Mar 31, 2014

Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)



Novruz bayramı uzaq Əfqanıstanda da maraqlı qeyd edilir. Araşdırıb öyrəndim ki, bu bayramda əfqanlar ənənəvi olaraq kulche birinje (düyü qurabiyəsi) adlandırdıqları qurabiyə bişirirlər. Adından məlum olduğu kimi, bu qurabiyələr  buğda unundan deyil, düyü unundan hazırlanır. İçinə püstə və hil də əlavə olunur. Bu qurabiyələr olduqca zərif olur. Aşağıda təqdim etdiyim resept inglis dilində əfqan mətbəxinə aid olan internet səhifəsində gördüyüm resept əsasındadır.  Nuş olsun!


Əfqanıstan Düyü Qurabiyəsi (Kulche Birinje)
22 ədəd qurabiyə üçün
Ərzaqlar:
170 qram kərə yağı – otaq hərarətində yumuşaldılmış
150 qram şəkər tozu
2 yumurtanın ağı
290 qram düyü unu
Yarım çay qaşığı döyülmüş hil
3 xörək qaşığı iri-iri doğranmış püstə
Bir ovuc qabığı soyulmuş püstə (bəzək üçün)
Hazırlama Qaydası:

Yağ və şəkəri mikserlə kütlənin rəngi açılanadək bir neçə dəqiqə çalın. Yumurta ağlarını əlavə edib, kütlə hamarlaşanadək təxminən bir dəqiqə də çalın.

Düyü unu, püstə və hili də əlavə edib kütləni qarışdırın.

Yumuşaq amma ələ yapışmayan xəmir əldə etməlisiniz. Xəmir əlinizə yapışırsa, bir az da düyü unu əlavə edin.

Sobanı 175Cdək qızdırın.
Listin dibinə perqament kağızı sərin. Alınan xəmirdən xörək qaşığı qədər almaqla, əlinizdə yumrulayıb listə düzün. Ovcunuzla üstlərinə basıb bir az yastıladın (çox yastı olmamaq şərtilə).


Qurabiyələrin səthinə çəngəllə naxış vurub, ortasına püstə qoyun.

Sobanın orta gözündə 13 dəqiqə və yaxud qurabiyələrin altı lap az qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır.
www.azcookbook.com

Mar 29, 2014

Fransızsayağı Sitrus Keksi

Bu yaxınlarda kitabxanaya getmişdim. Orada bir yemək kitabı gözümə sataşdı. Fransız mətbəxinə aid bu kitabda gözüm birinci sitrus keksini gördü. Yəgin sitruslu bişmələri çox bəyəndiyimə görə. Keksin şəkilini görən kimi bunu mütləq bişirməyə qərar verdim. Kitabı evə gətirdim və, necə deyərlər, hərəkətə başladım.
O qədər ləzzətli alındı ki! Həm dadı, həm rəngi, həm ətri gözəl idi. Çay ilə, kofe ilə, və yaxud heçnəsiz nuş etmək olar. Fransızca desək - Très délicieux! Bon appétit, dostlar!

Fransızsayağı Sitrus Keksi (Quatre-Quarts Aux Agrumes)Rachel Khoonun “The Little Paris Kitchen” kitabı əsasında
Ərzaqlar:
4 yumurta – otaq hərarətində olmalıdırlar
1 + 1/4 stəkan (bir stəkan və bir stəkanın dörtdə biri qədər və yaxud 250 qram) narın şəkər tozu (adi şəkər tozunu bir neçə saniyə robotdan keçirsəniz narın olar)
2 stəkan (300 qram) un
Bir çimdik duz
Sürtgəcdən keçirilmiş 1 limonun və 1 portağalın qabığı (hərəsindən 1 xörək qaşığı olmalıdır)
1 çay qaşığı qabartma tozu
225 qram kərə yağı – əridib soyudun
Hazırlanma Qaydası:
Sobanı 175Cdək qızdırın. Ölçüləri 23 X 18 sm olan kərpic formasını  bir az yağlayın.
Yumurtaların agını sarısından ayırın.  Bir qabda ağları şəkər tozunun yarısı ilə mikserlə bir qədər sərtləşənə qədər (qaşıqla qaldırdığınızda tökülməməlidir) çalın, təxminən 5-8 dəqiqə.
Ayrı qabda yumurta sarısını qalan şəkər tozu ilə qatılaşıb rəngi açılanadək mikserlə çalın.
Digər qabda isə un, duz, limon və portağal qabıqları və qabartma tozunu qarışdırın.
Unlu qarışığı yumurta sarısı olan qaba əlavə edin. Üstünə ərinmiş və soyudulmuş yağı əlavə edib, yağ digər ərzaqlara yedirdilənədək qarışdırın. Sonra buraya çalınmış yumurta ağını da əlavə edib qaşıqla hamar olanadək qarışdırın.
Alınan kütləni formaya tökün. Sobanın orta gözündə 40-50 dəqiqə bişirin. Keksin ortasına kibrit batırıb çıxartdığınızda kibrit quru çıxırsa, keks hazırdır.
Keks tamamilə soyuduqdan sonra kəsib süfrəyə verin.



Göbələkli Sote


Göbələk xoşlayanlardanam. Ondan hazırlanan hər yemək mənə ləzzətli gəlir. Göbələk sotesi mənim ən çox bəyəndiklərimdəndir. Sote nədir. Peşəkar mətbəxlərdə, sote iri genis tavada yeməyi qarışdıraraq deyil, tavanı cəld silkələyərək (ərzaqları atıb-tutmaqla) ərzaqların bişməsini təmin edən üsuldur. Burada adi qızartmadan fərqli olaraq az miqdarda yağdan istifadə olunur.


Göbələk sotenin hazırlanmasının bir çix yolu var, mənim ən çox bəyəndiyim istə burada məşhur olan İtalyan aşbazı Michael Chiarellonun hazırladığı sotedir. O elə edir ki, göbələklər ya heç su buraxmır ya da çox az buraxır –  göbələklər diri qalır. Bunu neçə edir? Göbələkləri bir lay şəklində tavaya düzür və onların altları qızarmadan qətiyyən çevirmir. Beləliklər göbələklər su buraxmır.  Sonra isə digər ərzaqlar da əlavə olunur və nəticədə ətirli, ləzzətli yemək alınır. Bu məşhur resepti sizə də təqdim edirəm. Siz də bişirib dadına baxın. Nuş olsun.
Göbələkli Sote
2-3 nəfərlik yemək üçün
Qeyd: Baxmayaraq ki, əsl reseptdə olduğu kimi ağ şərab qatıldıqda yemək daha gözəl alınır, mən ağ şərab əvəzinə marsala şərabından istifadə etdim. Şərabın şirin tamını azaltmaq üçün isə bir qədər limon şirəsi qatdım və göbələklər bu cür də çox tamlı alındı!
Lazım olan ərzaqlar:
3 xörək qaşığı zeytun yağı
250-300 qram ağ göbələk yaxud adi göbələk(böyük göbələklər qalın doğranılır,lap balacalar bütöv saxlanmalıdır)
1 xörək qaşığı duzsuz kərə yağı
Dəniz duzu və təzə döyülmüş qara istiot
½ xörək qaşığı doğranmış sarımsaq
½ çay qaşığı doğranmış təzə kəklikotu
2 çay qaşığı təzə limon şirəsi
¼ fincan quru ağ şərab
½ xörək qaşığı doğranmış cəfəri +əlavə yeməyin üzərini bəzəmək üçün
Hazırlanması:
Tava yüksək dərəcəli odda qızdırılır,zeytun yağı tökülür. Yağ dağ olanda göbələklər əlavə olunur və bir lay kimi yayılır. Lakin qarışdırılmamalıdır.Təxminən 2 dəqiqə, göbələklərin alt hissəsi tündləşənəcən qızardılır. Əgər göbələklər vaxtından əvvəl qarışdırılsa onlar su salacaq və buğa düşəcək. Yalnız alt hissəsi qovrulandan sonra tavanı silkələməklə göbələkləri çevirmək lazımdır. Bu qayda ilə göbələklər təxminən 5 dəqiqə yüksək odda bişirilməlidir. Sonra bişmiş göbələklərin suyu çıxıbsa, göbələklər tam süzülür və göbələklər yenidən tavaya əlavə olunur.
Üzərinə yağ əlavə edib hərdənbir qarışdırmaqla yaxşıca qovrulana kimi 2-3 dəqiqə bişirilir. Duz,istiot və sarımsaq əlavə olunur. Sarımsaq yüngül qovrulana kimi təxminən 2 dəqiqə bişirilir.
Kəklikotu və limon şirəsi qatılıb və su buxarlanadək bişirilir. Sonra şərab əlavə edilir,odun dərəcəsi azaldılır və göbələklər sousun içində şirələnənədək qaynadılır. Cəfəri əlavə edilir, yemək boşqaba tökülüb, dərhal süfrəyə verilir.

Mərakeş Noxud Salatı


Mərakeş mətbəxi çox gözəldir. Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir. Lakin bu ölkənin mətbəxi haqqında o qədər kitab ve resept oxumuşam ki, iddiamda yanılmadığımı düşünürəm.
Mərakeş xörəkləri demək olar ki, rəngli, ədvalı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur. Mən bir neçə Mərakeş reseptini sınaqdan keçirərək maraqlı, ekzotik nəticələr əldə etdim.
Dadlı noxud salatı Mərakeş xörəkləri kitabımdan çoxdan tapdığım yeməklərdən biridir. Bu yaxınlarda qonaqlarımız üçün hazırladım. Düşünürəm ki, onlar bu salatı bəyəndilər.
Soğan və Paprika ilə Mərakeş Noxud Salatı
Orijinal reseptdə 1 xörək qaşığı döyülmüş zirənin qatılması da qeyd olunub. Mən isə ondan ya heç istifadə etmirəm, ya da bir cimdik qatıram. Siz zövqə görə istədiyiniz qədər qata bilərsiz. Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır. Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir.
4 pay üçün
Ərzaqlar:
1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır
1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
4 diş sarımsaq, xırda doğranır
Bir cimdik döyülmüş zirə (vacib deyil)
1 çay qaşığı (və yaxud zövqə görə) paprika
3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı
Təzə sıxılmış 1 limonun şirəsi
Bir qədər doğranmış cəfəri
Bir qədər doğranmış keşniş
120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)
Zövqə görə duz, döyülmüş qara istiot

Hazırlanması:
Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları ovuşdurularaq çıxarılır.
İsti noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca qarışdırılır.
Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çorəklə birgə süfrəyə verilir.

Mar 28, 2014

Dovğanın hazırlanması


Yay-yaz günləri ən çox sevdiyim yeməklərdən biri dovğadır. Hələlik dovğanı dükkandan aldığım göy-göyərtiylə bişirirəm, ama tezliklə bunu həyətimizdə əkdiyim və böyümələrini səbirsizliklə gözlədiyim göyərtilərlən də bişirə biləcəyimi ümid edirəm.


Dovğa
6 pay üçün
Qeydlər
* Dovğa üçün keyfiyyətli qatıqdan (ev şəraitində hazırlanan qatıq ola bilər) və təzə göy-göyərtidən istifadə edin. Əgər qatığınız turşdursa, onda doğvanı 3 stəkan qatıq və 1 stəkan xamayla harızlayın. Və yaxud,  bişmiş dovğanı kənara çəkdikdən və soyudduqdan sonra, ona bir az süd əlavə edin. Beləliklə, turşməzə dad gedəcək.
* Dovğanı bişirdiyiniz vaxt onu duzlamağa tələsməyin, yoxsa dovğa çürüyər. Dovğanı bişirilib kənara çəkdikdən və bir qədər soyutduqdan sonra ona duz əlavə edin.
* Göyərti dəstlərini yaşxı-yaxşı yuyun. Doğradıqdan sonra aşsüsənə qoyub, üstündən su gəzdirin ki, göyərtilərin yaşılı bir az getsin. Beləlilə dovğanız ağ olacaq.
* Doğvanın qatılığı zövgə görə dəyişə bilər. Qatı və ya duru ola bilər. Duru dovğa sevənlər qatığa daha çox su əlavə edə bilər.
* Dovğa həm noxudla, həm də noxudsuz hazırlana bilər.
* Dovğanın digər növünə isə suda bişmiş xırda küftəciklər də əlavə edilir.
* Dovğanən əsas göyərtiləri keşniş və şüyüddür. Digərlərini bunlarla əvəz etmək olar. Dağ keşnişiniz varsa, ondan hazırlanan dovğa xüsusiylə ləzzətli olur (burada dağ keşnişi olmur).
Ərzaqlar
Yarım stəkan gecədən islağa qoyulmuş quru noxud
2 stəkan doğranmış keşniş2 stəkan doğranmış şüyüd½ stəkan doğranmış ispanaq½ stəkan doğranmış təzə sarımsaq (yalnız yarpaqları)½ stəkan doğranmış nanə½ stəkan stəkan doğranmış cəfəri3 stəkan qatıq
4 stəkan su (qatıq qatıdırsa daha çox su əlavə etmək olar, durudursa, daha az)
1 xörək qaşığı un
1 ədəd yumurtaBir stəkanın üçdə biri qədər yuyulmuş yumru düyüZövgə görə duz
İstiot, bəzək üçün (zəruri deyil)
Harızlanma Qaydası
Noxudu yumuşalanadək bişirib, kənara qoyun.
Doğranmış göyərtini aşsüzənə qoyub yuyun ki, yaşılı getsin. Əlinizlə sıxmayın. Aşsüzəni kənara qoyun.


Qazanda qatıq, sü, un və yumurtanı qarışdırın. Düyünü əlavə edin. Taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra (vacibdir – yoxsa doğva çürüyər) orta odda qaynadın. Bu proses təxminən 7-10 dəqiqə çəkəcək.



Qaynamağa  başlayanda göyərtini əlavə edin. Arada qarışdıra-qarışdıra təxminən 7-8 dəqiqə, və yaxud düyü yumuşalanadək  bişirin.


Noxudu əlavə edib, qazanı kənara çəkin. Qoyun dovğa soyusun. Sonra isə ona duz əlavə edib kasalarda süfrəyə verin.

İstəyə görə dovğanın üstü istiotla bəzənir. Doğvanı soyuducuda soyudduqdan sonra da süfrəyə vermək olar. Dovğa qatılaşdığında, ona bir az su əlavə edib durulaşdırın. Nuş olsun!




"Çəhrayı qartopu" tortu

Tərkibi:
xəmir: 
6 x.q. kakao 
6 x.q. qaynar su
1,5 st. un
0,5 ç.q. soda
0,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz
165 q kərə yağı
220 q şəkər tozu
2 yumurta
2 ç.q. vanil 
110 q xama

iç və qlazur: 
450 q marşmellou krem (çeynənən zefir)
450 q kərə yağı
1 st. şəkər pudrası
200 q kokos yonqarı 
qida boyası və ya mürəbbə

Sobanı 140 dərəcəyədək qızdırın. 

İçində biskviti bişirəcəyiniz girdə, odadavamlı qabın içinə yağ çəkin, un səpin. 

Kakaonu qaynar su ilə çalın. Başqa bir qabda un, soda, qabartma tozu və duzu qarışdırın. Yağ və şəkər tozunu bir qazançaya qoyun, ocağın üstündə tam əriyənədək qarışdırın. Ocaqdan götürüb mikser qabının içinə töküb çalın. Kütlə içinə yumurta qırdıqda onu bişirməyəcək temperaturadək soyumalıdır.

Soyuyanda yumurta və su ilə qarışdırdığınız kakaonu əlavə edin, eynicinsli kütlə alınanadək çalın. Mikserin sürətini azaldın, un qarışığını xama ilə növbələyərək iki dəfəyə, tədricən əlavə edin.  

Xəmiri hazırladığınız qaba tökün və 60-70 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Bişəndən sonra tam soyudun.

Korjun ortasında stəkanın ağzı diametrində çuxur açın, içi içinə doldurun. 

İç və qlazur: marşmellounu mikrodalğalı sobaya qoyub əridin. Kərə yağını möhkəm çalın. Ərimiş marşmellounu əlavə edin. Yaxşı çaldıqdan sonra bu kremdən 1 stəkan götürüb korjun ortasında açdığınız çuxura doldurun. Üzərini içindən çıxardığınız korjdan "qapaq" kəsərək qapayın. 

Yerdə qalan kremə şəkər pudrası əlavə edin, qarışdırın, çəhrayı qida boyası vurub yenə çalın. Tortun üzərinə qalın qat bu kremdən çəkin. Kokos yonqarını çəhrayı qida boyası ilə qarışdırıb kremin üzərinə çəkin. 

Nuş olsun!


Milli.Az 










Mar 27, 2014

Badımcan ləvəngisi

Hazırlama Vaxtı:  10 Dəqiqə
Bişirmə Vaxtı:  30 Dəqiqə


Ərzaqlar

6 ədəd badımcan
Qoz ləpəsi 150 qram
2 orta boyda soğan
2 çay qaşıkı turşu
Duz istiot.

Hazırlanması

Əvvəl badımcanları yuyun sonra ortasından qabıqın kəsib, deşin, duz vurun.
15 dəqiqədən sonra badımcanları yuyun, sıxın. Tavaya yağ tökun və badımcanları uz bu üz qızardın. Bütün badımcanları qızartdıkdan sonra ləvəngini hazırlayın.


Soğanı ət maşının narın dişindən çıxardıb suyun sıxın ona çəkilmiş qoz ləpəsi, duz, istiot, turşu vurub qatışdırın. Sonra tavada azça qızardın. Yağda ləvəngi pişdikdən sonra onu badımcanların içinə qoyun. Badımcanların içinə ləvəngini qoydukdan sonra pamidoru lay lay doğrayıb tavaya düzün. Badımcanları da tavaya yıqdıqdan sonra ona azca su tökün, yağda bir yemək qaşıkı töküb vam xodda pişməyə qoyun.

Yeməyimiz hazır olduqdan sonra süfrəyə plovla verebilirsiniz.

Nuş olsun!
reseptlerim.com

Balıq qutabı

Hazırlama Vaxtı:  15 Dəqiqə
Bişirmə Vaxtı:  20 Dəqiqə


Ərzaqlar

400 qr balıq əti
2 baş soğan
20 qr lavaşana və ya 40 qr nar
440 qr buğda unu
100 qr yağ
sumaq, darçın, duz və istiot

Hazırlanması

Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrun, sonra 1 mm qalınlığında yayın. Boşqab ölçüsündə dairələr kəsin. Balıq əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırın. Ədviyyatlar əlavə edin. (istəyinizə görə)  Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş balıq əti qoyun o biri tərəfi üstünə qatlayın, kənarları bükün və qızdırılmış tavada yağda qızardırın. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpəbilərsiniz.

Nuş olsun!

reseptlerim.com

Qoz mürəbbəsi

Tərkibi:
100 ədəd sütül qoz
2 kq şəkər tozu
1 limon
10 ədəd mixək
0,5 kq söndürülmüş əhəng

Mürəbbə bişirmək üçün hələ qabığı bərkiməmiş yaşıl qoz götürün. Əlinizə əlcək geyin (sütül qozun tərkibində yod çoxdur, bu səbəbdən əlinizdə qara ləkələr əmələ gələ bilər). Qozları yuyub qabığını soyun. İki gün soyuq qaynanmış suda saxlayın. Bu müddətdə sutkada 5 dəfə olmaqla suyu dəyişin (iki günə 10 dəfə).
İki sutkadan sonra suyu süzün, qozun üstünə əhəngli su töküb bir gün saxlayın (bəzi xanımlar qozu əhəngdə 2-3 gün saxlamağı məsləhət görürlər).
Əhəngli suyu əvvəlcədən hazırlamaq lazımdır. Bunun üçün 0,5 kq söndürülmüş əhəngin üstünə 5 l qaynadılmış soyuq su töküb qarışdırın. 4 saatdan sonra bu suyu bir neçə qat tənzifdən keçirib qozların üstünə tökün.

Lahmacun

Əgər istəsəniz, içərisinə doğranmış cəfəri də qoyub yeyə bilərsiniz. Ayran içməyi isə yaddan çıxarmayın.
Tərkibi:
Xəmir üçün:
1 kq un;
1 paket yaş maya duz;
1 desert qaşığı şəkər tozu;
1/2 çay stəkanı maye yağ;
ala bildiyi qədər ilıq su.
İçi üçün:
1/2 kq dana qiyməsi;
1/2 dəstə cəfəri;
4 ədəd pomidor;
7 ədəd soğan;
1 yemək qaşığı qırmızı istiot;
3 qaşıq maye yağ;
3 qaşıq tomat pastası.
Hazırlanması:
Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Yarım saat acımağa qoyun. Sonra içini hazırlayın. 1/2 kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə birlikdə qarışdırın.
Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra kürədə bişirin.
Əgər istəsəniz, içərisinə doğranmış cəfəri də qoyub yeyə bilərsiniz. Ayran içməyi isə yaddan çıxarmayın.

Mar 26, 2014

Şokoladlı tort

Lazım olan vəsaitlər :


3 yumurta

2.5 su stəkanı süd

2 su stəkanı un

Yarım su stəkanı toz şəkər

50 qr kakao

1 paket vanil

1 çay qaşığı qabartma tozu

Krem üçün :

200 ml krem

1 paket vanil

Üzəri üçün :

200 qr bitter şokolad

200 ml krem


Hazırlanması :

Krep (nazik xemir üçün) üçün yumurta, süd, un, şəkər, qabartma tozu, vanil və kakaonu qarışdırma qabına əlavə edin.

Mikser ilə yaxşıca çırpın.

Yapışmaz səthli tavaya çox yüngül yağ sürtün.

Qarışıqdan təxminən 1 çömçə dolusu alaraq tavaya qoyun.

Önlü arxalı yüngül qızarana qədər bişirin.

Bütün xəmir bitənə qədər təkrarlayın.

Krem ilə vanili mikserlə tündləşənə qədər çırpın.

10 dəqiqə soyuducuda soyudun.

Nəzərdə tutduğunuz tort qabına bir ədədini yerləşdirin.

Üzərinə bir miqdar krem çəkib ikinci krebi (nazik xəmir) yerləşdirin.

Aralarına krem çəkərək bütün krepləri üst-üstə düzün.

Soyuducuda gözlədin. Kremini sous qazanına qoyaraq istilədin.

Şokoladı kiçik parçalara bölərək əlavə edin, əriyənə qədər qarışdırın və soyumağa buraxın.



Tortun üzərini şokolad qarışığı ilə sıvayın və zövqə görə bəzəyərək servis edin.

qadin.az

Ən çox oxunulan