Mar 4, 2014

Badamlı peçenye


Tərkibi:
  • Badam (təmizlənmiş, blenderdən keçirilmiş – 2 stəkan;
  • Yumurta – 2 ədəd;
  • Şəkər kirşanı – 1 stəkan;
  • Vanil – 1 ç/q.;
  • Bəzək üçün badam dənələri.
Hazırlanması:
Badamları 1-2 dəqiqə qaynatdıqdan sonra qabığını soyub, blenderdən keçiririk. Yumurtaları sındırıb, şəkər kirşanı ilə birgə köpüklənənə kimi çalırıq. Sonra badamla vanili də əlavə edirik.
Hazır kütləni çay qaşığı ilə əvvəlcədən isidilmiş və yağlanmış tavaya tökürük. Hər peçenyenin üzərinə 1 ədəd badam qoyuruq. 170 dərəcə temperaturda 12 dəqiqə ərzində bişiririk. Nuş olsun!
metbex.net
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan