurta, yağ, şəkər tozu və qaymağı qaba töküb yaxşıca qarışdırırıq. Sonra una vanil, qabartma tozu əlavə edib qarışığa əlavə edirik, xəmir yoğururuq. Xəmir nə çox yumşaq, nə də çox bərk olmalıdır.


Xəmirin 1/3 hissəsini ayırıb 1 x.q.kakao, 3 x.q. su töküb xəmiri yenidən yoğururuq.



Sonra ağ xəmirdən yumru kündələr hazırlayırıq. Kakaolu xəmirdən də ağ xəmirdən bir az kiçik kündələr düzəldirik.


Ağ xəmiri əlimizlə yayıb kakaolu xəmiri arasına qoyub bağlayırıq.



Və qurabiyənin üzərini + formasında bıçaqla içinin kakaosu görünənə kimi kəsirik


Üzərinə yumurtanın ağın  çəkib 170 dərəcəli sobada bişiririk


Qaymaqlı qurabiyələrimiz hazırdır.



Nuş olsun!

qadin.net
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan