Mar 7, 2014

Ləvəngili pizza

Tərkibi:

3 st.un
3 x/q mayonez
50 qr yumşaldılmış "Wellington" kərə yağı
Qabartma tozu
Duru yağ
Su
Duz
300 qr toyuq əti

Ləvəngisi üçün:

2 st qoz (ət maşınından keçirilmiş)
 3 ədəd soğan (ət maşınından keçirilmiş)
Duru yağ
1-2 x/q alça turşusu (duru)
2 ədəd turşu xiyar
Mayonez
Ketçup
Duz
İstiot
Holland pendiri

Hazırlanması:
Xəmiri yoğurub mayalanmağa qoyuruq. 

Ləvəngili pizza (foto resept)
Ləvəngili pizza (foto resept)

Toyuq ətini xırda doğrayırıb, üzərinə su töküb bişiririk. Suyu quruyandan sonra bir az duru yağ töküb, qovrururuq. Duz və istiot vururuq.

Ləvəngili pizza (foto resept)
Ləvəngili pizza (foto resept)

Ləvəngini hazırlamaq üçün qoz və soğanı ət maşınından keçiririk. Soğanı tənzifin içinə töküb, suyunu çıxardırıq. Tavaya duru yağ əlavə edib soğanı qovruruq. Qoz, soğan və turşunu qarışdırıb, duz-istot vururuq.

Ləvəngili pizza (foto resept)
Ləvəngili pizza (foto resept)

Sous üçün mayonez və ketçupu qarışdırırıq.

Ləvəngili pizza (foto resept)

Xəmiri yayıb listin içinə qoyuruq. 

Ləvəngili pizza (foto resept)
Ləvəngili pizza (foto resept)

Sousu xəmirin üzərinə yayırıq. 

Ləvəngili pizza (foto resept)

Holland pendirini sürtgəcin xırda gözündən keçirib sousun üzərinə səpirik.

Ləvəngili pizza (foto resept)

Sonra toyuq ətini düzürük.

Ləvəngili pizza (foto resept)

Ləvəngini tökürük. 

Ləvəngili pizza (foto resept)

Duzlu xiyarı da xırda doğrayıb, tökürük.

Ləvəngili pizza (foto resept)

Ən sonda yenə holland pendirini sürtgəcin xırda gözündən keçirib səpirik. 

Ləvəngili pizza (foto resept)

180 dərəcəlik sobada bişiririk.

Ləvəngili pizza (foto resept)

Ləvəngili pizzamız hazırdır. 

Ləvəngili pizza (foto resept)

Nuş olsun!
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan