Tərkibi:
- Konservləşdirilmiş qarğıdalı – 250 qr.;
- Təzə göbələk – 100 qr.;
- Toyuq filesi – 150 qr.;
- Baş soğan – 1 ədəd;
- Mayonez;
- Duru yağ;
- Göyərti;
- Zövqə görə duz-istiot.
Hazırlanması:
Toyuq filesini doğrayırıq. Duzlayıb, istiot vururuq. Yağda hər iki üzünü qızardırıq. Sonra göbələkləri doğrayıb, yağda qızardırıq. Soğanı da doğrayıb, göbələyin üstünə tökürük, azca qızardıb, duz-istiot vurub oddan götürürük. Konservləşdirilmiş qarğıdalının suyunu süzüb, soyumuş göbələyin üstünə əlavə edirik. Toyuq filesini də didib əlavə edirik. Göyərtini də xırda-xrda doğrayıb, satala əlavə edirik. Mayonezini vururuq.
Salatı servis edəndə bəzək üçün qarğıdalı dənələrindən istifadə etmək olar.
Nuş olsun!
0 comments:
Post a Comment