Mar 13, 2014

Badımcandan hazırlanan ruletlər

Ərzaqlar:
2-3 ədəd badımcan
1/2 stəkan qoz ləpəsi
1 ədəd soğan
1-2 diş sarımsaq
şüyüd, cəfəri göyərtisi
1/4 ç.q. sirkə (9 %)
bitki yağı
duz, istiot
Hazırlanma qaydası:
Badımcanları yuyub, uzununa nazik laylarla doğrayın. Hər nazik layı ayrılıqda duzlayıb, 20-30 dəqiqə ərzində saxlayın. Sonra badımcanların suyunu sıxıb, bitki yağında hər iki tərəfindən qızardın. Sonra qızardılmış badımcanları quru salfetin üzərinə yerləşdirin ki, yağı çəkilsin.
Sonra sousu hazırlamağa başlayın.
Soğanı xırda-xırda doğrayıb, yağda qovurun. Qoz ləpəsini xırdalayın. Sarımsağı əzib, göyərtini isə xırda-xırda doğrayın. Sonra ərzaqların hamısını: qoz ləpəsi, soğan, göyərti və sarımsağı birləşdirib, qarışdırın. Üzərinə duz, istiot, sirkə və bir az qaynanmış su da əlavə edin. Sonra bütün ərzaqları blenderdən keçirib, yaxşıca qarışdırın. (Əgər hazırladığınız kütlə qatı alınıbsa, onda bir az su əlavə edin)
Qızardılmış badımcan laylarının içinə həmin hazırladığınız sousdan çəkib, rulet şəklində bükün.
Nuş olsun!

metbex.net
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan