Feb 27, 2014

Portağallı şarlotka


Tərkibi: 

1.5 st. un 
1,5 st. şəkər tozu
5 yumurta
2 portağal 
şəkər pudrası

Yumurta və şəkər tozunu mikserlə çalın, sonra un səpib qarışdırın. 

Formanı yağlayın, xəmirin 1/3-ni içinə tökün. Portağalın qabığını təmizləyin, tumlarını çıxarın, dilimlərini təmizləyib hər birini iki yerə bölün. Doğranmış portağalların yarısını xəmirin üstünə düzün. Xəmirin 1/3-ni portağalların üstünə tökün, üzərinə yenə portağal dilimləri düzüb xəmirin qalanı ilə qapadın. 

Formanı 180 dərəcə qızdırılmış sobaya qoyub 20-30 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 



Hazır şarlotkanın üzərinə şəkər pudrası səpin. 

Nuş olsun!

Resept və foto: vk.com/feed
Milli.Az
Kateqoriyalar:

0 comments:

Post a Comment

Ən çox oxunulan