Feb 27, 2014

"At nalı" salatı


Tərkibi: 

150 q koreya üsulu yerkökü
300 q toyuq filesi 
2 yumurta 
200 q bərk pendir 
200 q şampinyon
1 baş soğan 
150 ml mayonez
duz

bəzək: 
zeytun
2 yumurta
kolbasa
pomidor 
göy soğan 
cəfəri 

Yumurtaları suda bişirin, qaynayandan sonra da daha bir neçə dəqiqə bişirin ki, çox bərk olsun. Sonra dərhal soyuq suya qoyun ki, qabığı asan təmizlənsin. 

Toyuq filesini təmizləyib kubik doğrayın. 

Bir boşqaba karri səpib fileni ona batırın. 

Tavada yağı qızdırın, toyuq kubiklərini tam bişincə qızardın. 

Bişdikdən sonra soyudun. Koreya üsulu yerkökü ilə qarışdırın. 

Şampinyonları yaxşıca təmizləyin. Doğrayın. Bitki yağında əvvəlcə xırda doğranmış soğanı, sonra göbələyi əlavə edib qovurun. 

Təmizlənmiş yumurtaları sürtgəcin xırda gözündən keçirin. 

Toyuğu, göbələyi və yumurtanı mayonez əlavə edib qarışdırın. 

Salatı buluda at nalı formasında qoyun. 

Pendiri sürtgəcdən keçirib salatın kənarlarına səpin.  

Yumurtaları dilimləyib "nal"ın ortası boyu düzün. 

Salyami kolbasasını qızılgül kimi büküb salatın kənarları boyu düzün. Bunun üçün onu çox nazik doğramaq lazımdır. 
Pomidorlardan üç qızılgül düzəldib yumurtaların üstünə qoyun. 

Kolbasadan olan güllərin içinə zeytun qoyun. Salatı göy soğan və cəfəri ilə bəzəyin. 

Nuş olsun! 


Milli.Az

"Qarlı Praqa" tortu


Tərkibi: 


korj: 
4 yumurta
2 st. şəkər tozu
400 q xama
400 q qatılaşdırılmış süd 
1 ç.q. soda
3 st. un

krem:
4 yumurtanın sarısı 
500 ml süd 
1 st. şəkər tozu
2 x.q. un (üstsüz)
2 x.q. nişasta (üstsüz)
100 q kərə yağı 
1 q vanilin
albalı cemi 

qlazur:
200 q qara şokolad
100 ml süd 
100 q kərə yağı 

bəzək:

beze
kokos yonqarı 
şəkərli muncuqlar 

Korjlar:

Yumurtaları şəkər tozu və xama ilə çalın. 

Qatılaşdırılmış süd və limon şirəsində söndürülmüş soda əlavə edin. 

Un əlavə edib yaxşıca qarışdırın. 

Xəmiri iki yerə bölün. 180-200 dərəcə qızdırılmış sobada 50 dəqiqə bişirin.

Krem:

Yumurta sarılarını şəkər tozu ilə çalın.

Un və nişastanı əlavə edin, lopa qalmasın deyə yaxşıca çalın. 

Südü qızdırın, yumurta-un qarışığını əlavə edin. Vam odda daim qarışdıraraq bişirin. Qatılaşanda, üzərində iri qabarcıqlar əmələ gəlib vulkan kimi partlayanda götürün. 

Soyudun, vanil və yumşaldılmış kərə yağı əlavə edib çalın. 

Korjları iki yerə bölün. Hər 4 korja bolluca krem çəkib üst-üstə yığın. Otaq temperaturunda 2 saat saxlayın. Bir gecə soyuducuda saxlayın. 
  
Səhəri gün tortun kənarlarını bıçaqla kəsib hamarlayın. 

Albalı cemini qızdırın, tortun üstünə və kənarlarına çəkin. 

Qlazur:

Südü qızdırıb içində şokoladla yağı əridin. 

Tortun hər tərəfinə qlazur çəkin. 

Üzərini beze, kokos yonqarı və şəkərli muncuqlarla bəzəyin. 

Nuş olsun! 

Milli.Az

Narşərablı yerfıstığı şorbası


Tərkibi: 


1 qəhvə fincanı bitki yağı 
1 su st. döyülmüş yerfıstığı 
2 x.q. un 
1 x.q. tomat pastası
5 st. ət bulyonu
1 qəhvə fincanı narşərab 
1 dəstə tərxun 
zirə
duz
istiot 

Qazanda bitki yağını qızdırın, döyülmüş yerfıstığını qızaranadək qovurun. Un əlavə edib qarışdıraraq daha 2 dəqiqə qovurun. Tomat pastasını əlavə edin, 2-3 dəqiqə qarışdırın, 5 su stəkanı ət bulyonunu əlavə edin. 10-15 dəqiqə qaynadıqdan sonra narşərab, tərxun, zirə, duz, istiot vurub 1-2 dəqiqə qaynadıb ocaqdan götürün. 

Nuş olsun! 

Milli.Az

Ən çox oxunulan