Feb 27, 2014

Şokoladlı-kokoslu rulet

Tərkibi: 

200 q şəkərli peçenye
1 x.q. kakao tozu
100 ml su
1 st. kokos yonqarı 
0,5 banka qatılaşdırılmış süd

Suyu qaynadıb soyudun. Şəkərli peçenyenin şokoladlısından istifadə edirsinizsə, kakao tozuna ehtiyac qalmır. Adi, şokoladlı, yaxud şahmat naxışlı peçenye yarayar. Peçenyeni həvəngdə, yaxud blenderdə xırdalayın.



 

 Kakao tozu əlavə edin

Qaynanmış suyu töküb qarışdırın. 





Xəmir kimi alınır. Onu perqament kağızının üstünə qoyub oxlovla yayın. Cırıla bilər, amma qorxusu yoxdur, bir qırağından kəsib deşiyin üstünə qoyun, yenidən yayın. 

Kvadrat, yaxud düzbucaqlı formada kəsin. 





İç: kokos yonqarını qatılaşdırılmış südlə qarışdırın.




Bu qarışığı perqament kağızının üstünə qoyun. Üstünə eyni ölçüdə daha bir perqament kağızı qoyub, oxlovla yayın.




Sonra üstdəki perqamenti ehtiyatla götürün, içi isə ehtiyatla peçenye əsaslı korjun üstünə çevirin. Azca üstündən basa-basa perqament kağızını səliqə ilə götürün. 




Korjun altındakı perqamentin köməyilə rulet kimi bükün. Perqamentə büküb soyuducuda bir qədər saxlayın. 







İti bıçaqla kəsin, kokos yonqarı ilə bəzəyin. 




Nuş olsun!


Milli.Az     
 


Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan