Aug 21, 2014

Tərəvəzli buğlama balıq

Ərzaqlar:
  • 2 dənə ala balıq,
  • 2 kartof,
  • 4-5 uzunsov bibər,
  • 2 qaşıq kərə yağı,
  • 1 qaşıq duru yağ,
  • 2 pomidor,
  • 3 diş sarımsaq,
  • 2 baş soğan,
  • Yetərin qədər duz,
  • 1 dəstə cəfəri,
  • Ağzı qapalı tava,
Hazırlanması:
  • Balıqları təmizləyib yuyun.
  • 2-3 yerə kəsin.
  • Kərə yağında azca qızardın.
  • Kartofları incə halqalar şəklində doğrayın.
  • Soğanları da eyni şəkildə doğrayın.
  • Sarımsaqları bütöv atın.
  • Bibərləri kiçik-kiçik doğrayın.
  • Pomidorların qabığını soyun.
  • Küp-küp doğrayın.
  • Duzunu atın.
  • Duru yağda bişirin.
  • Cəfərini də incə doğrayın və sonda xörəyin  üzərinə səpin.
  • Isti halda servis edin.

Balıq şorbası

Tərkibi:
  • 1 kq balıq,
  • 1 şirniyyat qaşığı rəndələnmiş limon qabığı,
  • 1 çay qaşığı duz,
  • 1 çay qaşığı istiot,
  • 2 limonun suyu,
  • 2 şorba qaşığı zeytun yağı
  • 3 soğan,
  • 6 qabığı soyulmuş pomidor,
  • 2 kereviz saplağı,
  • 500 q kartof,
  • 5 stəkan balıq suyu,yaxud da su,
  • 2 qaşıq cəfəri,
  • 2 şirniyyat qaşığı kəklikotu,
  • 4-5 dilim çörək,
Hazırlanması:
  • Təmizlənmiş balıqları böyük bir qaba yerləşdirin.
  • Üzərinə limon qabığı rəndəsi, duz,
  •  Istiot səpdikdən sonra , limon suyunu və zeytun yağını da əlavə edərək bir tərəfə qoyun.
  • Soğanları incə-incə doğrayın.pomidorların qabığını soyub incə-incə doğrayın.
  • Kerevizləri də yuyub incədoğrayın.
  • Kartofları soyub küp-küp doğrayın.
  • Sonra soğanı, pomidoru, kərəvizi, kartof və balıq suyunu, yaxud da suyu bir qazana qoyub yüksək atəşdə qaynadın.
  • Qaynamağa başlayıncavatəşi azaldaraq 30 dəqiqə kartoflar bişənə qədər bişirin.
  • Balıq qarışıqlı ərzaqları qazana yığın.
  • Cəfəri və kəklik otunu da qataraq 15-20 dəqiqə balıq  qılçıqlardan ayrılana qədər bişirin.
  • Şorba kasalarına dilimlənmiş çörəkləri əlavə edin.
  • Balıqları kəfkir vasitəsi ilı qazandan alaraq qılçıqlarını ayırıb çörəklərin üzərinə əlavə edin.
  • Üzərinə şorbanı əlavə edin.

Tikə kababı

Tərkibi:
  • 350 q qoyun əti,
  • 60 q baş soğan,
  • 40 q göy soğan,
  • 10 q cəfəri və reynan,
  • 3 q sumaq yaxud 5 q narşərab
  • istiot,
  • duz.
Qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır. Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kümür üzərində qızardılır. Ət şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir. Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir. Şişlər arabir çevrilməlidir.
Tikə kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə verilməlidir. Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir. Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur. Yay zamanı tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor əlavə edilir.

Qaraciyər kababı

Tərkibi:
Hər pay üçün:
  • 230 q qoyun qara ciyəri,
  • 3 q sumaq,
  • duz.
Qara ciyər pərdələrdən azad edilib 30-40 qramlıq kub formalı tikəciklərv, eyni zamanda da qoyun quyruğu 10 qramlık tikəciklərə doğranır, növbə ilə şişə taxılır. Manqalda qızartmazdan əvvəl kababa duzlu su səpilir. Hazır olduqda bunun yanında süfrəyə göyərti və sumaq verilir.

Lülə kabab

Tərkibi:
Hər pay üçün
  • 300 q qoyun əti,
  • 20 q quyruq yağı,
  • 40 q göy soğan,
  • 15 q reyhan və cəfəri,
  • 45 q un,
  • 5 q duz.
Qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır və soğanla birlikdə ətçəkəndən keçirilir. Qiyməyə duz və istiot vurulub suvaşqan kütlə əmələ gəlincə ciddi qarışdırılır. Bundan sonra qiymə 20 dəqiqə soyuq yerdə saxlanılır və yastı formalı sardelka şəklində 1,4 sm enində 45 qramlıq çəkidə hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır. Manqalda odsuz kömür üzərinda qızardılır.
Lavaş hazırlamaq üçün un ələnir, içinə su və duz qatılıb bərk xəmir yoğrulur və dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır. Lavaş yağsız hər iki üzü tavada bişirilir.
Lüləkabab süfrəyə veriləndə lavaşın içinə qoyulur və bunun yanına halqavarı doğranıx soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.

Südlü sıyıq

Lazım olanlar: Hər pay üçün:
  • 250 q süd,
  • 50 q düyü,
  • 10 q kərə yağı,
  • 20 q şəkər,
  • 1 q darçın,
  • 0,05 q zəfəran,
  • duz.
Südün içinə 1:1 nisbətində su qatılıb qaynadılır.  Daha öncədən yarımbişirilmiş düyü, duz vurularaq zəif odda bişirilir. Süfrvyə verilməzdən qabaq üstünə zəfəran şirəsi (2 q zəfəran 50m3 isti suda açılır), habelə darçın, kərə yağı və şəkər vurulur.

Səbzi qovurma

Lazım olanlar: 
  • Hər payına
  • 330 q qoyun əti,
  • 100 q baş soğan,
  • 25 q yağ,
  • 10 q abqora yaxud 0,3 q limon duzu,
  • 0,1 q zəfəran,
  • 50 q ispanaq,
  • 50 q keşniş, kəvər və şüyüd,
  • duz.
Hazırlanma qaydası: 
Qoyun cəmdəyinin bud yaxud bel hissəsindən 25-30 qramlıq sümüksüz tikə kəsilib duzlanır və qovrulur. Sonra bunun içinə yağda qızardılmış soğan, zəfəran şirəsi, limon duzu yaxud abqora vurulub öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış narın doğranmış göyərti, (ispanaq, kəvər, keşniş) qatılır və süfrəyə veriləndə üstünə təzə şüyüd sərpiilr.

1001dad

Göbələk çığırtması

TƏRKİBİ:
Bir pay üçün:
  • 263 q təzə göbələk,
  • 20 q yağ,
  • 30 q baş soğan,
  • 2 ədəd yumurta,
  • 5 q cəfəri,
  • istiot və duz.
Hazırlanma qaydası
Təzə ağ göbələk soyuq suda yuyulub qabığı soyulduqdan sonra xırda doğranır və soğan qatılaraq yağda qızardılır. Bunun hamısı tavanın içinə qoyulub üstünə çalınmış yumurta tökülür və fırında bişirilir. Süfrəyə verilən zaman göbələk çığırtmasının üstünə yağ vurulur və göyərti səpilir.
Qeyd: Pomidor çığırtması da bu qayda ilə hazırlanır. Burda pomidor dilim şəklində doğranıb soğanla birlikdə qızardılır.

Qiyməli çığırtma

Lazım olanlar:
  • Qoyun əti – 163 q.
  • Baş soğan – 40 q.
  • Ərinmiş yağ – 25 q.
  • Yumurta – 2 ədəd.
  • Şüyüd – 12 q.
  • Zəfəran – 0,1 q.
  • İstiot – 0,1 q.
  • Duz –zövqə görə.
Hazırlanma qaydası:
Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur. Qiymənin üzərinə çalınmış yumurta vurulub qızdırıcı sobada bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir.

Əvəlik dolması

Lazım olanlar:
  • 1 kq əvəlik,
  • 3 stəkan bulğur,
  • 1 stəkan düyü,
  • 2 soğan,
  • 2 diş sarımsaq,
  • 200 q qiymə,
  • Yarım dəstə cəfəri,
  • Yarım dəstə şüyüd,
  • 1 şirniyyat qaşığı pul bibər,
  • 1 şirniyyat qaşığı istiot,
  • 1 şirniyyat qaşığı nanə,
  • 1 şirniyyat qaşığı cirə,
  • 1şirniyyat qaşığı kəklik otu,
  • 250 q qatıq
Hazırlanma qaydası:
  • Əvəlik xaric bütün ərzaqları plov bişirən kimi bişirin.
  • Əvəliyin orta hissəsini çıxardın.
  • Yarpaqlara iç xərcini qoyub bükün.
  • Dolmaları qazana yığın.
  • 1 silmə şirniyyat qaşığı duz atıb , üzərinə çıxacaq qədər su əlavə edin.
  • Zeytun yağı və tomatı da tökərək üzərinə bir boşqab çevirin.
  • Suyunu çəkənə qədər bişirin.
  • Sarımsaqlı qatıqla birlikdə servis edə bilərsiniz.

Ət qutabı

Lazım olanlar:
  • 400 qr quzu və ya dana əti,
  • 2 baş soğan,
  • 20 qr lavaşana və ya 40 qr nar,
  • 440 qr buğda unu,
  • 100 qr yağ,
  • sumaq,
  • darçın,
  • duz
  • istiot
Hazırlanma qaydası
Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Yumşaq quzu və ya dana əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Pendirli açma

Lazım olanlar:
  • 2 stəkan süd,
  • 1 stəkan duru yağ,
  • 1 stəkan ilıq su,
  • 1 yumurta ağı
  • 2 yemək qaşığı şəkər,
  • 1 az duz.
  • 1 paket yaş maya.
  • Yetərincə un.
Hazırlanma qaydası:
  • Yoğurma qabına maya və ilıq su alıb mayanı əridin.
  • Daha sonra digər ərzaqları sırası ilə əlavə edib yumşaq xəmir yoğurun.
  • Xəmiri otaq temperaturunda 1 saat saxlayın.
  • Sonra xəmirdən yumurta böyüklüyündə kündələr ayıraraq   uzununa  ovuc içi qədər açın.
  • Xəmirin içinə ərimiş marqarin yaxın və üzərinə başqa bir xəmir qoyub təkrar marqarin yaxın.
  • Iç xərcindən qoyub xəmiri rulon şəklində bükün və simit şəkli verərək uclarını birləşdirin.
  • Yağlanmış siniyə yerləşdirin.
  • Daha sonra üzərinə yumurta sarısı sürtüb küncüt, çörək otu səpin.
  • Yarım saat dincə qoyduqdan sonra əvvəlcədən 200 dərəcə qızdırılmış fırında bişirin.

Aug 19, 2014

Marmeladlı pirojnalar

Tərkibi: 

xəmir: 
3 st. un
1 yumurta
250 q marqarin
1 x.q. sirkə
duz

iç: 

150-200 q marmelad

Una bir çimdik duz əlavə edərək yağla döyün. Yumurtanı stəkanın içinə qırın, çəngəllə çalın, sirkə və stəkan dolanadək buz kimi soyuq su əlavə edin. (Suyun çox soyuq olması xəmirin qat-qat alınması üçündür). 

Bu qarışığı un-yağ qarışığına əlavə edib xəmir yoğurun. Xəmiri 1 saat soyuducuda saxlayın. Sonra çıxarıb 2-3 kündə tutun. 

Kündələri yayın. Alınan dairəni ortadan bölün, sonra isə hər tərəfini üçbucaqlara ayırın (mütəkkə kimi). Üçbucaqların "oturacağına" ikiyə bölünmüş marmelad qoyun, bükün. 
Siniyə düzüb 160 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobanın istiliyi çox olmamalıdır ki, pirojnaların içi də bişsin. 
Bişdikdən sonra pirojnaları soyudun, üzərinə bol şəkər pudrası səpin. 

Nuş olsun! 

Milli.Az 

Ezogelin şorbası

Tərkibi: 

1 qəhvə fincanı xırda bulqur
1 qəhvə fincanı qırmızı mərcimək
1 qəhvə fincanı düyü
1 ç.q. kərə yağı
1 baş soğan
1 x.q. tomat pastası
3 st. bulyon (ət və ya toyuq)
4 st. su
duz
cəfəri

Soğanı xırda doğrayıb kərə yağında qovurun. Pastanı əlavə edib qovurun. Bulyon və suyu əlavə edin. Qaynayanda bulqur, mərcimək və düyünü əlavə edin, vam odda yumşalanadək bişirin. 

Ocaqdan götürün, duz vurun, doğranmış cəfəri səpin. 

Nuş olsun!

Milli.Az 

Yaşıl zeytunlu kökələr


Tərkibi (8 pay):

1 boyat çörək
aldığı qədər un
250 q qiymə
3 x.q. bitki yağı
250 q çərdəksiz yaşıl zeytun
1 dəstə cəfəri
1 dəstə göy soğan
duz
qara istiot
pul bibər

Çörəyi dilimləyib bir qaba yığın. Üzərinə isladacaq qədər su tökün. Yumşaldıqdan sonra sıxıb suyunu süzün.

Un əlavə edərək yumşaq xəmir hazırlayıb gəlməsi üçün saxlayın.

Qiyməni bitki yağında qovurun. Üzərinə xırdalanmış göy soğan, cəfəri və zeytunu əlavə edin. Duz və ədviyyatı əlavə edin, qarışdırıb ocaqdan götürün.

Xəmirdən kündələr tutub 10 sm diametrində yayın. İç qoyub kənarlarını birləşdirin.

Az yağda hər iki üzünü qızardın.

Nuş olsun!

Milli.Az 

Kəsmikli kahı salatı


Tərkibi: 
1 dəstə kahı
3 pomidor 
200 q dənəvər kəsmik
duz
qara istiot 
soya sousu (zövqə görə)

Yaxşı yuyulmuş kahı yarpaqlarını əllərinizlə doğrayıb dərin kasaya yığın. 

Pomidorları da həmin kasaya doğrayın. 

Kəsmik, duz, istiot əlavə edib qarışdırın. Əgər çox quru alınarsa, soya sousu və ya bir qədər zeytun yağı əlavə edin. 

Həvəskarlar tuna balığının konservini də əlavə edə bilərlər. 

Qeyd: Salatı hazırlayarkən ardıcıllığı pozmayın. 
Nuş olsun!

Milli.Az 

Əriştəli mərcimək şorbası

Tərkibi: 

1 st. yaşıl mərcimək
4 st. su
1 baş soğan 
3 x.q. qarğıdalı yağı
1 x.q. tomat pastası
duz
qara istiot
1 armudu st. əriştə

üzərinə:
qatıq 

Xırda doğranmış soğanları qovurun, tomat pastasını əlavə edin. Mərcimək, su, duz, qara istiotu əlavə edib 15-20 dəqiqə bişirin. Mərcimək bişdikdən sonra əriştəni əlavə edin, təxminən 10 dəqiqə, yumşalanadək bişirin. 

Şorbanı süfrəyə verərkən yanında qatıq qoyun. 

Qeyd: Şorba qatılaşarsa, qaynar su əlavə edin. 

Milli.Az 

Aug 5, 2014

Göbələkli kökələr

Tərkibi (40 ədəd): 

1 kq un (az və ya çox ola bilər)
300 ml süd
70 q yaş maya
150 q şəkər tozu
3 yumurtanın sarısı
1 çimdik duz
70 q kərə yağı
400 q təzə göbələk
70 ml bitki yağı
1 baş soğan 
2 yumurta
0,5 dəstə göy soğan 
qara istiot 

Mayanı ilıq süddə əridin, 50 q şəkər tozu, unun yarısını əlavə edin, qarışdırıb 3 saat isti yerdə saxlayın. 
Yumurta sarılarını qalan şəkər tozu ilə çalın. Barataya əlavə edin. Duzu az miqdarda su ilə qarışdırıb barataya əlavə edin. Kərə yağını yumşaldın, bitki yağı ilə birlikdə barataya qatın. Unun qalanını da əlavə edib yumşaq xəmir yoğurun. Daha 1 saat saxlayın. Bu müddətdə xəmiri 1-2 dəfə ətləyin.

Xəmir gələnədək içi hazırlayın. Göbələyi, soğanı xırda doğrayın, yağda qovurun, duz və istiot vurun. Yumurtaları suda bişirin, təmizləyib xırda doğrayın, göbələyə əlavə edin. Göy soğanı xırdalayın, içə əlavə edin, duz vurub qarışdırın. Soyudun. 

Gəlmiş xəmiri ətləyin. Kökələr hazırlayıb içinə iç qoyun, "tikişi" altda olmaqla siniyə düzün. 10-15 dəqiqə gəlməsini gözləyin. Bişirməzdən əvvəl üzərinə süd və ya qaymaqla çalınmış yumurta sarısı çəkin. 180 dərəcə qızdırılmış sobada üzəri qızarınca bişirin. 

(Bunu fərqli içlərlə də hazırlaya bilərsiniz, məsələn, qiymə ilə, kələmlə, alma ilə, yaxud kəsmiklə).

Nuş olsun!

Milli.Az 

Jul 21, 2014

Portağallı-şokoladlı keks


100 q kərə yağı
180 q şəkər tozu
2 yumurta
2 orta boy portağal
250 q un
0,5 ç.q. qabartma tozu
0,25 ç.q. duz
0,25 ç.q. soda
60 ml portağal şirəsi
100 q xama və ya qatıq
100 q şokolad

qanaş:


120 q şokolad
50 ml yağlı qaymaq (30% və daha yağlı)



Hər iki portağalın qabığını sürtgcəin xırda gözündən keçirin (ağ hissəyə keçməyin). Portağallardan 60 ml şirə sıxın.



Otaq temperaturunda olan yağı şəkər tozu və portağal sedrası ilə çalın. Çalmağı dayandırmadan bir-bir yumurtaları əlavə edin.



Duz, soda və qabartma tozu ilə birlikdə ələnmiş unun yarısını əlavə edib qarışdırın. Xama və portağal şirəsi əlavə edib qarışdırın. Unun qalanını əlavə edib eynicinsli xəmir yoğurun.



Xəmir əlavə edəcəyiniz şokoladı bıçaqla xırdalayın (ovuntuq).



Xəmirə əlavə edib qarışdırın.



Xəmiri yağlanmış formaya töküb 180 dərəcə qızdırılmış sobada təxminən 50-60 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Hazır keksi soyudun.

Qanaş: şokoladı xırda doğrayıb üzərinə qızdırılmış qaymağı (qaymağı qaynara düşənədək qızdırın, amma qaynamağa qoymayın) əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın.



Qanaşı keksin üzərinə tökün, soyuyandan sonra doğrayıb süfrəyə verin.



Nuş olsun!

Milli.Az 

Jul 20, 2014

Холодный суп из кефира с огурцами

Что нужно: (4 порций)

600 мл кефира
200 мл питьевой холодной воды
4 средних огурца
6 редисок
3 пера зеленого лука
8 веточек укропа
3 зубчика чеснока
соль, свежемолотый черный перец
оливковое масло


шаг 1

Огурцы нашинкуйте тонкой соломкой, посолите и оставьте на 10 мин., чтобы они дали сок. Так же нашинкуйте редис. Мелко нарежьте зеленый лук и укроп. Очень мелко порубите чеснок.

шаг 2


Взбейте в блендере кефир с холодной водой, чесноком и солью. Добавьте сок, выделившийся из огурцов.



шаг 3


Смешайте в большой миске огурцы, редис, укроп и зеленый лук. Залейте кефиром и уберите в холодильник на 15 мин. Перед подачей полейте суп оливковым маслом.

Ən çox oxunulan