Apr 23, 2014

Пирог с сыром и сосисками

  • Ингредиенты:
  • - 250 мл кефира
  • - 150 г муки
  • - 2 яйца
  • - 200 г сыра
  • - 200 г сосисок (или колбасы)
  • - 1 ч.л. разрыхлителя
  • - соль

Процесс приготовления


  1. Сыр натереть на крупной терке. Сосиски порезать тонкими кружочками.
  2. Яйца, кефир, 1/3 ч.л. соли смешать до однородности. Добавить разрыхлитель и муку, перемешать, чтобы не было комков.
  3. Добавить сыр и сосиски, перемешать. Переложить тесто в форму, смазанную маслом (у меня форма 25х25 см).
  4. Поставить в разогретую до 180 градусов духовку. Выпекать примерно 35-40 минут. Готово.

Apr 21, 2014

Kəsmikli şokolad piroqu

Tərkibi: 
kəsmik topları: 250 q kəsmik
2 yumurtanın sarısı
50 q şəkər tozu
50 q kokos yonqarı
3 x.q. nişasta

xəmir: 4 yumurta
30 q şəkər tozu
50 q şokolad
2 x.q. un 
2 x.q. nişasta
3 x.q. kakao
1 çimdik duz
2 paket vanilli şəkər 
bıçağın ucunda qabartma tozu

Əvvəlcə kəsmik toplarını hazırlayın. Bunun üçün kəsmiyi şəkər tozu, nişasta, kokos və yumurta sarıları ilə eynicinsli kütlə alınanadək qarışdırın. Bu qarışıqdan kürələr hazırlayın. 

Xəmir: yumurta sarılarını ağlarından ayırın. Yumurta sarılarını şəkər tozu və vanillə ağarıncayadək çalın. Əridilmiş şokolad əlavə edib qarışdırın. Un, nişasta, qabartma tozu, kakao, duzu qarışdırıb şokoladlı-yumurtalı qarışığa əlavə edin.  

Yumurta ağlarını 30 q şəkər tozu ilə möhkəm çalın. Birinci qarışığa əlavə edin, qaşıqla altını üstünə çevirməklə qarışdırın. 

Siniyə perqament döşəyin. Kəsmik toplarını düzün. 

Üzərinə şokoladlı xəmiri gəzdirin. 

180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. 

Üzərinə şokoladlı qlazur çəkin. 

Nuş olsun!
milliaz

Almalı-yulaflı pudinq






Tərkibi: 
110 q yumşaldılmış kərə yağı 
3 yumurta 
1 ç.q. şəkər tozu
1 ç.q. limon sedrası 
100 ml süd 
125 q yulaf lopası
20 q nişasta
1 ç.q. qabartma tozu
3 göy alma
1 çimdik duz
1 çimdik darçın 

Yumurta ağlarını sarılarından ayırın.

Formanı bir qədər kərə yağı ilə yağlayın. Yağın qalanını yumurta sarıları, şəkər tozu, limon sedrası ilə ağarıncayadək çalın. Süd, yulaf lopaları, nişasta, qabartma tozu əlavə edib qarışdırın.  

Almaların qabığını soyun. Cecəsini xüsusi bıçaqla çıxarın. Almalardan birini halqa, digərlərini xırda dilimlərə doğrayın. 

Yumurta ağlarını 1 çimdik duzla möhkəm çalın. Sonra birinci kütlə ilə birləşdirib eynicinsli kütlə alınanadək qarışdırın. Xırda doğradığınız almaları əlavə edin. 

Alınan kütləni formaya tökün, alma dilimlərini üzərinə düzün, sonra üstlərindən azca basın ki, ortalarından xəmir kürəsi çıxsın. 190 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. 

Nuş olsun! 


milliaz

Apr 16, 2014

Lavaşda balıq

Tərkibi: 
1 təzə balıq
1 lavaş 
1 pomidor
1 dəstə keşniş
0,5 limon şirəsi
2 x.q. kərə yağı
duz
istiot

Lavaşın üzərinə kərə yağı çəkin. 

Balığı təmizləyin, duz, istiot vurun, limon şirəsi çəkin. 

Balığı lavaşın üstünə qoyun. 

Üstünə xırda doğranmış keşniş və pomidor, kərə yağı dilimləri qoyun. Duz, istiot səpin. Zövqə görə doğranmış baş soğan da səpmək olar. 
Lavaşa bükün. 
Bunu isə folqaya büküb əvvəlcədə 190 dərəcə qızdırılmış sobaya qoyun. 
Təxminən 40 dəqiqə bişirin. 

Balığı elə lavaşda süfrəyə verin. Qarnir kimi tərəvəz salatı verə bilərsiniz.

Nuş olsun! 


Apr 15, 2014

Kəsmiklə doldurulmuş bibər salatı


Tərkibi:


2 iri bolqar bibəri
kəsmik 150 qr
1 sarımsaq
3-4 cəfəri
duz
Xama 1-2 xörək qaşığı

Hazırlanması:


2 iri bolqar bibərini yuyub içərisini təmizləyirik.

Doğranmış cəfəri ilə qarışdırılmış kəsmikə əzilmiş sarımsağı əlavə edirik.

Sonra zövqə görə düz qatırıq. Əgər kəsmik qatı alınsa bir az xama qata bilərsiniz. Bibərləri kəsmiklə doldururuq.


Nuş olsun!

Apr 14, 2014

Pendirli kələm salatı

Tərkibi:
Kələm 500qr
Pendir (bərk) 125 qr
Zeytun yağı
Duz
Hazırlanması:
Kələmi nazik doğrayıb zövqə görə duzlayırıq.
Zeytun yağı əlavə edib 20 dəq. gözləyirik.
Pendiri sürtgəcdən keçirib hər porsiyanın üzərinə düzürük.
Nuş olsun!

Apr 9, 2014

Qarpız və qarağatdan hazırlanmış kokteyl

Tərkibi:

4-5 dilim qarpız
1 stəkan qara qarağat
1/4 limon şirəsi

Hazırlanması:

Meyvələri yaxşı yuduqdan sonra soyuduruq. Sonra meyvələri mikserdən keçiririk.

Nuş olsun!

okay.az

Apr 8, 2014

"Edelveys" salatı


Tərkibi:

Pomidor 2 dənə
Xiyar 1 dənə
Konservləşmiş qarğıdalı 1 banka
Qaynadılmış toyuq əti 150 qr.
Suxarı (zövqə görə)
Yaşıl soğan (zövqə görə)
Duz və istiot (zövqə görə)
Sarımsaq (zövqə görə)
Günəbaxan və ya zeytun yağı 

Hazırlanması:

Tərəvəzləri çox xırda olmamaq şərtilə doğrayırıq
Toyuğu isə xırda hissələrə bölürük
Çorəyi kub şəklində doğrayıb tavada quruduruq
Salatı yağ ilə qarışdırıb duz və istiot əlavə edirik
Salatı qarışdırıb üzərinə suxarıları düzürük.

Nuş olsun!

Apr 7, 2014

Balqabaq plovu



Balqabaq-Plov (Balqabaqlı Aş; Qabaq Aşı)
4-5 pay üçün
Ərzaqlar:
1 fincan xırda, qəhvəyi yaxud qırmızı lobya (gecədən islağa qoymaq da olar)
5 fincan dördkünc doğranmış balqabaq
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1/2 çay qaşığı şüyüd toxumu
3 fincan uzun düyü – təmiz yuyulur, qurudulur, 1 xörək qaşığı duz qatılmış azacıq isti suda yarım saat islağa qoyulur
Təxminən 8 xörək qaşığı yağ
Ət üçün
Sümüksüz, doğranmış qoyun yaxud mal əti xırda tikələrə bölünür.
2 xörək qaşığı kərə yaxud bitki yağı
2 baş orta ölçülü soğan – xırda doğranmış halda 2 fincan
Hazırlanma Qaydası
Lobyalar qurudulur, orta ölçülü qazana tökülür, üzərinə su əlavə olunur. Qaynamağa qoyulur, suyu çəkildikcə yenidən əlavə olunur. Lobyalar yumşalana qədər qaynadılır. Sonra suyu süzülür və kənara qoyulur.

Ət tikələri orta ölçülü tavaya tökülür. Üzərinə 2 xörək qaşığı duru və ya kərə yağı əlavə olunur. Orta dərəcəli odda, tez-tez qarışdırılaraq ətin suyu çəkilənə və yağ qalanadək bişirilir. Sonra üzərinə doğranmış soğan əlavə olunur, tez-tez qarışdırılaraq, təxminən 10 dəqiqə, yumşalanadək bişirilir. 1 fincan su əlavə olunur. Tavanın qapağı örtülür, ət yumşalana, suyu çəkilənədək orta dərəcəli odda qaynadılır. Sonra ocağın üzərindən götürülür və kənara qoyulur.

Bu arada, doğranmış balqabaqları, şəkər, duz və şüyüd toxumları bir qaba töküb qarışdırılır. Təxminən 15 dəqiqə, balqabaq şirəsini buraxanadək gözlənilir. Sonra şirə süzülür. (Ola bilər ki balqabağın heç şirəsi olmasın)
Böyük qazana 12 fincan su tökülür. 2 çay qaşığı duz əlavə olunur və qaynamağa qoyulur. Qaynara düşəndə düyü əlavə olunur, 5-10 dəqiqə qaynadılır, yapışmasın deyə ehmalca arabir qarışdırılır. Yarıbişmiş hala gəlincəyədək bişirilir. Sonra düyünün üzərinə dərhal əvvəlcədən bişmiş lobya əlavə olunur, qarışdırılır və birlikdə aşsüzəndən suyu süzülür.
4 xörək qaşığı yağ həmin qazanın dibində qızdırılır. Balqabaqlar əlavə olunur və orta dərəcəli odda, təxminən 3 dəqiqə qarışdırılaraq bişirilir.
Bir qat balqabaq yerləşdirilir, üzərinə kəfgirlə düyü-lobya qarışığı yayılır. Düyü təpə formasında qalanır, qazanın üzərinə dəsmal yerləşdirilir, qapaqla örülür. Vam odda, təxminən 15 dəqiqə dəmə qoyulur. Qapaq götürülür, qalan 4 xörək qaşığı yağ düyünü üzərinə tökülür, yenidə üzəri dəsmal və qapaqla örtülüb 45 dəqiqə bişirilir.
Düyü plovunu başqa cürə də servis etmək olar. 1) Doğranmış balqabaq və ət düyü ilə birgə boşqabın içinə (bulud) tökülür. Plov təpəcik şəklində qalanır. 2) Düyü boşqabın içinə tökülür, təpəcik şəklində qalanır. Ayrıca qabda bişmiş balqabaq və zövqə görə ət də süfrəyə verilir.

Apr 4, 2014

Qatıqlı Toyuq Şorbası


Qatıqlı Toyuq Şorbası
4 pay üçün
Ərzaqlar:

1 ədəd toyuq döş əti
3 xörək qaşığı Westgold kərə yağı
1 xörək qaşığı ağ un
4 xörək qaşığı yumru düyü
1 ədəd yumurta
3 xörək qaşığı qatıq
 

Duz və istiot

İstəyə görə toz-bibər (şirin qırmızı bibər tozu)

Hazırlanma Qaydası:

Toyuq ətini 6 stəkan suda qaynadın. Bişdiyində sudan çıxardın (suyu ayrı qaba alın) və əlinizlə didin.



Qazanda 2 xörək qaşığı kərə yağı əridin. Əridikdə buraya 1 xörək qaşığı un əlavə edib tez-tez qarışdıraraq azacıq qızardın. Toyuq suyunu da əlavə edib qaynadın. Düyünü əlavə edib,  bişirin. 

Şorbanın suyu azdırsa, bir az qaynar su əlavə edin.
Düyü bişəndə, bir qabda yumurta və qatığı qarışdırın. Buraya isti toyuq suyundan bir az əlavə edib yenidən qarışdırın. Alınan qarışığı toyuq suyuna əlavə edib, dəyanmadan qarışdıraraq qaynadın.



Qaynayanda bişmiş  toyuq ətini əlavə edin. Kənara çəkin. Duz və istiot vurun.
Süfrəyə verməzdən əvvəl bir tavada 1 xörək qaşığı kərə yağını əridin. Yaxşı qızanda 2 çimdik qırmızı toz-bibər əlavə edib qarışdırın və oddan alın. Bu qarışığı şorbanın üstünə gəzdirin. 
Nuş olsun!

azcookbook.com

Apr 3, 2014

Saciçi Toyuq


Saciçi Toyuq

4 nəfərlik

Lazım olan ərzaqlar:

1 ədəd orta ölçülü (təxminən 1.5kq) toyuq əti yaxud da 1 kq doğranmış toyuq əti (qol,qanad,bud,döş əti) (toyuğun gövdəsi bulyon hazırlamaq üçün lazım ola bilər)
Təxminən ½ fincan ərinmiş yağ – ( yağın yanmaması üçün ərinməmiş duzsuz kərə yağına bir neçə qaşıq duru yağ əlavə edərək də istifadə etmək olar).
2 ədəd orta ölçülü kartof – soyulub,orta qalınlıqda uzununa doğranılır
2 ədəd orta ölçülü yaşıl bolqar bibəri (zövqə görə qırmızı bibər də əlavə etmək olar) – təmizlənib,uzununa 4 hissəyə bölünür.
Bir ovuc ağ göbələk- yuyulub-təmizlənir, yarıya bölünür. Böyükdürsə 3 hissəyə bölünür.
2 ədəd orta ölçülü badımcan – orta qalınlıqda,uzununa doğranılır,acısı çıxarılır.
2-3 ədəd orta ölçülü yetişmiş pomidor- yarıya və ya bir neçə hissəyə bölünür (balaca pomidorları doğrmamaq da olar)

Sous üçün:

1 fincan toyuq bulyonu
3 xörək qaşığı üzüm yaxud alma sirkəsi
3 xörək qaşığı tomat pastası
6 böyük diş sarımsaq (əzilmiş)
¼ çay qaşığı paprika( şirin, qırmızı toz bibər)
Duz,döyülmüş istiot

Hazırlanması:

Doğranmış toyuq qazana qoyulur, üzərinə çıxanadək su əlavə edilib, qaynamağa qoyulur. Təxminən 20 dəqiqə orta dərəcəli odda bişirilir. Bişərkən üzərindəki kəfi yığılır. Bişmiş toyuq sudan çıxarılır, bulyon süzülüb təmizlənir. Sous hazırlanır. Sous üçün lazım olan ərzaqlar kiçik bir qabda qarışdırılıb kənara qoyulur.
Sacın içinə 2 xörək qaşığı yağ qoyulur, orta dərəcəli odda əridirlir. Doğranmış kartoflar təxminən 3 dəqiqə olmaqla hər tərərfi yaxşıca qızardılır. Qızarmış kartoflar ayrı boşqaba yığılır. Bibərlər də sac da qovrulur. Ehtiyac olarsa yağ əlavə edilir. Qovrulmuş bibərlər də ayrıca boşqaba yığılır. Göbələklər təxminən bir dəqiqə, taxta qaşıqla ehmalca qarışdırılaraq bişirilir, ayrıca qaba yığılır. Badımdanlar tavaya tək-tək qoyularaq qızardılır. Lazım olduqca yağ əlavə edilir. Qızardılmış badımcanlar da ayrıca boşqaba yığılır.
Əgər sacdakı yağ yanıbsa, içində qara yanmış hissələr varsa bu yağ yığılır, yenidən yağ əlavə olunur. Toyuq sacın içinə yığılır, o üz-bu üz olmaqla bir dəfə çevrilərək yüngülcə qızardılır. Qızarmış toyuğun üzərinə sacın kənarlarından az-az sousdan tökülür. Bir dəfə çevirməklə toyuq sous qatılaşana və yağı çıxanadək bişirilir. Pomidorlar bişmiş toyuğun ətrafına düzülür, sacda yumşalanadək bir neçə dəqiqə bişirilir.
Əvvəlcədən ayrı-ayrılıqda sac içindəı bişmiş tərəvəzlər –badımcan,kartof,göbələk,bibər toyuğun ətrafına bəzək kimi qoyulur. Sacın üzəri örtülür və yüngülcə ocaqda istidilir. Qapaq açılır,yemək çörəklə birgə süfrəyə verilir. Əgər sacınız yoxdursa tərəvəz və toyuğu eyni qayda ilə geniş tavada bişirə bilərsiz. Bişmiş toyuq və tərəvəzi sonda böyük boşqaba düzərək süfrəyə verə bilərsiz. Yalnız pomidor sousla birgə ayrıca qabda təqdim olunmalıdır.

azcookbook

Apr 2, 2014

Qaragiləli Yulaf Piroqu


Qaragiləli Yulaf Piroqu
İstəsəniz hətta cemin üstünə qoz ləpəsi də səpə bilərsiniz. Qoz xüsusilə də ərik cemi ilə yaxşı tutur. Bundan başqa siz bu peçenyeləri isti halda bir top dondurmayla da təqdim edə bilərsiniz. Çox dadlıdır!
Ərzaqlar:
280 q ağ un (1 +3/4 stəkan)
140 q yulaf lopaları (1  +1/2 stəkan)
220 q kip qablaşdrılmış qəhvəyi şəkər (1 stəkan)
1 çay qaşığı üyüdülmüş darçın
230 q soyuq duzsuz kərə yağı, 2-sm-lik parçalara bölünmüş
1 stəkan qaragilə cemi (bunu evinizdə olan istənilən cem, yaxud mürəbbə ilə əvəz edə bilərsiniz. Albalı, çiyələk, moruq, ərik və s.)
Hazırlanma qaydası:
Soba rəfini sobanın ortasına yerləşdirin və sobanı 165 dərəcə Selsiyə (165C) qədər qızdırın. 23 santimetrlik kvadrat listi kərə yağı ilə yağlayın.
İri bir cəmdə unu, yulaf lopalarını, qəhvəyi şəkəri və darçını yaxşıca qarışdırıın. Bu kütləni kərə yağıyla birlikdə xırda noxud boyda olan dənlərə bölünənə qədər bıçaqla doğrayın. (Əgər blenderiniz varsa  un, yulaf və şəkəri düyməni 2-3 dəfə qısa müddətə basmaqla qarışdıra bilərsiniz. Daha sonra kərə yağını əlavə edib maşını daha 8-10 dəfə işə salmaqla xırda noxud boyda dənlər əldə edənə qədər qarışdırın.)
Bu dən qarışığından 2 stəkan ayırıb kənara qoyun. Qalan dən qarışığını əvvəlcədən hazırladığınız listin dibinə və 2.5 sm hündürlüyündə kənarlarına kip döşəyin.
Cemi xörək qaşığı ilə götürüb bərabər qaydada həmin bu qatın üzərinə damızdırın. Sonra onu qaşığın arxası ilə elə yayın ki, bütün qat cemlə örtülsün. Əvvəlcədən ayırıb saxladığınız dənləri cem qatının üzərinə səpin. Səpdiyiniz dənlərin üzərindən basmayın.
Üzəri qızılı rəng alana qədər, təxminən 50 dəqiqə bişirin. Soba rəfinin üzərinə qoyub təxminən iki saat bərkiyənə qədər soyudun. İri, iti bıçaq götürüb 25 kiçik kvadrata bölün. Hermetik qabda otaq temperaturunda maksimum 3 gün saxlaya bilərsiniz.


Ən çox oxunulan