Tərkibi:
2 kq kartof
400 q qarışıq qiymə (mal, qoyun)
200 q soğan
3 diş sarımsaq
3 x.q. sidr qozası
400 q tomat püresi (konserv)
1 x.q. tomat pastası
30 q keşniş toxumu
20 q reyhan yarpağı
10 q nanə yarpağı
3-3.5 st. su
bitki yağı
0,5 ç.q. sarıkök
iç üçün ədviyyat: 1 ç.q. qırmızı istiot
1 ç.q. sarıkök
1 ç.q. Yamayka istiotu və ya qara istiot
1/4 ç.q. muskat cevizi
duz
Çox iri olmayan, təxminən yumurta boyda kartoflar götürün. Uzun tərəfinin birini hamar kəsin (kartof "otursun" deyə), yuxarısından başlayaraq isə xüsusi bıçaqla içini oyub çıxarın (dibini saxlayın). Təmizləyin, yuyub kağız salfetlə qurulayın.
Fritür qabında yağı qızdırın, kartofu qızardın (bişirmək vacib deyil, əsas odur, üstü qızarsın). Kağız salfetlərin üstünə düzüb yağını çəkməsini gözləyin.
2 x.q. bitki yağını tavada qızdırın. Soğanı təmizləyib xırda doğrayın, bu yağda qovurun, qiymə və ədviyyat əlavə edib taxta qaşıqla qarışdıraraq təxminən 1 dəqiqə qovurun, duz vurun. Sidr qozalarını vurub qarışdırın. Kartofların içini doldurun.
Blenderə tomat püresi, tomat pastası, sarımsaq, keşniş toxumu, reyhan, nanə, sarıkök və su töküb çalın.
Qazana töküb ocağın üstünə qoyun, qaynara düşəndə duz vurun. Başqa qazana içi doldurulmuş kartofu səliqə ilə yığın, sousu üzərinə gəzdirin. Qaynara düşəndə ocağı azaldın, qazanın qapağını örtüb 15 dəqiqə bişirin.
Süfrəyə qatıqla verə bilərsiniz.
Nuş olsun!
Milli.Az
Mar 26, 2014
Subscribe to:
Post Comments (Atom)
Ən çox oxunulan
-
Yay-yaz günləri ən çox sevdiyim yeməklərdən biri dovğadır. Hələlik dovğanı dükkandan aldığım göy-göyərtiylə bişirirəm, ama tezliklə bunu...
-
Hazırlama Vaxtı: 30 Dəqiqə Bişirmə Vaxtı: 40 Dəqiqə Ərzaqlar yarım paket yaş maya 1 şirniyyat qaşığı duz 1 şirniyyat qaşığı ...
-
Tərkibi: 1 yumurtanın sarısı 65 q kərə yağı 100 q qatılaşdırılmış süd 75 q qarğıdalı nişastası 1 paket vanil Yumşaldılmış yağı yumurta s...
-
Tərkibi: 2 ədəd yumurta 1 st. şəkər tozu 200 q qaymaq Yarım st duru yağ 3 x.q. mayonez 1 x.q.hil Vanil ...
-
Lazım olan ərzaqlar: 2 yemək qaşığı qarğadalı unu, 2 yemək qaşığı kərə yağı, 1 su stəkanı su, Holland pendiri, Duz, Hazırlan...
-
Hazırlama Vaxtı: 20 Dəqiqə Bişirmə Vaxtı: 40 Dəqiqə Ərzaqlar 1 qutu qatılaşdırılmış süd (400 qr) 4 Yumurta 1 su stəkanı...
-
Lazım olanlar: 3-4 ədəd kartof, 1 böyük badımcan, 1 böyük kabak, 3-4 ədəd uzunsov bibər, 1 quru soğan, 2 pomidor, 1 diş sarım...
-
Azərbaycanda paxlavanın müxtəlif növləri var - Bakı, Şəki, Gəncə, riştə… Adətən, paxlavanı romb kimi kəsirlər. Qəbələ paxlavasını isə kəsm...
-
Ərzaqlar: 8 ədəd tortilla (kiçik lavaş) 400 qr. mal əti (nazik zolaqlar halında kəsilmiş) 1 diş sarımsaq (incə doğranmış) 1 ədəd ...
-
Ev şəraitində marmeladın hazırlanması reseptini sizlərlə paylaşıram. Bu reseptlə hazırlanmış marmeladı ürəklə uşaqlarınıza da v...
0 comments:
Post a Comment