Mar 26, 2014

Şaftalı mürəbbəsinin hazırlanma qaydası

Tərkibi: 
1,5 kq çəyirdəyi çıxarılmış şaftalı
1 kq şəkər tozu
darçın çubuğu

limon

Yetişmiş, amma bərk şaftalı seçin. Yuyun (üstünə qaynar su töküb qabığını soymaq da olar). Dənəsini çıxarıb dilimləyin. Üzərinə şəkər tozu səpib 1 saat saxlayın. Çox zəif ocağın üstünə qoyun. İçinə darçın çubuğu salın. Qaynara düşəndə ocaqdan götürün. Proseduru daha iki dəfə təkrar edin. Hər dəfə də çox zəif odda, hərdənbir taxta qaşıqla qarışdıraraq bişirin. Axırıncı dəfə bir limonun şirəsini əlavə edib daha 10-15 dəqiqə qaynadın. Mürəbbəni qaynar-qaynar steril bankalara yığıb ağzını bağlayın və tərs çevirib soyuyanadək saxlayın.

Çiyələk mürəbbəsinin hazırlanması

Tərkibi: 
1 kq çiyələk 
1 kq şəkər tozu


Çiyələyin irisini xırdasından seçib ayrı qablara yığın, yuyun, saplağını təmizləyin, aşsüzənə yığıb suyunun çəkilməsini gözləyin. Ləyənə yığıb üzərinə şəkər tozu səpin (mürəbbələr üçün həmişə enli şirli ləyəndən istifadə edin). 3-4 saatdan sonra çiyələyin şirəsi çıxacaq. Ləyəni vam ocağın üstünə qoyun. Kəfkirlə qarışdıranda əzilməsin deyə ləyənin iki qırağından tutaraq arada ehtiyatla silkələyin, fırladın. Üzünə yığılan kəfi yığın. Qaynara düşəndən sonra iti odda 20 dəqiqə də bişirin. Ocaqdan götürün. Soyudun. Təxminən 1 gün saxlayın, yuyulub qurulanmış bankalara yığın (tez yığanda çiyələklər üzə çıxır, şirə altda qalır). (Başqa cür də bişirmək olar: qaynara düşəndən sonra 5-6 dəqiqə bişirin. Təxminən 3 saat soyudun. Yenə 5-6 dəqiqə qaynadın. Yenə ocağı söndürün. Sonra arada 5 saat intervalla daha iki dəfə 5-6 dəqiqə qaynadın). Hazır mürəbbənin şirəsindən boşqaba damızdırın, soyumasını gözləyin. Sonra boşqabı əlinizlə azacıq əyin. Yaxud da barmağınızla ortasından şırım açın. Damla axıb getməməli, giləmeyvə isə şəffaf olmalıdır. İri çiyələkləri bir, xırdaları bir bişirmək daha yaxşıdır, belədə əzilmir.

Ucarliyiq.biz

Batata-maxşi

Tərkibi: 
2 kq kartof
400 q qarışıq qiymə (mal, qoyun)
200 q soğan 
3 diş sarımsaq 
3 x.q. sidr qozası
400 q tomat püresi (konserv)
1 x.q. tomat pastası
30 q keşniş toxumu
20 q reyhan yarpağı
10 q nanə yarpağı
3-3.5 st. su
bitki yağı
0,5 ç.q. sarıkök

iç üçün ədviyyat: 1 ç.q. qırmızı istiot
1 ç.q. sarıkök
1 ç.q. Yamayka istiotu və ya qara istiot
1/4 ç.q. muskat cevizi
duz

Çox iri olmayan, təxminən yumurta boyda kartoflar götürün. Uzun tərəfinin birini hamar kəsin (kartof "otursun" deyə), yuxarısından başlayaraq isə xüsusi bıçaqla içini oyub çıxarın (dibini saxlayın). Təmizləyin, yuyub kağız salfetlə qurulayın. 

Fritür qabında yağı qızdırın, kartofu qızardın (bişirmək vacib deyil, əsas odur, üstü qızarsın). Kağız salfetlərin üstünə düzüb yağını çəkməsini gözləyin. 

2 x.q. bitki yağını tavada qızdırın. Soğanı təmizləyib xırda doğrayın, bu yağda qovurun, qiymə və ədviyyat əlavə edib taxta qaşıqla qarışdıraraq təxminən 1 dəqiqə qovurun, duz vurun. Sidr qozalarını vurub qarışdırın. Kartofların içini doldurun. 

Blenderə tomat püresi, tomat pastası, sarımsaq, keşniş toxumu, reyhan, nanə, sarıkök və su töküb çalın. 

Qazana töküb ocağın üstünə qoyun, qaynara düşəndə duz vurun. Başqa qazana içi doldurulmuş kartofu səliqə ilə yığın, sousu üzərinə gəzdirin. Qaynara düşəndə ocağı azaldın, qazanın qapağını örtüb 15 dəqiqə bişirin. 

Süfrəyə qatıqla verə bilərsiniz.

Nuş olsun! 


Milli.Az 

Kivili "Rafaello"

Tərkibi: 
150 q kokos yonqarı
3 kivi
3 x.q. bal

üzərinə: kokos yonqarı

Kivilərin qabığını soyub iki bölün, blenderə qoyub bal və kokos yonqarı əlavə edib eynicinsli kütlə alınanadək çalın. 

Alınan kütlədən qoz boyda kürəciklər düzəldin. Kokos yonqarına batırın. 

Süfrəyə verməzdən əvvəl bir neçə saat soyuducuda saxlayın. 

Nuş olsun!

Milli.Az 

Lobya paştetindən rulet

Tərkibi: 
400 q lobya
200 q qoz
3-4 diş sarımsaq 
duz
üyüdülmüş keşniş toxumu
qara və qırmızı istiot
150 q yumşaq kərə yağı 

Lobyanı artlayıb yuyun, bir gecə soyuq suda saxlayın. 

Sabahı gün suyu süzün, yeni su əlavə edib orta itilikdə ocaqda hazır olanadək bişirin, soyudun. 

Lobyanın qaynadığı suyun 1 stəkanını saxlayın, qalanını atın. 

Bişmiş lobyanı, qozu, sarımsağı, duzu, qara və qırmızı istiotu, keşniş toxumunu blenderdə xırdalayın. Quru alınsa, tədricən ayırdığınız lobya suyundan əlavə edin (təxminən 0,5 st. lazım olacaq). 

Masanın üstünə qida plyonkası çəkin, üzərinə lobya püresini 1 sm qalınlıqda döşəyin. Üzərinə yumşaldılmış yağ çəkin, qida plyonkasının köməyilə rulet kimi bükün, elə həmin plyonkayla birlikdə soyuducuya qoyub iki saat saxlayın.

Nuş olsun! 

Milli.Az 

Mar 24, 2014

Yumurta kotleti

Tərkibi: 
6 bişmiş yumurta
1 dəstə göy soğan 
2 x.q. mannı yarması
1 x.q. un 
1 x.q. xama
1 dəstə şüyüd 
2 x.q. bitki yağı (qızartmaq üçün)
duz

Bişmiş yumurtaları sürtgəcin iri gözündən keçirin. 

Xırda doğranmış şüyüd və göy soğanı əlavə edin. 

Un və mannı yarması, duz və xama əlavə edib yoğurun. 

Əllərinizi isladıb kotlet formasına salın. 

Tavada bitki yağını qızdırıb kotletlərin hər iki üzünü qızardın. 

Süfrəyə isti-isti verin.

Nuş olsun! 

Milli.Az 

Mar 22, 2014

Tiramisu tortu

Tərkibi:
4 yumurta
100 q şəkər tozu
500 q maskarpone pendiri
250 q savoyardi (təxminən 34 ədəd)
350 ml qəhvə (əriyən və ya bişirilmiş)
kakao
2-3 x.q. şərab (“Marsala”, yaxud rom, likör, brendi, konyak – istəyə görə)
Krem üçün: Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını şəkər tozu ilə çalın. Maskarpone əlavə edib qaşıqla qarışdırın. Yumurtanın ağını qatı köpük alınana qədər çalın. Bunu yumurta sarısına əlavə edib səliqəylə qarışdırın.
Savoyardiləri (hazırlanma qaydası burada) soyuq qəhvəyə batırın. Bunu çox cəld etmək lazımdır ki, peçenyelər çox islanmasın. Qəhvəni istəyinizə görə hazırlaya bilərsiniz, məsələn, 350 ml suya 4 ç.q. qəhvə tökə bilərsiniz. İstəyə görə qəhvəyə şərab, rom, likör, brendi və ya konyak əlavə edə bilərsiniz.
Qəhvədə isladılmış savoyardiləri siniyə yaxın-yaxın düzün. Üzərinə bərabər qaydada krem çəkin. Yenə qəhvəyə batırılmış savoyardi döşəyib kremin qalanını üzərinə çəkin. 5-6 saat soyuducuda saxlayın.








Süfrəyə verərkən üzərinə çaysüzəndən istifadə edərək kakao ələyin. Çox iti bıçaqla ehtiyatla kəsin.




Mar 18, 2014

Zefirli soyuq tort

Tərkibi: 
400 q zefir 
2 yumurta
400 q kövrək peçenye
0,5 st. şəkər tozu
1 st. süd 
200 q süd 
1 limonun sedrası
2 x.q. kakao 

Zefirləri ortadan bölün.
 
Yumurtaları bir qaba sındırıb şəkər tozu ilə çalın. 

Peçenyeni xırdalayıb yumurta qarışığına əlavə edin. 

Buraya süd əlavə edib ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşınca bişirin. Sonra ocaqdan götürüb soyudun. 

Yağı bir qaba qoyun. Limonu yuyub qurudun. Sedrasını xırda sürtgəcin köməyilə çıxarın və yağla qarışdırın. 

Soyutduğunuz peçenyeli qarışığa əlavə edib yenidən qarışdırın. 

Bunun bir hissəsini keks qabına tökün. Üzərinə ortadan böldüyünüz zefirləri düzün. Qarışığın qalanını üstünə tökün. Bir neçə saat soyutduqdan sonra doğrayıb süfrəyə verin. 

Nuş olsun! 

Milli.Az

Mar 17, 2014

"Nişan üzükləri" salatı

Tərkibi:

4 pomidor
250 q brınza
150 q bərk pendir
250 q marinə edilmiş bibər
2 qırmızı soğan
100 q dənəsiz qara zeytun
1 təzə xiyar
1 x.q. xırda doğranmış mərzə (mayoran)
6 x.q. sirkə
duz, istiot, şüyüd

Soğanı, xiyarı və zeytunu halqa, pomidorları kubik doğrayın. Hamısını bir ləyəndə qarışdırın.

Başqa qabda mərzə, sirkə, duz, qara üyüdülmüş istiotu qarışdırın və zeytun yağı əlavə edin.

Bu sousu salata əlavə edib qarışdırın.

Brınza və marinə edilmiş bibəri xırda doğrayıb salatla qarışdırın.
Salatı iç-içə iki halqa kimi buluda qoyun.

Bir "üzüyün" üzərinə sürtgəcdən keçirilmiş yumurta ağı, digərinin üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. Əgər belə bəzəmək çətinlik törədirsə, adi qaydada salatı bir buluda yığın, üzərinə göyərti səpin, ortasına isə sürtgəcdən keçirilmiş pendirdən iç-içə üzük şəkli çəkin.

Nuş olsun!

Milli.Az

Üçqulaq paxlava

Azərbaycanda paxlavanın müxtəlif növləri var - Bakı, Şəki, Gəncə, riştə… Adətən, paxlavanı romb kimi kəsirlər. Qəbələ paxlavasını isə kəsmək lazım deyil, bir-iki dişləmə bitir. Üçbucaq formasında hazırlandığından elə adına da "üçqulaq" deyirlər.

Tərkibi: 
xəmir: 
un 
duz
su
 
iç: 
qoz 
şəkər tozu

qızartmaq üçün: 
ərinmiş kərə yağı 


Qozu maşından keçirin, şəkər tozu qatın. 

Un, duz, sudan adi xəmir yoğurun. Qəzet kimi napnazik yayın. Alınmırsa, hazır filo xəmirindən istifadə edin (qat-qat xəmir yox a!). 

Xəmiri şəridlərə bölün. Üzərinə plyonka çəkin, yoxsa quruyar, bükə bilməzsiniz.

Bir şəridi götürüb bir qırağını üçbucaq formasında qatlayın.





İç qoyub xəmirin qırağını sıxın.



Sonra şəridin qalanını bunun ətrafında elə qatlayın ki, üçbucağın hər tərəfində ən azı üç qat xəmir olsun. Bundan sonra şəriddən artıq qalırsa, bıçaqla kəsin. 

Barmağınızı isladıb şəridin açıq qalan tərəfini "üçbucağa" yapışdırın. 




Bu qayda ilə xəmirdən üçqulaqlar hazırlayın. Bunu bişirməmiş də paketə qoyub soyuducuda  bir neçə gün saxlaya bilərsiniz. Qonaq gəldi - tezcə hazırlayıb isti-isti süfrəyə vermək olar.








Ərinmiş kərə yağında üçqulaqları qızardıb süfrəyə verirlər. Onun dadı elə isti olanda çox qəşəngdir


 



Nuş olsun! 

Milli.Az

Mar 16, 2014

Bakı qurabiyəsi



Tərkibi: 


600 q un 
350 q kərə yağı
1 yumurtanın ağı
30 q alma və ya ərik püresi
30 q şəkər tozu
duz

Kərə yağını şəkər tozu ilə çalın, yumurta ağını və ələnmiş unu əlavə edib qarışdırın. 

Xəmiri konditer torbasına qoyub quru siniyə çobanyastığı forması verən ucluqdan istifadə etməklə qurabiyələr salın. Hər birinin ortasına əvvəlcədən qızdırılmış püre qoyun. 

250 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. 

Nuş olsun! 
Milli.Az

Mar 14, 2014

Stromboli (pizza-rulet)



Tələb olunan ərzaqlar:

pizza üçün xəmir - 250 qr.
tomat sousu - 1 fincan 
mosarella pendiri - 1,5 fincan 
salyami - 9 dilim 
vetçina - 7 dilim 
yumurta - 1 ədəd
kəklikotu 
 
xəmir üçün:
ilıq su - 1 fincan
quru maya - 2-1\4 ç.q.
bal və ya şəkər tozu - 1 x.q.
duz - 2 ç.q.
bitki yağı - 2 x.q. 
un - 3 fincan


Hazırlanma qaydası
:

Xəmir hazırlamaq üçün 1 stəkan ilıq suyu maya və 1 ç.q. şəkər tozu ilə qarışdırın. Bu qatışığa 2 ç.q. duz və 1 x.q. zeytun yağı əlavə edin. Xəmiri 15-20 dəqiqə yoğurun, sonra azca bitki yağı olan qaba qoyub üzərini dəsmalla örtün, bir saat və ya saat yarım acıdın. Acımış xəmiri iki hissəyə bölun, bir hissəsini 25x40 sm ölçüdə yayın. Qıraqlardan 6-7 sm yer buraxaraq tomat sousunu xəmirə yayın. Sousun üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, vetçina və salyami dilimlərini düzün. Yumurtanı çalıb boş yerlərə çəkin. Xəmirin uclarını bükün, rulet formasında büküb formaya qoyun. Ruletin üzərinə çalınmış yumurta çəkin, sürtgəcdən keçirilmiş pendir səpib hər 4-5 sm-dən bir eninə kəsiklər edin. Sonda üzərinə qurudulmuş cəfəri və ya kəklikotu səpin.  Strombol 250-240*C-də 10-12 dəqiqə ərzində bişir.

tasty.az

Döşəmə plov

Döşəmə plov

Lazım olan ərzaqlar:

1 ədəd bütöv toyuq
2 baş sogan
50 qr. kişmiş
100 qr. şabalıd
0.5 kq. duyu
300qr. Kərə yağı

Hazırlanma qaydası:

Duyu yaxşı yuyulub suda saxlanılır. Toyuq doğranılır, duz istiot vurulur, soğan halqa-halqa doğranılır toyuqla qarışdır və bir gün əvvəldən saxlanılır. Kişmişi yaxşı yuyuruq. Sabalıdı başından cərtin 20 dəqiqə qaynadın qabığını soyun. Ayri qazanda su qaynadılır düyü əlavə olunur. İstəyə görə sarıkök vurula bilər. Qaynayan suya duz töküb düyünü əlavə edirik. Düyünü yarı çiy olanda süzürük. Qazanın dibinə 100 qram kərə yağı tökürük. Soğanlı toyuq düzülür. Bir qat düyü sabalıd düzülür. Əridilmiş kərə yağı tökülür. Sonra yenə düyü kişmiş kərə yağı tökülür düzülür. Vam odda 40 dəqiqə dəmə qoyulur.
Nuş olsun!

qadinklubu.com

Asan göbələk şorbası

Asan göbələk şorbası

Lazım olan ərzaqlar:

1) 300qr. konservlesdirilmis gobelek
2) 3 xörək qaşığı un
3) 3 xörək qaşığı duru yağ
4) Duz
5) Su
6) 1 paçka qaymaq

Hazırlanma qaydası:

Un 2 dəqiqə yağda qovurulur duz və su əlavə edib qaynayanadek qarışdırın. Göbəlləkləri istədiyiniz formada doğrayın əlavə edib qazın altını söndrün
Ayrı qabda qaymağın üzərinə hazırlanan çorbadan 3-4 qaşıq əlavə edərək, çəngəllə qarışdırıb hazır şorbaya əlavə edin. Zövqə görə şorbay şüyüd də doğrayıb əlavə edə bilərsiniz.

qadinklubu.com


Bağlı pizza

Bağlı pizza

Lazım olan ərzaqlar

Xəmir:

0.5 stəkan ilıq süd
0.5 stəkan duru yağ
1 çimdik duz
2 çay qaşığı maya
1 çay qaşığı şəkər tozu
2 yumurta

İçlik:

200qram döş əti
2 baş soğan

Hazlırlanma qaydası:

Süd maya şəkər qarışdırılır.
Duru yağ əlavə olunur
2 yumurtanın 1 nin sarısı ayırılır (üstünə sürüləcək) qalanı əlavə olunur.
Un töküb xəmir yoğrulur.
Yarım saat acımmağa qoyulur.
Döş əti soğan çəkilir yağda qovrulur.
Xəmir acıdıqdan sonra yayıb içlik qoyub bükürük.
Yumurta sarısı sürtüb 170 dərəcə sobada qızarana qədər bişirilir

Nuş olsun!
qadinklubu.com

"Kirpi" pirojnaları


Tərkibi: 
700 q peçenye
2 banka qatılaşdırılmış süd
150 q şəkər pudrası
3-4 x.q. kakao
250 q kərə yağı
4 x.q. xaş-xaş 
100 q təmizlənmiş günəbaxan tumu
bir neçə quru zirinc 

Adi peçenye çox uşağın elə də xoşuna gəlmir. Ancaq ondan kirpi düzəltsəniz, zənnimcə, yox deməzlər. 

Peçenyeni xırdalayın. Bir ləyənə yığın. Şəkər tozu və kakao ilə qarışdırın. Qatılaşdırılmış süd, yumşaldılmış yağ əlavə edib əlinizlə yaxşıca yoğurun. 

Alınan qarışıqdan kündələr tutun, bir ucunu azca dartıb uzadın, "kirpi"nin "burnu" olsun. "Kirpi"lərin "sifət" hissələrini əlinizlə tutub qalan yerlərini xaş-xaşa batırın. 

"Gözlərini" və "burnunu" qurudulmuş zirincdən düzəldin (bunun əvəzinə şokoladdan da istifadə edə bilərsiniz). Sonra günəbaxan tumlarından "tikan" düzəldin. Düzdür, vaxtınız gedəcək, amma dəyər. 

Nuş olsun!


Milli.Az

"Bəyaz royal" salatı


Tərkibi: 
500 q toyuq əti 
300 q göbələk
2 təzə xiyar 
3-4 yumurta
100 q pendir 

Toyuq ətini suda bişirib doğrayın. Göbələyi qovurun. Xiyarı, bişmiş yumurtaları, pendiri sürtgəcdən keçirin. 

Lay-lay düzün: yumurta + mayonez + göbələk + mayonez + xiyar + mayonez + yumurta + mayonez + pendir. 

Üzərini holland pendiri və zeytunla royal formasında bəzəyin. 

Nuş olsun!

Milli.Az

Ən çox oxunulan