Tərkibi:
Xəmir üçün:
220 qram un
150 qram kəsmik
4 xörək qaşığı duru yağ
1 ədəd yumurta
2 xörək qaşığı şəkər tozu
5 qram qabartma tozu
500 qram naringi
100 qram "Wellington" kərə yağı
1 ədəd limon
150 qram xama
İçlik üçün:
500 qram kəsmik
3 ədəd yumurta
100 qram şəkər tozu
5 qram qabartma tozu
Hazırlanması:
İlk öncə xəmiri hazırlayırıq.
1 ədəd
yumurtanı 2 xörək qaşığı şəkər tozuyla çalırıq. 4 xörək qaşığı duru yağ
və 150 qram kəsmik əlavə edib mikserlə yaxşıca çalırıq. Sonra ələnmiş
unla 5 qram qabartma tozunu da əlavə edib xəmir yoğururuq.
Xəmiri sobada bişirmək üçün olan formalı qaba qoyub kənarlarını əlimizlə düzədib, üzərini falqa kağızı ilə örtürük.
İçliyimizi hazırlayana qədər soyuducuya qoyuruq.
Naringiləri qabığından təmizləyirik.
Naringiləri doğrayırıq, yarısını isə bəzəmək üçün saxlayırıq.
İçliyi hazırlamaq üçün 3 ədəd yumurtanı mikserlə çalırıq, 100 qram şəkər tozu əlavə edib yenə yaxşıca çalırıq.
Limonun
qabığını sürtkəcdən keçiririk, suyunu isə sıxırıq. Sonra 1 çay qaşığı
limon qabığının rəndəsini və 1 xörək qaşığı limon suyunu əlavə edib yenə
mikserlə çalırıq.
Ardınca
yumşaldılmış kərə yağını, xamanı, kəsmiyi və 5 qram qabartma tozunu da
əlavə edib 2-3 dəqiqə yaxşıca mikserlə çalırıq. Doğranmış naringiləri də içliyimizin içinə tökürük. Soyuducudan xəmirimizi çıxarırıq, içliyi xəmirin üzərinə tökürük və qalan naringilərlə bəzəyirik, azca üzərindən basırıq ki, naringilər içliyə yapışsın.
180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə ərzində bişiririk. Bişdikdən sonra formadan çıxarıb qoyuruq soyusun.
Soyuduqdan sonra doğrayırıq və üzərinə şəkər kirşanı səpirik.
Nuş olsun!
0 comments:
Post a Comment