Feb 28, 2014

Toyuq ləvəngisi



Ərzaqlar

1 toyuq
250 qr qoz lepesi
2 soğan
2 xorek qashigi turşu
yağ
duz, istiot, sarikok
qatıq
Hazırlanması

Çiy toyuğu sobaya qoyun, 1-2 yerdən deşin və 15-20 deq bişirin çirkli suyun atın

Ezilmis qoz lepesini çekilmis ve yağda qizardilmis soğan ve turşu ile qarisdırın.
Toyuğu duzlayıb istiot vurun, hazır içi toyuğun içinə yığın.
Balaca bir qabda bitki yağı və qatığı qarışdırıb toyuğun üzərinə çəkin sobada qızaranacan bişirin.

Nuş olsun.

Toyuq salatı


Ərzaqlar

Toyuq filesi – 1 ədəd
Əzilmiş qoz – 0,5 stəkan
Mayonez – 1 x/q.
Qatıq – zövqə görə
Sarımsaq – 1 diş
Duz, istiot zövqə görə
Hazırlanması

Toyuq filesini suda bişirib, xırda-xırda doğrayıb, əzilmiş qozla qarışdırın. Mayonezi və sarımsaq qatılmış qatığı bir qabda möhkəm qarışdırıb, toyuğun üzərinə tökün. Duz, istiot əlavə edib, süfrəyə verin.

Paytaxt salatı


Ərzaqlar

250 gr mal əti
1 banka göy noxud
4-5 ədəd yumurta
4-5 ədəd kartof
3-4 ədəd yerkökü
2 ədəd təzə xiyar
2 ədəd turşu xiyar
1 dəstə şüyüd
1 dəstə göy soğan
1 banka mayonez

Hazırlanması

Əti, yumurtanı, yerkökünü, katofu bişirin.
Sonra ərzaqların hamısını xırda-xırda doğrayın.
Azacıq duz gatın, mayonezlə garışdırın.

Manqal salatı


Ərzaqlar

2 ədəd badımcan
3 ədəd pomidor
1 ədəd bolqar bibəri
1 baş soğan
1 dəstə cəfəri
1 dəstə reyhan (yaşıl və bənövşəyi)
duz, istiot – zövqə görə
zeytun yağı – zövqə görə
sarımsaq – zövqə görə (olmasa da olar)

Hazırlanması

Badımcan, pomidor və bibəri kabab edin (tez-tez çevirə-çevirə açıq alovda bişirin). Bişmiş badımcanı soyuyana kimi soyuq və çox duzlu suda saxlayın. Ehtiyatla qabığını soyun. Qaba dikinə söykəyin ki, acı suyu axsın. Badımcanları iri dördbucaq formasında doğrayın. Pomidorların və bibərin qabığını soyun. Pomidor, soğan, bibər, cəfəri, reyhan və sarımsağı doğrayın. İstəkdən asılı olaraq salata acı bibər, şüyüd, nanə və s. qatmaq olar. Sonda duz, istiot və zeytun yağı əlavə edib qarışdırın. Çox yüngül və dadlı salatdır. Nuş olsun!
Hiss iyi bu salatın özəl xüsusiyyətlərindəndir.

"Piti"nin hazırlanması


Ərzaqlar

(1 porsiya üçün)
150 qr Qoyun əti (sümüklü və yağlı)
1 böyük kartof
noxud (20 qr, 1 ovuc)
1 baş soğan
tomat pastası
alça (20 qr, 1 ovuc)
sarıkök, duz, istiot

Hazırlanması

Noxudu soyuq suda 4-5 saat isladın və sonra natamam bişirin. Əti yuyub qazanın içinə qoyun və su tökün. (Su ətin üstünədək olmalıdır.) Qazana bir baş təmizlənmiş soğanı da atın və orta temperaturda bir saata yaxın bişirin və duz əlavə edin. Ətin kəfini yığın, bulyon şəffaf olmalıdır. Ət bişəndən sonra baş soğanı çixarıb atın. (Soğan onun üçün atılır ki, qoyun ətinin qoxusunu özunə çəksin.)
Kartofu təmizləyib qazana tökün, bir az sarıkök, noxud və alçanı əlavə edin. Kartof bişərkən yarım xörək qaşığı tomat pastası və ya xırda doğranmış pomidor tökün. 5-10 dəqiqə bişirin. Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti də verilir.

Nuş olsun.

Mərcimək şorbası


Ərzaqlar

1 st qırmızı mərcimək
1 ədəd baş soğan
1 ədəd kök
1 ədəd kartof (kiçik)
1 x.q pomidor məti(tomat)
1 x.q quru nanə
4 x.q zeytun yağı
6 st su (2 st ət suyu və 4 st adi su götürə bilərsiniz)
Duz
Istiot
1 ədəd limon

Hazırlanması

Bütün tərəvəzləri və mərciməyi təmizləyib yuyun. Soğanı,kartofu və kökü xırda doğrayın. Soğanı, kartofu, kökü və mərciməyi qazana tökün. Üstünə suyu töküb yeməyi ocağa qoyun. (Ət suyu ilə olduqda şorba daha dadlı olur) Qaynadıqda kəfini yığın. Tərəvəzlər yaxşıca bişdikdə yeməyi ocaqdan götürüb blenderdən keçirin.

Zeytun yağını tavaya töküb qızdırın. Sonra pomidor mətini töküb qovurun. 3-5 dəqiqə sonra nanə qurusunu da əlavə edib 2-3 dəqiqə qovurub götürün. Qovurduğunuz nanəli pomidor mətini yeməyə əlavə edib, zövqə görə duz və istiotunu da töküb 10-15 dəqiqə bişirin. Şorbanı süfrəyə verdikdə yanında limon verə bilərsiniz.

Nuş olsun!

"Fajita"nın hazırlanması



Ərzaqlar:
  • 8 ədəd tortilla (kiçik lavaş)
  • 400 qr. mal əti (nazik zolaqlar halında kəsilmiş)
  • 1 diş sarımsaq (incə doğranmış)
  • 1 ədəd orta boy soğan (incə doğranmış)
  • 1 ədəd qırmızı və ya yaşıl bibər (nazik zolaqlar halında dilimlənmiş)
  •  (əgər varsa 1 yemək qaşığı jalapeno bibəri)
  • 1 yemək qaşığı istiot
  • ( əgər varsa kimyon )
  • 1 yemək qaşığı limon suyu
  • 2 yemək qaşığı zeytunyağı
  • Duz, qara bibər.

    Hazırlanması

    1 yemək qaşığı zeytunyağını teflon tavaya qoyun.
    Soğan, sarımsaq və bibərləri qarışdıraraq soğanların rəngi dəyişənə  qədər qovurun.
    Tavadan alıb bir qaba qoyun.
    Tavaya 1 yemək  qaşığı zeytunyağını əlavə edin.
    Ətləri tavaya əlavə edin.
    Çevirərək 4-5 dk. bişirin.
    Oval bir  qaba pişirmiş olduğunuz soğan, sarımsaq, bibərləri qoyun.
    Ətləri, ədviyyatları və limon suyunu əlavə edin.
    200 dərəcədə isidilmiş sobada 10 dk. qədər bişirin.
    Tortillalar istilədin.
    Fajitayı, tortilla və salsa souslarla birlikdə isti servis edin.






Qaymaqlı kök şirəsi


Kökün tərkibindəki karotinin insan orqanizmində həzmi üçün kök şirəsini qaymaqla qarışdırmaq məsləhətdir.
1 pors üçün
Tərkibi:
Kök – 300 qr
Qaymaq 100 ml
Nuş olsun!

okay.az

Almalı-yoqurtlu smuzi








Tərkibi: 
Alma – 150 qr
Yoqurt – 200 qr
Bal – 1 – 1.5 çay qaşığı
Darçın – 0.25-0.5 çay qaşığı
Blenderlə qarışdırın.
Nuş olsun!

Feb 27, 2014

Ümmüş şorbası


Tərkibi: 

3 toyuq budu
2 ovuc əriştə
2,5 st. qatıq 
2 dolu x.q. un 
1 yumurta
1-2 x.q. kərə yağı
qırmızı pul bibər 

Toyuq budlarını yuyub suda qaynadın. Yaxşıca bişəndən sonra ətləri qazandan çıxarın, suyunda əriştəni bişirin. Toyuq ətinin dərisini və sümüyünü çıxarın, ətini isə didin, qaynayan əriştəyə əlavə edin. 

Bir qazanda qatıq, yumurta və unu çalın. Su əlavə etmədən ocağın üstünə qoyun. Dayanmadan qarışdıraraq bişirin. Poqquldamağa başlayanda qaynayan toyuq suyundan əlavə edib qarışdırmağa davam edin. Sonra o biri qazandakıları (əriştə, ət, su) da buraya əlavə edin, qarışdıraraq bişirin. Əriştələr bişincə yeməyiniz hazırdır. 
Şorba qatı alınır. Ancaq duru xoşlayırsınızsa, toyuq bulyonunu çox edə bilərsiniz.  

Üzərinə kərə yağında qızdırılmış pul bibər gəzdirin. 

Nuş olsun! 

Milli.Az

"Ağıllı pirojna"



Bu pirojnanı hazırlayanda ərzaqlar qarışır və duru xəmir alınır. Amma sobada onlar "ağıllıca", öz-özünə aralanır: ortasında krem olan tort əmələ gəlir. Bu, ərzaqların yağlılıq dərəcəsi fərqli olduğuna görə belə alınır.


Tərkibi: 
4 yumurta
125 q yağ
500 ml isti süd 
115 q un 
150 q şəkər tozu
0,5-1 ç.q. vanil
1 x.q. su

(20x20 sm-lik forma) 

Yumurta ağlarını sarılardan ayırın. 

Yumurta ağlarını bir çimdik duzla möhkəm çalın. 

Yumurta sarılarını şəkər tozu, vanil və su ilə çalın. 

Yağı əridin, azca soyudun. 

Soyumuş yağı çalınmış yumurta sarısına əlavə edib yenə çalın. 

Unu hər dəfə yaxşıca çalmaqla üç dəfəyə əlavə edin. 

Südün yarısını tökün, yaxşıca çalın, sonra südün qalan yarısını da töküb möhkəm çalın. 

Yumurta ağlarını ehtiyatla əlavə edin, qaşıqla altını üstünə çevirməklə ehtiyatla qarışdırın. 

Formanı yağlayıb içinə un səpin (formanın kənarları açılan olmasın). 

Xəmiri tökün (o, hətta blinçik xəmirindən də duru olur). 

175 dərəcə qızdırılmış sobada 40-80 dəqiqə bişirin (bu, sobadan asılıdır). Üstü yaxşıca qızarmalıdır, içi isə yumşaq olmalıdır. 

Tam soyudun. Üzərinə şəkər pudrası səpin. Doğrayın. 

Nuş olsun!

Milli.Az

Toyuq naggetsləri


Tərkibi (4 pay):

2 toyuq döşü və ya 4 file
2 yumurta
0,5 st. süd
1 st. narın suxarı 
2 x.q. un 
duz 
ədviyyat

Ətin sümüyünü ayırın, böyük olmayan tikələrə doğrayın. Hər tikəni duzlayıb-istiotlayın, una batırın.  

Yumurtaları südlə çalın, sonra unladığınız toyuq tikələrini bura salın, fritürdə qızardın. 

Qızardıqdan sonra kağız salfetlərin üzərinə düzüb yağını çəkməsini gözləyin. 

Nuş olsun! 


Milli.Az

Şokoladlı-kokoslu rulet

Tərkibi: 

200 q şəkərli peçenye
1 x.q. kakao tozu
100 ml su
1 st. kokos yonqarı 
0,5 banka qatılaşdırılmış süd

Suyu qaynadıb soyudun. Şəkərli peçenyenin şokoladlısından istifadə edirsinizsə, kakao tozuna ehtiyac qalmır. Adi, şokoladlı, yaxud şahmat naxışlı peçenye yarayar. Peçenyeni həvəngdə, yaxud blenderdə xırdalayın.



 

 Kakao tozu əlavə edin

Qaynanmış suyu töküb qarışdırın. 





Xəmir kimi alınır. Onu perqament kağızının üstünə qoyub oxlovla yayın. Cırıla bilər, amma qorxusu yoxdur, bir qırağından kəsib deşiyin üstünə qoyun, yenidən yayın. 

Kvadrat, yaxud düzbucaqlı formada kəsin. 





İç: kokos yonqarını qatılaşdırılmış südlə qarışdırın.




Bu qarışığı perqament kağızının üstünə qoyun. Üstünə eyni ölçüdə daha bir perqament kağızı qoyub, oxlovla yayın.




Sonra üstdəki perqamenti ehtiyatla götürün, içi isə ehtiyatla peçenye əsaslı korjun üstünə çevirin. Azca üstündən basa-basa perqament kağızını səliqə ilə götürün. 




Korjun altındakı perqamentin köməyilə rulet kimi bükün. Perqamentə büküb soyuducuda bir qədər saxlayın. 







İti bıçaqla kəsin, kokos yonqarı ilə bəzəyin. 




Nuş olsun!


Milli.Az     
 


Ən çox oxunulan